Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-İTALIYA HÖKUMƏTLƏRARASI KOMISSIYANIN ICLASINA HAZIRLIĞA DAIR MÜZAKIRƏLƏR APARILIB

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın iclasına hazırlıq müzakirə edilib.

Energetika Nazirliyindən bildirilib ki, nazir Pərviz Şahbazov İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir iki ölkə münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmləndiyini bildirib. İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan nazir onların investor kimi fəaliyyətlərini genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu qeyd edib.

P.Şahbazov İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından danışıb.

Cənub Qaz Dəhlizinin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Q.Pikki TAP-ın enerji resurslarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

BAKI. 08.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010