Banerlər
Xəbərlər

 

LATVİYANIN VALMİERA ŞƏHƏRİNDƏ KİTAB TURU KEÇİRİLİB

Latviyanın Valmiera şəhərində keçirilən şəhər festivalı çərçivəsində 9 Avropa ölkəsindən gələn könüllülərin təşkilatçılığı ilə kitab turu baş tutub.

"Kitabla tanış ol" adlı turda 12 Avropa ölkəsi, o cümlədən Azərbaycandan gələn gənclər yeni kitabların alınması və pulsuz paylanması üçün maliyyə vəsaitlərinin cəlb olunması istiqamətində müxtəlif tədbirlər keçiriblər.

Bu tədbir artıq ikinci dəfədir ki, baş tutur. Əldə olunan kitablar üzəri adları oxunmasın deyə üzlənib və hərəsinin məzmunu barədə sadəcə bir sitat yazılıb. İnsanlar onlara pulsuz təqdim olunan kitabı yalnız həmin sitata uyğun seçiblər. Həmçinin tədbirin keçirildiyi yerdə qoyulmuş səbətlərə əhali oxuduğu kitabları qoyub.

Müxtəlif ölkələrdən gəlmiş könüllülər tədbir çərçivəsində həm də öz mədəniyyətlərini təbliğ ediblər.

Sözügedən layihə Avropa Həmrəylik Korpusu tərəfindən dəstəklənir və Avropanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulur.

BAKI. 29.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010