AZƏRBAYCANIN TURİZM SİYASƏTİ

Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, Böyük İpək Yolunun əsas tarixi məntəqəsi və əsrlərdən bəri dünyanın hər yerindən gələn səyyah və tacirlər üçün açıq olan bir ölkədir. İpəklə, şirniyyatla, qızılla və mirvari ilə yüklənmiş karvanlar burdan keçərək  Avropa və Şərq ölkələrinə gedib-gəlirdi. 

Məşhur ingilis səyyahı və taciri Entoni Cekson (XVI əsr), “3 dəniz arxasına səyahət” edən rus səyyahı Afanasi Nikitin (XV əsr), XIX əsrin məşhur yazıçı-səyyahı Aleksandr Düma və b. görkəmli şəxsiyyətlər Azərbaycanda olublar.

Təəccüblü deyil ki, Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın bir çox yerlərindən olan turistləri cəlb edərək bu ölkəyə gətirir. İlıq Xəzər dənizi, yumşaq iqlim və toxunulmaz təbiət çimərlik, aktiv və ovçuluq turizmlərinin əsasını təşkil edir.

Azərbaycan kimi gözəl təbiəti, təbii sərvətləri olan hər hansı bir ölkədə turizmin inkişafı labüddür. Ölkə baxımlı yerləri ilə, dünya kurortlarından geri qalmayan yüksək səviyyəli kurortları ilə zəngindir.  Son zamanlarda ölkənin dörd bir yanında möhtəşəm otellər inşa edilir: Qusarda altı oteli fəaliyyət göstərən “Şahdağ” xizək  mərkəzi; Qəbələdə ikinci xizək kurortu; Qubada gözəl  “Quba Palace”  oteli və s.

Azərbaycan  heyrətamiz  ölkədir. Buranın  hər şeyi – təbiəti və mədəniyyəti, tarixi  və memarlığı, adət və ənənələri qeyri-adidir. Naxçıvanda, Kəlbəcərdə, Lənkəranda və Babadağda yerin altından qaynar su çıxır, Suraxanıda od məbədi Atəşgah mövcuddur,  bundan başqa bir sıra görməli yerləri  var.

Sağlamlığını bərpa etmək və möhkəmləndirmək  istəyən hər kəs  Azərbaycanın  çoxsaylı  sağlamlıq ocaqlarına  müraciət edir. Cənub  bölgəsinin qeyri-adi  iqlimi sayəsində Lənkəranda və ətraf ərazilərdə çoxsaylı şəfa ocaqları mövcuddur. Dünyaca  məşhur olan Naftalan kurortu özünəməxsus bioloji keyfiyyətli müalicə üsullarına malikdir. Naftalan şəfaverici gücə malik olan, dünyada tayı-bərabəri olmayan xüsusi növ neft yatağının çıxdığı yerdir. Bütün bu amillər Azərbaycanda müalicə turizminin yaranması və inkişafına təkan verən göstəricilərdir.

Təkrarsız memarlıq,  ibtidai mədəniyyət,  çoxçeşidli milli mətbəx nümunələri dünyanın hər yerindən olan turistləri bu məkana cəlb edir.

Azərbaycan xalqının ənənəvi musiqi janrı hesab edilən  muğam isə UNESKO-nun qeyri-mədəni irs siyahısına salınaraq yeni turizm cərəyanı olan muğam turizm turlarını yaradıb.

Yay vaxtı isə Azərbaycanda ekoloji turlar – təbii qoruqlarını gəzmək və ovçuluq marşrutları çox yayılıb. Bunları asanlıqla etnoqrafik turlarla birləşdirmək olar. Qubanın qədim kəndi Xınalıq, İsmayıllıda yerləşən orta əsrin misgərlik ənənələrini özündə yaşadan Lahıca səyahət də çox maraqlıdır.

Ölkənin paytaxtı Bakıda olan turistlər  mütləq tarixi-memarlıq qoruğu – içərisində Şirvanşahlar sarayı və UNESKO-nun dünya irsi siyahısına salınan  “Qız qalası” olan  İçərişəhərə düşmək istəyirlər.

Azərbaycan artıq regionda turizm mərkəzinə çevrilib. Ölkədə hər il böyük ümumxalq sərgisi — “Turizm və Səyahət” AİTF keçirilir ki, bu da dünyanın hər yerindən yüzlərlə insanın bir araya gəlməsinə şərait yaradır.

Azərbaycanın paytaxtında yerləşən ən məşhur otellər şəbəkəsi bunlardır: Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Grand Hotel Europe, Hilton Baku.

Azərbaycanın əyalətlərində də otellər, istirahət yerləri, əyləncə və idman mərkəzləri  fəaliyyət  göstərir ki, bunlardan  Qafqaz otellər şəbəkəsi və Qəbələnd atraksion parkı;  möhtəşəm qış-yay turizm kompleksi olan  “Tufan” yenə;  30-dan çox olimpiya-idman kompleksləri və vacib infrastruktura malik olan obyektlər il boyu turistlərin ixtiyarında fəaliyyət göstərir.