AZERBAIJANI OIL

The availability of significant oil and gas
reserves in Azerbaijan is the fortune of our people
and the major factor in the development of the country
for the welfare of the people and their present and future.
Heydar Aliyev

Azerbaijan which is famous as the oil country in the entire world initiated the industrial production of oil in the middle of the 19th century. The oil fountain in the Bibiheybat field of Baku in 1848 laid the foundation for the first industrial production of "the black gold" in Azerbaijan. Azerbaijan took first place in the production and processing of oil in 1899 and accounted for 50% of the global oil production.

Beginning from the 1870s the foreign capital started to flow into the country. The development of oil industry bred a new generation of local entrepreneurs. Haji Zeynalabdin Tagiyev, Musa Naghiyev, Shamsi Asadullayev turned into the famous oil entrepreneurs owing to their skills, talent, industriousness and undertook great work for the welfare of the people and the nation of the country.

Azerbaijan that accounted for 75% of the oil produced in the Soviet Union during the Second World War thus providing the front with the fuel made a great contribution to the victory over fascism.

The fountain struck on the Neft Dashlary considered the rare field 100 kilometres away from Baku in 1949 opened a new stage in the production of offshore oil. Azerbaijan started to produce oil in the offshore fields at that time.

The 1970-1980s entered history as the period of great achievements of the Azeri oil industry and the strengthening of its material and technical basis as well as its development. The progress of the said sphere within that period of time is closely connected with Heydar Aliyev who ruled Azerbaijan.

These years were also characterized by the development of the deeper regions of the sea by Azeri oilmen. As a result of the purposeful measures conducted at that time oil industry strengthened and its wide infrastructure was established. Azerbaijan was supplied with different drilling plants for the development of offshore fields, special boats, technique and equipment to ensure the offshore construction works and such strategically important production plant as the plant of the deep sea basis of Baku was established. Moreover, great progress was also observed in the oil processing, petrochemical industry and oil mechanical engineering.

The rapid arrangement and realization of geological surveys in the Caspian Sea in the early 1970s were also connected with Heydar Aliyev. To date, it is possible to say that the works carried out by the national leader of the Azerbaijani people in all spheres including oil sector constituted his farsighted plans-the contract of the century and the intention to improve the living standards and to ensure the independence of the people.

Within the first years of independence, the increase of gas and oil production was regarded as one of the major means for the elimination of economic and social troubles. Under such conditions, the limited financial funds required the participation of foreign companies and investors. Yet, the oil companies of the West hesitated to invest in Azerbaijan due to the Armenians' intervention to Azerbaijan as well as the turmoil, inner differences and instability. At the same time, the economic interests of Azerbaijan were not ensured by any of the conducted talks.

The talks initiated with the interested foreign oil companies in the 1980s were nearing their end in spring of 1993. At that period Azerbaijan was close to the signing of a contract that not only neglected the interests of the people but also would strike a hard blow on the economics of the country through plundering the valuable natural reserves of the country.

Heydar Aliyev's return to the government in 1993 by the will and request of the people laid the foundation for the dramatic changes in the political and economic life of Azerbaijan.

The discussions and talks on the oil contract were in fact resumed and at last following the hard process of negotiations, the country agreed on such provisions of the contract that would fully correspond to the interests of Azerbaijan.

The oil contract signed with the oil companies of the West in Gulistan palace of Baku on September 20, 1994, opened a new page in the history of the country. Later, the said contract called "The Contract of the Century" was perpetuated in the oil chronicle of independent Azerbaijan.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın yeddi ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Təsadüfi deyil ki, bu saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 saziş imzalandı. Bu sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşları 60 mlrd. dollara çatdırıldı.

Dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft yataqlarının birgə işlənməsindən əldə edilən gəlirlərin ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin ulu öndərimiz Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı il yanvar ayında “Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında” Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.

Lakin bütün bunlara baxmayaraq, həmin dövrdə əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi aktual və ziddiyyətli məsələ olaraq hələ öz müsbət həllini tapmamışdır. Nəhayət, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində, ATƏT Sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı.

Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə — Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memerandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start vermiş, ölkəmiz enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının ən yaxın tərəfdaşlarından birinə çevrilmişdir.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Neft-qaz təsərrüfatında baş verən ən mühüm hadisələrdən biri kimi 2010-cu ildə Azərbaycanda yeni böyük qaz yatağı –“Ümid” yatağının kəşf edilməsidir. Əldə olunan böyük nailiyyətlərdən biri də “Abşeron” yatağının ehtiyatlarının müəyyən edilməsidir. ”Abşeron” yatağının ehtimal olunan ehtiyatları 350 milyard kubmetr qaz təşkil edir. Bu yatağın kəşf edilməsi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon  550 milyard  kubmetrə çatmışdır.

2014-cü ilin sentiyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur.

Hazırda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilir. Dörd böyük layihədən ibarət olan dəhlizinin 3 elementi -  “Şahdəniz-2” qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri və  TANAP layihəsi üzrə işlər artıq yekunlaşıb.

29 may 2018-ci il tarixində Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu.

2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.

Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Başqa sözlə desək, Yeni neft strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur.