Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı
cinayət kimi siyasi-hüquqi qiymətini almalıdır.
Heydər Əliyev
- … O, hamilə qadının qarnını yırtaraq, çəkməsi ilə vurub insan övladını ana bətnindən çıxarır. Sonra canını tapşırmış qadının ərinin kəsilmiş başını onun yırtılmış qarnına təpir.. Qadının qarnını tikir.
- … O, körpəni ayağı ilə yaşıl bayrağa bürmələyərək, üstünə kerosin tökür. Od vurub yandırır.
- … O, qorxudan tir-tir əsən yeniyetmələri bir sıraya düzərək, qılıncının bir zərbəsi ilə hamısının başlarını birdəfəyə vurmağa çalışır. Həyat əsər-əlaməti qalmayan məsum uşaq gözlərində dəhşət harayı.
- … ONUN yandırdığı məscidlər, kilsələr, sinaqoqlar, digər dini ibadət ocaqları od-alova bürünür.
- … hava limanlarında, turizm bürolarında, səfirliklərdə, banklarda, küçələrdə, biznes mərkəzlərində partlayışlar: insan cəsədləri. Fəryadlar və qan. İniltilər və lənət-qarğışlar.
O məmnundur. O, insandırmı?
Bu gün O artıq bakterioloji və kimyəvi silaha malikdir. Əlini uzatsa, nüvə silahına çatar. Hansı bayraq altında və ya şüarla məhv etmək — bunun daha ONUN üçün fərqi yoxdur. Başlıcası budur ki, O hamının diqqət mərkəzindədir.
Bəzən O xatırlayır: 1886-cı il, Cenevrə. Onda mədəni Avropanın mərkəzində O, məharətlə sosialist qiyafəsinə girərək, "türkləri və kürdləri istənilən şəraitdə qırıb-çatmağı" qərara almışdır. O təkcə Şərqi Anadoluda bir milyon insanı məhv etmişdir. Səbəb? Onun qanına qəltan etdiyi adamlar islam dininə etiqad edirdilər.
Lakin bu, sonralar olmuşdur, xatirələr isə daha uzaq zamanlara, ONUN ağına-bozuna baxmadan, xüsusi ifadələr seçmədən, "Rədd olun, rus köpəkləri!" dediyi vaxtlara aparır. Bunu deyib, yeganə təmiz su mənbəyini zəhərləmişdi. Bədənlərini üfunətli yara-xora bürümüş ruslar əzab-əziyyət içində ölürdülər. O isə sanki möcüzə sayəsində sağ qalmış insanların yaddaşında ya gəlmə təbib, ya da, sadəcə olaraq, "pencəkli adam" kimi həkk olmuşdur. Söz düşmüşkən, sonuncu ifadə ONUN çox da xoşuna gəlmirdi. İstəyirdi ki, ONA daha böyük diqqət yetirsinlər, budur, Amerikanın "Boston Herald", yaxud Almaniyanın "Forvest" qəzetləri ONDAN yazırlar, amma hələlik hər şeyi istənilən kimi və necə lazımdırsa, yazmırlar: "pencəkli adam" obrazı insanların şüuruna bir növ yeridilmişdir və bu obrazı oradan ONA məlum olan, artıq həyat tərzinə çevrilən yeganə bir üsulla çıxarmaq lazım gəlmişdir. Sonra knyaz Qolitsinə divan tuturdu və Tiflisdə, Qarsda qətllər törədirdi. Məsələn, Bakıda O, elə-belə, bir növ, qorxutmaq üçün adamların üstünə bomba atdı … və yerli qəzetlərdən birində belə bir sitata nail oldu: "Bu psixozun ciddi və təcili müalicəyə ehtiyacı var". Bir dəfə tanınmış erməni alimi ONDAN hətta sözbəsöz iqtibas gətirmişdi: "Mən Basarkeçərdə türk əhalisini ağına-bozuna baxmadan məhv etdim. Amma bəzən gülləyə heyfim gəlir. Bu köpəklərə qarşı ən düzgün vasitə döyüşdən sonra sağ qalanların hamısını bir yerə toplayaraq quyulara doldurmaq və üstündən də ağır daşlarla vurub axırlarına çıxmaqdır… Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığdım və quyulara ataraq, üstlərindən də daşla vurub öldürdüm". Bəs ONUN uşaqların gözlərini çıxarıb, onlardan "boyunbağı" düzəltdiyini necə xatırlamayasan…
O, qətlləri əvvəlcə çar Rusiyasının bayrağı altında törədirdi. Sonralar isə inqilabın və kommunizmin qırmızı bayrağı altında. 40-cı illərdə O, əslində, eyni zamanda həm Stalinin, həm də Hitlerin yanında olmuşdur: "pencəkli adam" bu "rəhbərlər"in adından… insanları qırıb-çatırdı. Sonra şanlı dövr — qətliamları cəzasız törətmək üçün yaxşı fürsət-girəvə olan postsovet demokratiyası dövrü başlandı.
Mətbuat üçün məlumatlara və açıq-aşkar verilən bəyanatlara, ONUN əsr yarım ərzində törətdiyi cinayətlərə görə, O, ruslara, və türklərə, isveçrəlilərə və fransızlara, amerikalılara və ərəblərə, habelə ingilislərə, ispanlara, portuqaliyalılara, azərbaycanlılara, gürcülərə, ləzgilərə, yəhudilərə, kürdlərə, avstraliyalılara, belçikalılara, kanadalılara, ümumiyyətlə, xristianlara, müsəlmanlara, iudaistlərə nifrət edir. Ümumiyyətlə, NATO-ya da. Ümumiyyətlə, kommunizmə və kommunistlərə də. Buna baxmayaraq, O, türkləri rusların bayrağı altında, azərbaycanlıları kommunizm və demokratiya adından, yəhudiləri müsəlmanlar adından, müsəlmanları xristianlar adından öldürmüş və öldürür, xristianları islam təməlçiliyi ilə qorxudur…
Bəs O kimdir?
XIX əsrin axırlarında yaşamış erməni tədqiqatçılar hesab edirlər ki, O, qaraçılardan, daha doğrusu, onların "daşürəkli" — "hayk" adlandırılan tayfasından törəmişdir. Bəzi Avropa tarixçilərinin fikrincə, ONUN ulu vətəni Balkan yarımadasıdır. Burada O, xristianlığı qəbul etmişdir. Xristian ilahiyyatçıları isə bunun cavabında hiddətlənərək, sübut kimi belə bir dəlil gətirirlər ki, O, Ümumdünya Xristian Məclisi tərəfindən lənətlənmişdir. ONU — bu məlunu türklər qəbul etmiş, ONA torpaq da vermişlər, çörək də. Amma O, türklərə nifrət edir. Üstəlik, O, ruslara da nifrət bəsləyərək, türkləri rusların adından öldürürdü, bununla belə, gizlətmirdi ki, ONUN gələcəyi Türkiyə ilə bağlıdır. Bəs O, nə üçün ABŞ-ın əleyhinədir? Bu işdə Yaxın Şərqin radikal müsəlmanları ilə, təxminən bir əsr əvvəl yüz minlərlə qırıb-çatdığı müsəlmanlarla əməkdaşlıq edir. Ozü də məhz ona görə qırıb-çatdığı ki, onlar müsəlmandırlar. Əslinə qalsa, təəccüblənməyə dəyməz, çünki indi O, gənc kürdlərlə bir yolun yolçusudur, əlbirdir. O kürdlərlə ki, onların ata-babalarını insanlıqdan kənar ən qəddar tərzdə öldürürdü…
ONUN hələ XIX əsrdə buraxılmış dərsliyinə baxaq. Səhifələrini vərəqləyək: 87-ci, yaxud 61-ci səhifəsini — fərqi yoxdur. Oxuyuruq: "Ermənistan böyük sözdür, keçmiş zəmanələrin böyük yaddaşı və gələcəyin böyük elementidir… Artmaqda olan erməni tayfasının gələcəyi böyükdür… Ermənilər əhatə olunduqları bütün xalqlardan mənəvi cəhətdən üstündürlər… Erməni xalqı Haqq-Taala tərəfindən vasitəçi seçilmişdir…" Dayan. Beləliklə: partlayışlar və öldürülmüş qadınlar, qocalar, uşaqlar. 150 ildən artıq bir dövrdə həmişə və hər yerdə, bax beləcə olmuşdur — Moskva, Nyu-York, Paris, Lissabon, Cenevrə, Roma, Ankara, London, Bakı, Tbilisi, İstanbul, Vyana, Amsterdam, Madrid, Ottava, Dortmund, Tehran, Sidney, Zürix, Marsel, Belqrad, Beyrut, Kopenhagen, Vatikan, Brüssel, Frankfurt, Bonn, Milan, Bern, Afina, Lion, Lüksemburq, Los-Anceles, Kislovodsk, Xocalı, Sumqayıt, Axalkalaki, Rostov: kinoteatrlarda, aeroportlarda, təyyarələrdə, avtobuslarda, metrolarda, qatarlarda, gəmilərdə və s. yerlərdə partlayışlar.
Uzun müddət O, insanların qətlində əli olduğunu gurultulu ibarə — "Böyük Ermənistan uğrunda" ibarəsi altında gizlədir və ya adamları elə özünün uydurduğu "1915-ci il soyqırımı"na görə öldürürdü ki, bu da özünün təcavüzkarlığına, qana hərisliyinə haqq qazandırmaq üçün daha bir bəhanədir. Kayzer Almaniyasının səfiri baron fon Bulovdan tutmuş dünya proletariatının rəhbəri Leninədək heç kim bu ibarələrə ciddi əhəmiyyət verməyərək, "öz gözlərinə inanırsansa, erməni məsələsi ilə məşğul olmamağın daha yaxşıdır" desə də, O, əvvəlki şüarlarını inadçılıqla, izaholunmaz ardıcıllıqla dəyişdirmirdi. O özünün dərsliyinə, deməli, bütün xalqlar üzərində özünün mənəvi üstünlüyünə, özünün ilahi vergisi olan xüsusi qabiliyyətinə və xüsusi "missiya"sına kor-koranə inanaraq, qanlı, iblisanə "iş"ini davam etdirirdi. Kolumbiyalı narkobaron Karlos öz müsahibəsində artıq ONU narkobiznes üzrə xırda tərəfdaş adlandırsa da, artıq O, əsir və girovlardan çıxarılıb götürülən transplantasiya orqanlarının satışında təqsirləndirsə də, dahi Puşkindən tutmuş ABŞ Prezidenti R.Reyqanadək hamı ONUN haqqında ən xoşagəlməz sözlər desə də, O, mahiyyətcə dəyişməyibdir, xroniki təhtəlşüur, davakarlıq vəziyyətində olan daxili aləmi də, əslində, dəyişməz qalıbdır. Amma görkəmli rus tədqiqatçılarının fikrincə, O, zahirən dəyişə bilər. Məsələn, adını həvəslə dəyişdirib rus, gürcü, kürd, ərəb, türk, fransız, ispan, azərbaycanlı adları və başqa adlar qoyur. Kütlə ilə qaynayıb-qarışmaq üçün. Bu isə cinayətkarın klassik üsuludur.
Buna baxmayaraq, ONUN həqiqi adı bizə yaxşı məlumdur: BEYNƏLXALQ TERRORİZM.
Etiraf etmək lazımdır ki, 2000-ci il 10 yanvar tarixli BMT Konvensiyasına görə, dünya birliyi özünün bütün tarixi ərzində "terrorizm" anlayışına aydınlıq gətirə bilməmişdir. Belə də olmuşdur ki, "terrorçu" sözü bir çox hallarda "azadlıq mücahidi" kimi yozulmuşdur. Təfsirdə çətinliklərlə əlaqədar hüquqşünaslar, istər partlayıcı qurğuların qoyulması, insanların oğurlanması olsun, istərsə də təyyarələrin qaçırılması olsun, fərqi yoxdur, konkret faktları cinayət kimi tövsif edən konvensiyalar sistemi yaratmaq məcburiyyətində qalmışlar. ABŞ Qanunlar Məcəlləsinin 22-ci Titulunda, 2656 f (d) Bölməsində terrorizmin tərifinə nəzər salaq:
- "Terrorizm" termini submilli qruplar və ya gizli fəaliyyət göstərən agentlər tərəfindən, adətən, cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək məqsədilə dinc əhaliyə və ya obyektlərə qarşı qəsdən törədilmiş, siyasi cəhətdən əsaslandırılmış zorakılıq deməkdir;
- "Beynəlxalq terrorizm" termini birdən çox dövlətin vətəndaşlarının iştirak etdikləri və ya ərazisinin əhatə olunduğu terrorizm deməkdir;
- "Terror qrupu" termini beynəlxalq terrorizmlə məşğul olan və ya özünün tərkibində bu cür fəaliyyətlə məşğul olan xeyli yarımqrupa malik hər hansı qrup deməkdir.
1983-cü ildən ABŞ hökuməti statistika və analitik məqsədlər üçün terrorizmin bu tərifindən istifadə edir.
Rusiya Prezidenti Vladimir Putin terrorizm barəsində ruslara xas düzlük və açıqlıqla demişdir: "Bu bir bəladır və onunla mübarizə aparmaq lazımdır".
"Erməni terrorizmi" məfhumuna gəldikdə isə, zahirən nə qədər mürəkkəb olsa da, onun təzahürünü izah etmək qat-qat asandır. Adlarından asılı olmayaraq, bəzi erməni təşkilatları öz proqramlarında terrora qarşıya qoyulan məqsədə çatmaq vasitəsi kimi baxırlar. Üstəlik, onilliklər ərzində erməni terrorizminin qurbanları elə bu təşkilatların üzvlərinin özləri, daha doğrusu, onlardan başqa cür düşünərək, məhz terroru rədd edənlər olmuşlar. Erməni alimlərinin tədqiqatlarında, siyasi liderlərin erməni xalqı üçün dönüş dövrlərindəki çıxışlarında tam bir sıra erməni təşkilatlarının fəaliyyətinin terrorçuluq istiqamətini insana qarşı cinayət kimi tövsif edən fikirlər və məlumatlar var.
Buna məqsədi doğruldan forma da sübutdur: kütləvi vahimə yaratmaq metodu kimi, xüsusi qəddarlıqla törədilən qətllər. O ki qaldı terror təşkilatlarının göstərişlərini yerinə yetirən erməni quldur birləşmələrinə, onların bu tərifi artıq çoxdan — hələ XIX əsrin axırlarında rus qafqazşünaslarının və publisistlərinin tədqiqatlarında verilmişdir.
Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Helsinki komissiyasının həmsədri Kristofer H.Smit ATƏT çərçivəsində əks-terror əməkdaşlığına dair dinləmələrdə belə bir fikir söyləmişdir ki, əlbəttə, terrorizmin müsibətlərinə qarşı müharibəni udmaq üçün hansısa bir vasitə yoxdur. Qələbə terrorizmə müxtəlif istiqamətlərdən zərbələr endirilməsi nəzərdə tutulan razılaşdırılmış mövqeni istifadə edildiyi təqdirdə qazanıla bilər. O, Qafqaz ölkələrinin nümayəndələrindən konkret təkliflər verməyi də xahiş etmişdir.
Ola bilsin, bu nəşr beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq məqsədilə onun öyrənilməsinə dair konkret təkliflərdən biridir.
Ola bilsin, dəyişməkdə olan dünya qəddarlığı izah etməyə daha qadir deyildir. Lakin təkcə bir şey mümkün deyil — bu kitab qorxub vahiməyə düşməyə və mutiliyə heç zaman çağırış olmayacaqdır.
Bəşəriyyət ona zorla qəbul etdirilən illüziyalardan — hamilə qadınların qarınlarını yaranların, qorxudan əsən oğlan uşaqlarının başlarını qılıncın bir zərbəsi ilə vuranların, kinoteatrları, mülki təyyarələri partladanların, siyasətçiləri və biznesmenləri qətlə yetirənlərin, kilsələri, məscidləri və sinaqoqları yandıranların qəbul etdirdikləri illüziyalardan xilas olmağa qadirdir.
Bu gün terrorizm insan hüquqları məkanına, onların ən müqəddəsinə — Yaşamaq hüququna qlobal təhlükə törədir.
Bu hüquq xüsusi olaraq qorunmağa layiqdir.
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu