Banerlər
Xəbərlər

 

KİTABXANADA AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ QEYD EDİLİB

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, tədbiri kitabxananın əməkdaşı Pərvanə Qarayeva açaraq ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmasından, ölkəmizdə əlifba islahatının aparılması istiqamətində görülən işlərdən danışıb.

Qeyd edib ki, sonrakı illərdə Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı ana dilimizə verilən böyük önəmdən xəbər verir.

Uşaq şöbəsinin müdiri Sevil Namazova uşaqlarda mütaliəyə maraq, vətənə, ana dilinə sevgi aşılamaq məqsədilə kitabxanada mütaliə və “nağıl saatları”, “ucadan oxu”u kimi tədbirlər təşkil edildiyini, oxucuların belə tədbirlərə maraqla qatıldığını vurğulayıb.

BAKI. 01.08.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010