Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ ANTALYADA 11 MEDAL QAZANIBLAR

Antalyada yeniyetmə güləşçilər arasında keçirilən “Victory Cup” turnirinə yekun vurulub.

Sonuncu yarış günündə 6 idmançımız fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub. Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) yarışı üçüncü pillədə başa vurublar. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıblar. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan millisi yarışda 2 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıb. Beynəlxalq dərəcəli hakim Zaur Şərifov “Victory Cup”da ədaləti qoruyub.

BAKI. 15.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9126
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010