Banerlər
Xəbərlər

 

ALMANİYA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ TOPLANTI KEÇİRİLİB

Köln şəhərində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə bu ölkənin qərb bölgələrində yaşayan Azərbaycan icmasının toplantısı keçirilib.

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri Azərbaycan diasporunun fəaliyyəti, diaspor hərəkatında yeni mərhələnin başlanması, görülən işlər və digər məsələlərlə bağlı çıxış edib.

Dövlət Komitəsinin son aylardakı fəaliyyətini əks etdirən videohesabat təqdim olunduqdan sonra Koordinasiya Şurasının gördüyü işlər, yaxın zaman üçün nəzərdə tutulan plan və proqramlar barədə məlumat verilib.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev qurumun fəaliyyətini təhlil edib.

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib və Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışılıb. Fondun fəaliyyət istiqamətləri haqqında icraçı direktor Elşad Əliyev məlumat verib.

Toplantıda müxtəlif təşkilatların nümayəndələri, o cümlədən Altay Rüstəmli, Emin Həsənov, Seyidbağır Ağayev, Naibə Hacıyeva, Samirə Patser İsmayılova, Xədicə Zeynalova, Lev İsmixanov, Mövsüm Hacıyev və başqaları çıxış ediblər.

Çıxışlardan sonra diaspor rəhbərləri və Azərbaycan icmasının üzvləri ilə geniş fikir mübadiləsi aparılıb.

BAKI. 14.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010