Banerlər
Xəbərlər

 

İSVEÇRƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ YENİ BAKI LİMANININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre yeni Bakı Limanı ilə tanış olub.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Limanının baş direktoru Taleh Ziyadov qonağa bildirib ki, bu gün limanda tam avtomatlaşdırılmış və müasir standartlara uyğun texnoloji həllər tətbiq olunur. Avtomatlaşdırmanın nəticəsi olaraq artıq həm limanda çalışan şəxslər, həm də yük sahibləri onlayn olaraq yüklərin statusu və harada olduğu ilə bağlı məlumatları daha asan və tez bir yolla əldə edə bilirlər.

Eyni zamanda, baş direktor qeyd edib ki, ölkəmizin “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməsi liman üçün çoxşaxəli tranzit potensialı yaradır və bu da öz növbəsində, Xəzər dənizi vasitəsilə sürətli keçidini təmin etməyə imkan verir.

Yeni Bakı Limanında yaradılan infrastrukturla tanış olan səfir M.Peneveyre də öz növbəsində deyib ki, Azərbaycan daim inkişaf etməkdə olan nəqliyyat dəhlizində çox vacib geosiyasi mövqedədir, Avropa və Asiyanı bir-biri ilə bağlayan mühüm nəqliyyat dəhlizi və gözəçarpan inkişaf strategiyası ilə həm nəqliyyat, həm də logistika qovşağı kimi çox mühüm rola malikdir.

BAKI. 05.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010