Banerlər
Xəbərlər

 

BAKI, BOSTON VƏ VAŞİNQTON ŞƏHƏRLƏRİ ARASINDA VEB-KONFRANS KEÇİRİLİB

ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair "Bakı-Boston Startap veb-konfransı 1.0.” keçirilib.

Görüşün əsas natiqi İsrailin Nyu-İnqlənddəki baş konsulluğunun iqtisadi məsələlər şöbəsinin direktoru Ostin Sadağatpur Azərbaycan startaplarına Boston və ümumilikdə, ABŞ biznes mühitinin xüsusiyyətlərindən danışıb. O, israillilərin Bostonda yaratdıqları bizneslərin uğurları, eləcə də İsrailin Boston şəhəri ilə yaratdığı biznes əlaqələri barədə məlumat verib.

Qeyd edək ki, Boston ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin təsis etdiyi bizneslər Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcılardandır. Yalnız 2015-ci ildə bu şirkətlər 9.3 milyard ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırıb. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1.2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olub.

BAKI. 10.01.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9323
Rusiya rublu
0.0256
Hava proqnozu
+9°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010