Banerlər
Xəbərlər

 

“ASK BUSİNESS CONSULTİNG” İLƏ “GLOBAL PROJECT DEVELOPMENT” ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALAYIB

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

ASK-dan bildirilib ki, memorandum “Global Projects Development Holding Co” və ABK arasında birgə inkişaf hədəflərinin həyata keçirilməsinə yönəlib, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.

Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi prosesində birbaşa iştirak və sair nəzərdə tutulur.

Sənədi "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi və "ASK Business Consulting" şirkətinin direktoru Fərqanə Həsənova imzalayıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov hər iki tərəfə uğurlar arzulayaraq yeni investisiyaların cəlbində Azərbaycan şirkətlərinin seçilməsi prosesinə başlanacağını vurğulayıb.

Badear Bhaişan Al-Mutairi qeyd edib ki, ASK-nı bir komanda kimi görür və eyni qrupda işləməyə hazırdırlar. O, Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər yerli şirkətlərin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirib.

“ASK üzvləri arasında rəqabətədavamlı məhsul istehsalçıları çoxdur və onlar xaricə, xüsusən də Körfəz ölkələrinə çıxmaqda maraqlıdırlar”, - deyə V.Zeynalov qeyd edib.

Səudiyyəli qonaq Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək bu sahədə bazarın vəziyyəti barədə hesabatın hazırlanmasını xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırmaq niyyətini də açıqlayıb.

BAKI. 24.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9069
Rusiya rublu
0.0270
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010