Banerlər
Xəbərlər

 

“YARAT”DA NÖVBƏTİ PERFORMANS - “RUNANŞAH”

Sentyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Fərhad Fərzəliyevin “Runanşah” adlı video və səs performansı təqdim olunacaq.

Bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq – Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır.

Bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə də Mesopotamiya folklorunda həm insana, həm də balığa bənzəyən amfibiya məxluqlara qayıdır.

Əfsanəyə görə bu məxluqlar, bilik və bacarıqlarını quru sakinlərinə öyrətmək üçün sudan bayıra çıxırlar. Təqdimatdan sonra, rəssam Runanşah obrazını təmsil edən balıq geyimində mövzuya uyğun musiqili səs performansı ifa edəcək.

BAKI. 23.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010