Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANIB

Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

BAKI. 08.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010