Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV BP-NİN DİREKTORLAR ŞURASININ SƏDRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulandı, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edildi.

Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd etdi.

Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

BAKI. 06.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010