Banerlər
Xəbərlər

 

İNNOVASİYALAR AGENTLİYİ İLƏ “MARS ACADEMY” VALİDEYN VƏ UŞAQLAR ÜÇÜN “AÇIQ QAPI” GÜNÜ KEÇİRİB

Sentyabrın 7-də İnnovasiyalar Agentliyi ilə “Mars Academy” valideyn və uşaqlar üçün “Açıq qapı” günü təşkil edib.

Agentlikdən bildirilib ki, uşaqlar “Mars Akademy”nin kursları, məzmunu, avadanlıqlar, həmyaşıdlarının hazırladığı layihələrlə tanış olub, böyük həvəslə “workshop”da iştirak ediblər.

“Mars Academy” keyfiyyətli STEAM (elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə verir. Kursun əsas hədəfi uşaqlarda XXI əsrin ən vacib bilik və bacarıqları sayılan innovativ, yaradıcı düşünmə, məntiqi təfəkkür, hesablama düşüncəsi, motorika bacarıqları, layihə üzərində komanda şəkilində işləmə, təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Kurs 4 istiqamət üzrə 5-15 yaşarası uşaqları bir araya gətirir. Robotiks-robot qurmaq və proqramlaşdırmaq; mühəndislik-elm, texnologiya, mühəndislik, fizika, kimya, incəsənət və riyaziyyata inteqrasiya edən STEAM proqramlarını; proqramlaşdırma - proqramlaşdırma anlayışı, animasiya və sadə oyunlar; rəqəmsal incəsənət-memarlıq abidələri və təxəyyülə uyğun 3D fiqurlar yaratmaq və animasiyaya çevirmək bacarıqlarını öyrədir.

“Açıq qapı” gününə 100-dən çox uşaq və valideyn qatılıb.

BAKI. 09.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8811
Rusiya rublu
0.0264
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010