Banerlər
Xəbərlər

 

CÜDOÇULARIMIZ AVROPA AÇIQ KUBOKUNDA 4 MEDAL QAZANIBLAR

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Kişilər arasında 100 kiloqramdan çox çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kiloqram) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə, milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar.

Xatırladaq ki, turnirin ilk günü Aleksandra-Larisa Florian (57 kiloqram) və Rəşad Yelkiyev (60 kiloqram) 3-cü yeri tutublar. Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

BAKI. 30.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010