Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN TELEVİZİYASI NÜFUZLU BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Ankarada Beynəlxalq Radioçular Birliyinin təsis etdiyi “Beynəlxalq alqışa layiq görülənlər” mükafatının təqdimatı olub.

Təqdimatda siyasi dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış jurnalistlər və sənətçilər iştirak ediblər.

Beynəlxalq Radioçular Birliyinin sədri Yusif Erbaş mükafatın təsis olunması və ötən 10 ildəki təqdimatlar barədə ümumi məlumat verərək deyib ki, bu ənənə qarşıdakı illərdə də davam edəcək.

Sonra mükafatın builki sahiblərinin adları açıqlanıb.

Nüfuzlu mükafata layiq görülənlər arasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti də var.

Daha sonra Türkiyə və digər ölkələrin nüfuzlu kütləvi informasiya vasitələri, həmçinin tanınmış sənət adamlarına mükafatlar təqdim edilib.

İlin “Beynəlxalq alqışa layiq görülən türk dünyası sənətçisi” mükafatına Azərbaycanın Xalq artisti Azərin layiq görülüb.

Tədbir maraqlı konsert proqramı ilə davam edib.

BAKI. 24.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9069
Rusiya rublu
0.0270
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010