Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN QILINCOYNADANI BEYNƏLXALQ TURNİRDƏ QIZIL MEDAL QAZANIB

Azərbaycanın qadınlardan ibarət sablya üzrə milli komandasının üzvü Anna Başta Belçikanın Gent şəhərində keçirilən “Satellite” seriyalı “Flemish Open” turnirinin qalibi olub.

Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran A.Başta, mütləq nəticə ilə birbaşa turnirin onaltıdabir final mərhələsinə yüksəlib. Bu mərhələdə kolumbiyalı Quarin Lopez (15:5) üzərində inamlı qələbə qazanan sablyaçımız, səkkizdəbir finalda belçikalı Jolien Korteyni 15:11 hesabı ilə məğlub edib. Turnirin dörddəbir finalında Azərbaycan dueli baş tutub. Qrup mərhələsini 5 qələbə ilə başa vuraraq pley-offda Almaniya təmsilçisi Liza Ruetgers (15:4) və honkonqlu Au Sin Yinq (15:13) üzərində qələbə qazanan Sevil Bünyatova Anna Baştaya rəqib olub. Maraqlı mübarizə şəraitində keçən görüşdə Başta S.Bünyatovanı 15:11 hesabı ilə məğlub edib. A.Başta yarımfinalda argentinalı Maurise Perezə heç bir şans verməyib -15:4. Finalda Hindistan idmançısı Anandha Çadalavadaya 15:10 hesabı ilə qalib gələn Anna Başta qadın sablyaçıların şəxsi yarışında “Flemish Open” turnirinin qızıl medalını qazanıb.

Digər qadın sablyaçılarımızdan qrupda qazandığı 4 qalibiyyətlə pley-offa yüksələn Valeriya Bolşakova 1/16 finalda Böyük Britaniya təmsilçisi Tamara Karnaka (15:8) qalib gəlsə də, 1/8 finalda argentinalı Maurise Perezə (12:15) uduzub. Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16 finalda italiyalı Fusko Paqano üzərində (15:13) qələbə qazanıb. Kərimova 1/8-də digər italiyalı sablyaçı Eloisa Passaroya (14:15) məğlub olub. Qrupu 3 qələbə ilə bitirən Aysel Əhədova da pley-offa adlamağı bacarıb. Əhədova 1/32 finalda Erin Konkoranı (15:11) üstələsə də, 1/8-də turnirin gümüş medalçısı Anandha Çadalavadaya (Hindistan) (3:15) uduzub.

Kişi sablyaçıların şəxsi mübarizəsində Cavanşir Ağakişiyev qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksəlsə də, burada Avstraliya qılıncoynadanı Dik Jadrin (14:15) qələbə qazanıb.

BAKI. 30.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010