ŞİMAL MARŞRUTU: XIZI – SİYƏZƏN – DƏVƏÇİ – QUBA – XAÇMAZ – NABRAN – QUSAR

XIZI

XIZI RAYONU Azərbaycanın Quba-Xaçmaz adlanan regionunda yerləşir. Respublikanın dağlıq relyefə malik olan inzibati rayonları arasında Bakıya ən yaxını Xızıdır: Bakı ilə Xızı arasında məsafə cəmi 70 km-dir. Bu bölgədə iqlim mülayim-isti olub yağıntılar az düşür. Rayonun şərq hissəsi Xəzər sahilləridir.

Xızıya gedən yolda, BAKI-ROSTOV şosesindən 10 km aralıda çox maraqlı bir təbii hadisə müşahidə etmək olar: müxtəlif geoloji süxur layları təpəliklərin səthində çox özünə məxsus rəngi ilə seçilən landşaft yaradır. Mütəxəssislər bildirirlər ki, buna oxşar geoloji hadisəyə yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək olar- ABŞ-dakı Ölüm vadisində.

Respublikanın ən gözəl qoruqlarından biri olan "ALTIAĞAC" qoruğu Xızı rayonunda yerləşir. Onun ərazisinin 90 %-i meşələrdən ibarətdir. Bu qoruq Böyük Qafqazın cənub-şərq yamaclarındakı nadir heyvan və bitki növlərini qoruyub saxlamaq və burada baş verən eroziya proseslərinin qarşısını almaq üçün yaradılmışdır. Şirvanşahların hakimiyyəti dövründə salınmış karvan düşərgələrindən biri burada yerləşirdi. "Altıağac" adının mənası isə "6 ağac" sözləri ilə bağldır: iş burasındadır ki, "Ağac" sözu qədim uzunluq vahidi olub təxminən 7 kilometrə bərabərdir.

Altıağacdan ŞAMAXI şəhərinə qədər məsafə 42 km, yəni "6 ağac" olduğu üçün bu yer belə adlandırılmışdır. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçmişdir. Piyada turizm həvəskarları hələ də buradan MƏRƏZƏYƏ və ŞAMAXIYA turist səfərləri edirlər. YAŞMA yasaqlığı da Xızı rayonunun ərazisində (Sumqayıt şəhərinin yaxınlığında) yerləşir. Sahəsi 4 hektara bərabər olan bu yasaqlığda su quşları ovlamaq və balıq tutmaq üçün əlverişli şərait var.

Rayonun inzibati mərkəzi XIZI ŞƏHƏRİDİR. Bakıdan məsafəsi 104 km-dir. Xızı Azərbaycanın məşhur yazıçısı və dramaturqu, milli kino sənətinin inkişafı üçün böyük işlər görmüş Cəfər Cabbarlının vətənidir. Hazırda Azərbaycan Dövlət Kinostudiyası onun adını daşıyır. Azərbaycanın tanınmış mədəniyyət xadimləri Mikayıl Müşfiq və Cabir Novruz da əslən Xızıdandır. Buraya gələn səyyahlar, turistlər və sadəcə istirahət edənlər üçün şəhərin yaxınlığında "CƏNNƏT BAĞI" adlı gözəl istirahət zonası yaradılmışdır. Bu zona dağ meşəsində, ATAÇAY çayının sahilində, ALTIAĞAC qoruğunun lap yaxınlığında yerləşir. Xızıdan 8 km aralıda isə "QIZILQAZMA" adlı daha bir istirahət zonası var.

SİYƏZƏN

SİYƏZƏN RAYONU Azərbaycan paytaxtından şimalda, Xəzər dənizinin sahilləri boyunca yerləşmişdir. İqlimi quru yarımsəhra iqlimi, landşaftı seyrək meşələrdən və kolluqlardan ibarətdir. Heyvanat aləmində canavar, çöl pişiyi, çaqqal, dovşan və digər növlər çoxluq təşkil edir. Sahilyanı zonada su quşlarının bir neçə növünə rast gəlmək olar. GİLGİLÇAY və ATAÇAY çayları bu rayonun ərazisindən axır.

İlkin orta əsrlər dövründə Xəzəryanı müdafiə istehkamlarının ikinci xətti buradan keçirdi (həmin istehkamların birinci xətti Dərbənddədir). Bu xətt Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına daxil edilmişdir. GİLGİLÇAY MÜDAFİƏ İSTEHKAMI həm də YUNESKO tərəfindən "XƏZƏRYANI MÜDAFİƏ İSTEHKAMLARI" kompleksində Ümumdünya mədəni abidələr irsinin siyahısına daxil edilmək üçün tövsiyə olunmuşdur. Arxeoloqlar müəyyən etmişlər ki, Gilgilçay müdafiə istehkamının tikintisi lap çoxdan, hələ eramızdan əvvəl başlanmış, sonrakı dövrdə bu istehkamda daim əlavə tikinti işləri aparılmış və istehkam daha da möhkəmlədilmişdir.

İstehkam divarları bilavasitə dənizin içində başlanır (uzun illər boyu Xəzərdə suyun səviyyəsi vaxtaşırı dəyişikliklərə məruz qalmışdır). Bir neçə kilometr uzanan qala divarları möhtəşəm ÇIRAQQALA KEŞİKÇİ QÜLLƏSİNDƏ (V əsr) başa çatır. Bu qülləyə qalxmağa dəyər: onun tarixi əhəmiyyəti öz yerində, dağın zirvəsindən baxanda dənizə və ətrafdakı dağlara çox gözəl bir mənzərə açılır.

Burada, dənizlə Qafqaz dağlarının ətəkləri arasında Azərbaycandan şimaldakı digər ölkələrə gediş-gəliş üçün rahat bir keçid var. Ta qədim dövrlərdən Xəzər keçidi adlanan bu ərazidən həm qonşu dövlətlərdən, həm də uzaq ellərdən gəlmiş işğalçılar ölkəmizin ərazisinə soxulurdular. Onlar Azərbaycana basqınlar edir, Bakı limanında qarətlər törədir, bəzən ölkənin lap içəri hissəsindəki rayonlara da gedib çıxırdılar. Buna görə də həmin istehkam tikilisi müdafiə xarakterli olub Abşerona (Bakıya) və daha sonra qədim Azərbaycanın butun sərhədyanı regionlarına siqnal çatdırmaq üçün istifadə edilirdi. İstehkam divarlarının ölçüləri və müdafiə təyinatlı olması (o, böyük ipək yoluna keçidləri də qoruyurdu) onu Böyük Çin Səddi ilə müqayisə etməyə imkan verir, lakin bu obyekt hələ də bərpa edilməmişdir.

Çıraqqala qülləsindən bir qədər aralıda yerləşən QALAALTI kurort şəhərciyində Çıraqqala sanatoriyası diqqəti cəlb edir. Onun ərazisində müalicəvi əhəmiyyətə malik olan kükürdlü mineral su bulağı var. Bu su sidik kisəsində və öd kisəsində daş olan xəstələr üçün xüsusilə faydalıdır. Sanatoriyaya gedən yol boyunca çoxsaylı kababxana, kafe və kiçik kempinqlər yerləşir. Onların əksəriyyəti yalnız yay vaxtı işləyir.

ZARAT kəndinin yaxınlığında Beşbarmaq adlı digər müdafiə istehkamının fraqmentləri salamat qalmışdır. Xalq arasında bu qalıqlar Xızırzində baba adlanır. Sedan kəndinin yaxınlığında isə Dindar qalasının qalıqları diqqəti cəlb edir.

Bu regionda xalçaçılıq, ağac üzərində naxışlı oyma, xalq çalğı alətlərinin hazırlanması kimi sənətkarlıq növləri geniş inkişaf etmişdir. Rayonun mərkəzi Siyəzən şəhəri Bakıdan 103 km məsafədədir.

Siyəzəndə mehmanxana yoxdur. Ona görə də buraya gələnlər xüsusi evlərdə, ya da şəhərdən bir qədər aralıda yerləşən Çıraqqala sanatoriyasında qala bilərlər. Siyəzəndə nahar etmək istəsəniz "GÖRÜŞ", "ZƏFƏRAN" və ya "ÇIRAQQALA" restoranlarının xidmətlərindən istifadə edə bilərsiniz. Şəhər xəzər dənizinin yaxınlığında yerləşdiyi üçün bu restoranlarda ət və tərəvəz xörəklərində əlavə geniş çeşiddə balıq xörəkləri də təklif edilir.

ŞABRAN

Bakıdan şimal tərəfdə yerləşən ŞABRAN RAYONUNUN şərq sərhəddi Xəzərin sahilləri boyunca uzanır. Rayonun bu cür adlanması çox ehtimal ki, burada dəvə karvanı yollarının çox olması ilə əlaqədardır. Vaxtilə bu regionun sakinləri dəvə saxlayır, qonşu regionlardan buraya yerli bazarlara gələnlər isə təkcə dəvə deyil, həmçinin quş, heyvan, yağ və süd məhsulları, bal, yun (dəvə və qoyun yunu), xalça da alıb satırdılar. Bundan əlavə karvana qoşulmaq və ya özləri üçün dəvə və sarvan kirayə etmək üçün gələnlər də olundu. 2010-cu ildə Dəvəci rayonunun adı dəyişdirilərək, Şabran rayonu adlandırıldı.

Dəvəçi rayonunun ərazisində dəniz sahilindən 12 km məsafədə Ağzıbir adlanan ovçuluq təsərrüfatı yaradılmışdır. Sahəsi 1180 hektar olan bu təsərrüfatda su quşları və balıq ovlamaq olar. Ağzıbirdə yerləşən qarşılıqlı əlaqəli üç gölün dənizə çıxışı var. Burada ovçuları qəbul etmək üçün balaca evlər və qayıqlar da var. Rayonda meşələr çoxdur (21.500 hektar) bu meşələrdə ayı, tülkü, canavar, çaqqal, qaban və ceyran yaşayır. Quşlardan, o cümlədən su quşlarından turac, kəklik, qaz, ördək, durna, qarabatdaq, qaşqaldaq və digər növlərə rast gəlmək olar. Ərazinin relyefi çox müxtəlifdir. Burada düzənlik, dağətəyi bölgələrlə yanaşı qayalar və dağlar da var. Keçiqaya adlanan yer həm turistlər, həm də yerli sakinlər arasında çox populyardır. Burada qayaların arasından çay axır, tərkibində çoxlu kükürd olan mineral bulaqlar diqqəti cəlb edir. Rayondakı tarix arxeoloqiya abidələrindən ən məşhuru Şahnəzərli kəndinin yaxınlığında yerləşən Şabran şəhər yeridir (5-18 əsrlər). Şabran orta əsrlərdə Azərbaycanın ən iri ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Burada ipək istehsalı, dulusçuluq və şüşəüfürmə sənəti xüsusilə yüksək dərəcədə inkişaf etmişdir. 20-ci əsrin 80-ci illərində bu ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində həm yerli, həm də başqa ölkələrdən gətirilmiş olan çoxlu keramika məhsullarının aşkar edilməsi onu göstərir ki, Şabran şərqin bir sıra ölkələri ilç ticarət əlaqələrinə malik olmuşdur. Aorxeoloji qazıntılar zamanı 14-cü əsrdə tikilmiş su kəmərinin fraqmentləri də aşkar edilmişdir. Bu kəmər şəhərdən 10 km-dən çox məsafədə yerləşən bulaqdan içməli su ilə şəhəri təchiz edirmiş.

Qalaaltı Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə Böyük Qafqazın mənzərəli ətəklərində yerləşir. Xəzər dənizinin sahilində mənzərəli meşəlik yamaclarında yerləşən kristal aydın hava, xüsusi təbii gözəllik bir yerdir. Burada dağ havası dəniz havası ilə birləşir və insanların rahat hisslərini təmin edən aşağı nəmli bir iqlim yaradır. "Qalaaltı sanatoriyası" yeni, unikal memarlıq üslubu və müalicəvi kükürdlü su ilə mineral bulaq olan ərazisində tibbi və istirahət kurort kompleksində böyrək daşı xəstəliyinin müalicəsi üçün xüsusilə faydalıdır. Ərazi mineral sular və palçıq vulkanlar ilə zəngindir. Zağlı-Zeyvə meşələrinin dərinliklərində neft ehtiyatları aşkar edilib. Yolda bir çox neft qurğuları görə bilərsiniz. Rayonun ərazisində iki tarixi və arxeoloji abidə var. Şabrana gəldikdə, ilk öncə Çıraqqala qəsri ilə tanış oluruq. Azərbaycan dilində "Qalaaltı" mənası "qalanın aşağısıdır." "Çıraqqala" qalasının adı birbaşa qalanın aşağısında yerləşmə faktı ilə əlaqəlidir.
 

Gəndob kəndində Gülüstani İrəm şəhər yeri (18-19-cu əsrlər) yerləşir. Şabran rayonunda bizim eradan əvvəl 3-2-ci minilliklərə aid edilən çoxsaylı arxeoloji obyektlər tapılmışdır. Qazıntılar zamanı aşkar edilmiş materiallarla Şabran şəhərindəki tarix-diyarşünaslıq muzeyində tanış olmaq mümkündür.

Rayonun inzibati mərkəzi olan Şabran şəhəri, Bakıdan 122 km məsafədə yerləşir. Yerli "PİRƏBƏDİL" və "HERAT PİRƏBƏDİL" xalçaları mütəxəssislərin təsnifatına görə Quba xalça məktəbinə aiddir. Orijinal və bənzərsiz olması ilə seçilən bu xalçalar əl ilə toxunmuş xalça məmulatları həvəskarları arasında məşhurdur.

Şabran şəhəri Bakıdan 122 km məsafədə yerləşən inzibati mərkəzdir. Şabran V-VII əsrlərdə salınmışdır. IX-X əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi-inzibati, ticarət-mədəni və mədəni mərkəzinə çevrilmişdir. XI əsrin ortalarında Şirvanşahlar ailəsinin qəbri Şabranda yerləşirdi. Şəhərin adı daha sonra ətrafa verildi..

QUBA

QUBA RAYONU Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq hər bir azərbaycanlı "Quba" dedikdə onun alma bağları yada düşür. Bakı bazarlarında alma satan adamlar öz mallarını tərifləyərkən hökmən onun Quba alması olduğunu vurğulayırlar. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemişan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir.

Qubanın ətrafında mənzərəli guşələr çoxdur. Qəçrəş, Balbulaq, həmçinin dərinliyi 400 metrdən 600 metrə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub, turistlərdə daha çox maraq doğurur.

Vəlvələçay üzərindəki məşhur AFURCA ŞƏLALƏSİ Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarıda — Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada birbaşa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməzsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır.

Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dumanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir. O, belə hesab edirdi ki, "Edda" eposunda adları çəkilən "aslar" azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir.

Xınalığın yaxınlığında müqəddəs ziyarətgah yerləşir. IX əsrə aid olan bu ziyarətgahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşgah adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştük dövrünə aid olan və xalq arasında "Sükut qülləsi" deyilən bu qüllələr zərdüştlərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur.

Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir. Bakıdan məsafəsi 168 km, dəniz səviyyəsindən yüksəkliyi 600 metrdir. Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış insanlar barədə yerli tarix müzeyində ətraflı məlumat almaq olar. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Bakıxanovun kitablarından biri — "Gülüstani-irəm" əsəri Azərbaycanın tarixinə həsr edilmişdir. Mahiyyət etibarilə bu kitab Azərbaycan tarixinə aid ilk elmi əsərdir. Qubada xalçaçılıq mərkəzi də var.

Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Şəhərdə SƏKİNƏ XANIM MƏSCİDİ, CÜMƏ MƏSCİDİ, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş FƏTƏLİ XAN çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəllər Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır.

Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi. Və 19-cu əsrin əvvəllərində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.

Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kanara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl guşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir.

XAÇMAZ

Samur-Şabran ovalığının bir hissəsinin tutan XAÇMAZ RAYONU Azərbaycanın şimal-şərqində yerləşib, şimal tərəfdən Rusiya ilə həmsərhəddir. Magistral şosse yolu və Bakı-Moskva dəmir yolu bu rayonun ərazisində keçir. Rayonun iqlimi mülayim-isti, yarımsəhra və quru çöl iqlimidir. Lakin rayon ərazisində 20 hektardan artıq sahə başdan-başa meşələrlə örtülmüşdür. Burada bir neçə çay, 3 süni göl, çoxsaylı, o cümlədən termal və mineral bulaqlar var.

Dağıstanla sərhəddə əvvəllər bir yol olmuşdur. İşğalçı skif, alan və hunn tayfaları bu yol ilə gedib gəlirmiş. İndiki Xaçmaz rayonun ərazisinə gedib çatan xəzəryanı müdafiə istehkamı məhz bu məqsədlə tikilmişdir. 18-ci əsrin əvvəllərində qədim şəhər-qalalardan biri — Xudat (bu sözün mənası "Allah vergisi" deməkdir). Quba xanlığının paytaxtına çevrilmişdir. Xudat şəhəri yaxınlığında yeraltı su ehtiyatları xüsusilə çoxdur. 1914-cü ildə buradakı Şollar kəndindən Bakıya içməli su kəməri çəkilmişdir.

Rayonun bütün ərazisində neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilmişdir. Alimlərin fikrincə, "XAÇMAZ" toponimi gəlmə Hunn tayfalarından olan Xaçmatak və ya Xaçmat tayfalarının adı ilə bağlıdır. Sonradan onlar yerli əhali ilə qaynayıb qarışmışdır. Maraqlıdır ki, bu qəbilələrdən biri Xaçmaz rayonunun ərazisindən indiki Oğuz rayonuna köçmüş və orada eyniadlı Xaçmaz kəndi, daha sonra Xaçmaz qalası yaratmışlar.

Bu regionda təqribən 60-a yaxın tarix və mədəniyyət abidəsi salamat qalmışdır. Lakin arxeoloqların fikrincə bu cür abidələrin sayı qat-qat çox olmalıdır, çünki lap qədim vaxtlardan bu regionda əhali sıx məskunlaşmışdır. Molla Bürhan, Hülövlu, Qaracıq, Həsənqala kəndlərinin yaxınlığında tunc dövrünə aid insan məskənləri və Kurqanlar, canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məkənləri aşkar edilmişdir. Şıxlar kəndindəki Şeyx Yusif məscidi (15-ci əsr) memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrlərə aiddir. Sonradan 16-17-ci əsrlərdə bu cür komplekslər daha geniş yayılmışdır. Moruqoba, Tağaroba, Uzunoba kəndlərində 19-cu əsrə aid məscidlər, Qaraqortlu kəndində 15-ci əsrə aid məscid və mədrəsə salamat qalmışdır.

Xaçmaz rayonunun inzibati mərkəzi Xaçmaz şəhəridir. Onun Bakıdan məsafəsi 157 km-dir. Burada ənənəvi xalq sənəti növlərindən xalçaçılıq daha geniş inkişaf etdiyi üçün yerli litseydə məxsusi fakültə açılmışdır. Gənc ustaların incə barmaqları ilə ecazkar xalça naxışlarını necə toxumalarına tamaşa etmək üçün buraya tez-tez qonaqlar gəlir. Bu xalçaların naxışları əsrlər boyu nəsildən-nəsilə ötürülərək hələ də qorunub saxlanılmışdır.

Xaçmaza gələnlər buradakı “Elit N Hotel” də qala bilərlər. Xaçmaz rayonunun ərazisində ölçülərinə və abadlığına görə respublikada ikinci yeri tutan istirahət zonası yerləşir. Xəzərin sahilləri boyunca Muxtadır qəsəbəsindən Nabran qəsəbəsinə və bir qədərdə uzağa doğru ərazini tutan bu istirahət zonasında çoxlu turist bazaları və pansionatlar yerləşir.

NABRAN

Nabran-Xaçmaz rayonunda Xəzər dənizi sahillərində yerləşən kreativ təyinatlı ən böyük regiondur. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, kiçik bir ərazidə yerləşən qumsal çimərlikdən dərhal sonra meşə başlanır. Müxtəlif turist bazaları düşərgələr, pansionatlar, istirahət evləri həmin meşədə yerləşir. Onların şəraiti çox müxtəlifdir — "Lüks" tipli rahat mehmanxanalardan, bir neçə nəfər üçün nəzərdə tutulan abad kotteclərdən başlamış çadır şəhərciklərinə qədər geniş seçim imkanı var.

QUSAR

Rayon mərkəzi — Qusar şəhəri. Dağıstanla həmsərhəd olan Qusar rayonu Azərbaycanın şimal-şərqində Xudat dəmir yolu stansiyasından 35 km məsafədə yerləşir. Rayonun adı "Qusar" sözü vaxtilə bu ərazidə yaşamış, sonradan tarixi etnogenez nəticəsində yox olmuş "Xisar" qəbiləsinin adından yaranmışdır. İndi bu rayonda əsasən ləzgi millətinin nümayəndələri yaşayır.

Bu diyarın landşaftı meşələrlə örtülü dağların və dərələrin bir-birini əvəz etməsi ilə əlamətdardır. Burada enliyataqlı ağaclar-vələs, palıd, qayın ağacları daha çox yayılmışdır. Çay yataqlarındakı Tuqay meşələrində əsgil, sumax, yemşan, itburnu, yabanı meyvə ağacları, yabanı üzüm, müxtəlif növ dərman bitkiləri yetişir. Burada "ALISTAN BABA MEŞƏSİ" deyilən qayın meşəsi (sahəsi 7 hektar) dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun faunası da zəngindir. Burada canavar, ayı, qaban, dağ keçisi, qartal, bayquş və digər quşlar və heyvanlar yaşayır. Faunanın ov və ov sənaye növlərinin qorunub saxlanması və onların baş sayının bərpa edilməsi məqsədi ilə "Qusar" yasaqlığı yaradılmışdır (sahəsi 15 min hektar).

Dağ dərələrində gözəl şəlalələr var. Onların ən çox populyar olanları Laza və Şahnabaz şəlalələri turistləri və qafqazın yabanı təbiətinin həvəskarlarını buraya çox cəlb edir. Qusar rayonunun dağları və zirvələri alpinistləri cəlb edir. Yerli şəlalələr isə son illərdə qış fəslində buzlu dağlara dırmaşmağı xoşlayan idmançıların yarış yerinə çevrilmişdir. Laza kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər.

Ekoloji turizm marşrutu üzrə Qusar şəhərindən Laza şəlaləsi istiqamətində piyada gedənlər Ənik kəndində düşərgə sala bilərlər. Bu kəndin yaxınlığında 13-cü əsrə aid qala divarlarının qalıqları, qədim məsçid binası yaxşı vəziyyətdə qalmışdır. Laza kəndinin yaxınlığında isə "SUVAR" istirahət bazasında qalmaq olar.

Qusardan SUDUQ kəndi istiqamətində marşrutun uzunluğu 75 km-dir. Şah dağın yamaclarında Həzrə kəndində Azərbaycan SƏFƏVİLƏR dövlətinin banisi ŞAH İSMAİL XƏTAİNİN babası ŞEYX CUNEYDANIN (16-cı əsr) məqbərəsinə tamaşa etmək olar.

Bütün Azərbaycan torpağı kimi Qusar torpağında da bu xalqın qədim mədəniyyətinin və həyat tərzinin sübutlarını görmək olar. Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, Köhnə Xudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məscidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunub saxlanılmışdır.

Qusar rayonunun inzibati mərkəsi Qusar şəhəri Bakıdan 183 km məsafədə yerləşir. Böyük rus şairi Lermontov vaxtilə bu şəhərdə olmuşdur. İndi burada onun adını daşıyan muzey yaradılmışdır.

Qusarda xalq sənəti növlərinin ən geniş yayılanı xalçaçılıqdır. Həm ev şəraitində, həm də şəhərin mərkəzində təşkil edilmiş sexdə toxunan xovsuz SUMAX xalçaları daha çox məşhurdur. Respublikada ən böyük xalça dəzgahı bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda 10 nəfərə qədər xalçaçı eyni vaxta işləyə bilər.

Qusar rayonu Azərbaycana gələn turistləri yalnız burada funksional xizək turizm kompleksi kimi cəlb etmir, eyni zamanda burada yaşayan insanların təbii möcüzələri, mədəniyyəti və ənənələri də son dərəcə maraqlıdır. Azərbaycanın bütün turizm sənayesinin incisi, qış və yaz idman qurğuları kompleksi "Şahdağ" dəniz səviyyəsindən  2544 m yuxarıda, dağ yamaclarında yerləşir. Burada mövcud olan otellər 1640 m yüksəklikdə yerləşir: «Pik Palace Şahdağ», «Park Chalet, Şahdağ», «Zirvə Hotel Şahdağ» və «Şahdağ Hotel & Spa», lakin bu yerlər üçün son  deyil. Mükəmməl sürücü varsa, siz Azərbaycanda ən yüksək dağ turizm mərkəzini görə bilərsiniz — istirahət sahəsi "Suvar". Bu dəniz səviyyəsindən 1850 m yüksəklikdə yerləşən “Suvar”dır. Kompleksin yaxınlığında gözəl şəlalələr — 2000 m yüksəklikdə yerləşən — Laza və Şahnabat  əkiz şəlalə mövcuddur. Yerli şəlalələrin bir xarakterik xüsusiyyəti var — burada qış müsabiqələrini keçirmək çox-çox əlverişlidir, çünki onlar qışda donmur.