MEHMANXANALAR VƏ İSTİRAHƏT ZONALARI

1.Sheraton Baku Hotel Hava Limanı

Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu

Mərkəzədək  məsafə — 16,8 km

Komfortabelli  otel Apsheron çiməriliyindən 15 dəqiqə məsafədə yerləşir.
Rahat yaşayış üçün lazım olan hər şey ilə təchiz olunmuş səliqə-səhmanlı  otaqlar təklif olunur. Burada sizi   rahat mebel, yastı ekranlı televizor gözləyir. Şəxsi vanna otağı duş ilə təchiz  olunub.
Qəlyanaltıya  dadlı və doyumlu səhər yeməyi verilir. Həmçinin Aralıq dənizi yeməklərinin çoxusu da mövcuddur. 
Barda hər zövqə və seçimə uyğun içkilər təklif edilir.
Hava limanınadək məsafə 0,5 km, dəmir yolu xəttinə isə 19,4 kilometrdir. Əsas görməli yerlərə və memarlıq abidələrinə  avtomobil  ilə 25 dəqiqəyə  çatmaq  olar.

 

2. Ramada Baku Oteli
Bakı, Salyan şossesi, Şıxov 1023

Mərkəzədək   məsafə  — 12,7 km

“Ramada Baku Hotel”  dəniz sahilinə çox yaxındır. Çimərliyə cəmi bir neçə dəqiqəyə çatmaq mümkündür.
Yerləşmək üçün müxtəlif kateqoriyalı 79 rahat otaq mövcuddur. Onların hər biri fərdi üslubda düzəldilib, keyfiyyətli mebel və komfortlu  istirahət üçün lazımi texniki  avadanlıqla təchiz olunub.
Otelin  restoranında nahar və şam yeməkləri mövcuddur.   Burada həm Avropa , həm də milli mətbəxin ləzzətli yeməkləri təqdim edilir.
Təntənəli  mərasimlər və işgüzar görüşlər keçirmək üçün konfrans zalını icarələmək olar. Ən yaxın hava limanına olan məsafə 27 km, qatar stansiyasına isə  9 kilometrdir.

 

3. Aysberq Resort

Bakı, Salyan şosesi, Şıxov çimərliyi

Mərkəzədək   məsafə — 13,3 km

"Aysberq Resort"  Bakı şəhərində yerləşir. Mənzil başına çatdıqdan  sonra, siz hər vaxt transfer xidmətindən istifadə edə bilərsiniz,  öz avtomobili ilə gəllənlər üçün isə  şəxsi dayanacaqlar  mövcuddur. Lazım gəldikdə camaşirxanadan, həmçinin hovuz və fitnes-mərkəzdən istifadə etmək  olar. Qonaqlar müxtəlif kateqoriyalara aid işıqlı və rahat otaqlar ilə təmin edilir. Bütün otaqlar  ilıq pastel boyalarla rənglənmiş, rahat çarpayılar, keyfiyyətli mebel və müasir texniki avadanlıqla  təchiz olunub. Şəxsi vanna otağında lazımi ləvazimatlar var. 

Yerli "Isbek" restoranı menyudan əla yeməklər təqdim edir. Otağa yemək və içkilər sifariş etmək mümkündür. Yaxınlıqda yerləşən kafe, bar və ya fast-food nöqtələrinə də getmək olar.  Məxsusi olaraq iş adamları üçün əhəmiyyətli danışıqlar aparmaq, müsahibələr və ya görüşlər təşkil etmək üçün  biznes mərkəzi fəaliyyət göstərir.

Otelin iki kilometrliyində siz Bibi-Heybət, Dağüstü park və Flame Towers qüllələrini görə bilərsiniz.

Oteldən aeroporta qədər 9.6 km,  dəmiryolu vağzalına qədər isə 27,8 km. məsafə var.

 
4. Golden Coast Resort

Bakı, Mikayıl Hüseynov Prospekti,  14

Mərkəzədək   məsafə — 7,4 km

“Golden Coast Resort” oteli  Xəzər dənizinin bir neçə addımlığında  yerləşir. Otel aşağıdakı xidmətləri təklif edir: baqaj saxlama, kondisioner, İnternet, 24 saatlıq qeydiyyat  bürosu, masaj, sauna və valyuta mübadiləsi. Oteldə qalmaq istəyənlər  üçün müxtəlif kateqoriyalı otaqlar mövcuddur. Onların hər biri fərdi üslubda  yaradılıb, keyfiyyətli mebel və rahat istirahət üçün lazımi avadanlıq ilə  təmin edilib.

Otelin ərazisində  yerləşən restoranda  geniş çeşiddə yeməklər və içkilər təklif edilir. Mühüm hadisələr, ziyafətlər və işgüzar görüşlər üçün konfrans salonu  da kirayələnə bilər. 

Ən yaxın dəmir yolu vağzalı 4 km, hava limanı isə təxminən 21,9 km məsafədə yerləşir.

 

5. Hotel Intourist

Bakı, Mikayıl Hüseynov Prospekti,  51

Mərkəzədək məsafə — 6,8 km

“Hotel Intourist” dəniz sahilindən 0,3 km, ən yaxın metro stansiyasından isə 20 dəqiqəlik məsafədə yerləşir. Ərazidə simsiz Wi-Fi istifadəsi mümkündür. Hər bir otaq kondisioner, peyk rabitəli televizor, mebel dəsti ilə təchiz olunmuşdur. Xüsusi vanna otağı saç qurutma üçün fen və nəleyin ilə təmin edilmişdir.

Qonaqlar otelin ərazisindəki restoranda nahar edə bilərlər.  Burada ənənəvi Azərbaycan mətbəxinin yeməkləri və müxtəlif içkilər sifariş oluna bilər.

Ən yaxın hava limanı oteldən 21.7 km, dəmir yolu vağzalı isə 3.2 km məsafədə yerləşir. Muzeylər və mədəniyyət mərkəzləri otelin bir addımlığındadır. 

 

6. Hotel Holiday Inn Baku

Bakı, Keykəb xanım,  5

Mərkəzədək məsafə — 3,8 km

Otel dəniz sahilinin yaxınlığında, metro stansiyasından 13 dəqiqəlik məsafədədir. Məşhur memarlıq abidəsi olan  “Qız Qalası” oteldən 1,5 kilometrlik  məsafədə yerləşir. Ərazidə simsiz Wi-Fi istifadəsi mümkündür. Otel sadə klassik üslubda hazırlanmış rahat otaqlardan  ibarətdir. Burada rahat yataqlar, ortopedik döşəklər, işıq şüşələri, kondisioner, yastı ekranlı TV və s. vardır.

Qonaqlar mini bardan, yaxud otelin restoranından istifadə edə bilərlər. Nahar nömrəyə  də sifariş   edilə bilər.

Oteldən  20 dəqiqəlik məsafədə əsas mədəniyyət mərkəzləri, turist obyektləri, ticarət və əyləncə kompleksləri mövcuddur.

 

7. Hotel Boulevard Baku Autograph Kolleksiyonu

Bakı, Xaqani Rüstəmov küçəsi, 4c

Mərkəzədək məsafə — 4 km

"Boulevard Baku Autograph Collection" otelinin qapıları günəşli Bakının bütün qonaqlarına açıqdı. Wi-Fi, park, transfer, ekskursiyalar və s. sizin xidmətinizdədir.

Otaqların cəlbedici rəngləri istirahət üçün inanılmaz bir ahəng yaradır. Burada sizing rahat və komfortlu yaşamağınız üçün, xoş hisslər duymaq üçün  hər şey var. Otelin ərazisində fəaliyyət göstərən restoranda  yerli, Avropa və digər mətbəxlərdən olan ən ləziz təamları sifariş etmək olar. Yaxınlıqda yerləşən mağazalar, kafe, şəhərin görməlı yerləri, eləcə də şəhər ətrafındakı hərəkəti asanlaşdıracaq ictimai nəqliyyat dayanacaqları sizing qulluğunuzdadır.

 

8. Landmark Baku

Ünvan: Bakı, Nizami  küçəsi, 90a

Mərkəzədək  məsafə — 3,9 km

“Landmark Baku” Bakının çox əlverişli hissəsində yerləşir. Çimərlik və əsas infrastruktur obyektlərinə çatmaq üçün bir neçə dəqiqə gərəkdir Otelin qonaqları üçün müxtəlif kateqoriyalı  və münasib qiymətə olan rahat otaqlar mövcuddur. Hər bir qonağın rahatlığı üçün şərait yaradılmış, otaqlar  lazımi mebel və müasir texnika ilə təchiz edilmişdir.

Otelin restoranında bütün növ xidmətlər göstərilir.

Ən yaxın hava limanına olan məsafə təxminən 19 km, dəmir yolu svağzalına isə 500 m.

 

9. Park Inn by Radisson Azerbaijan Hotel

Ünvan: Bakı, Azadlıq Prospekti,  1

Mərkəzədək məsafə — 4,5 km

Park Inn by Radisson Azerbaijan, həm şəhərin mərkəzinə, həm də Xəzər dənizinin sahilinə çox yaxın bir  məsafədə yerləşir.

Servisə eniş otaqlarda kondisioner, yastı ekranlı  televizor, mini bar,  müxtəlif avadanlıq, Wi-Fi şəbəkəsinə simsiz çıxış daxildir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Səhərlər dadlı və zövqlü qəlyanaltı yeməyi verilir. Axşamlar milli mətbəxin ləzzətli təamları göz oxşayır. Barda  turistlərə müxtəlif içkilər təklif edilir.

Ən yaxın hava limanı 19.7 km, dəmir yolu vağzalı isə — 0,9 km məsafədə yerləşir.

 

10.Hotel Hyatt Regency

Ünvan: Bakı, İzmir küçəsi, 1033

Mərkəzədək məsafə — 4,3 km

Rahat, müasir otel şəhərin tarixi cəhətdən əhəmiyyətli ərazisində, inkişaf etmiş infrastruktura yaxın yerdə yerləşir.

Otel qonaqlara rahat və göz oxşayan otaqlar, yastı ekranlı TV, kondisioner ilə təchiz olunmuş şərait təklif edir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi əşyalarla təchiz olunmuşdur. Şık restoran fərqli bir menyu təklif edir. Barda hər kəsin zövqünə uyğun içkilər mövcuddur. 

Ən yaxın hava limanı 20,8 km, dəmir yolu vağzalı isə 2,3 km məsafədə yerləşir.

Qonaqların hamısı sağlamlıq və gözəllik müalicələrinə qatıla bilər.


11. Hotel Diplomat Baku

Ünvan: Bakı, Süleyman Rəhimov küçəsi, 185

Mərkəzədək   məsafə  — 4 km

Müasir otel şəhərin mərkəzində, məşhur Heydər Əliyev Sarayından 0,2 km məsafədə yerləşir. Qonaqlara klassik üslubda gözəl və yaraşıqlı otaqlar təklif olunur. Rahat yaşayış üçün lazım olan hər şey — plazma televizor, çay və qəhvə üçün ləvazimat, eləcə də Wi-Fi şəbəkəsinə simsiz çıxış daxildir. Xüsusi vanna otağı şəxsi gigiyena üçün lazımi  əşyalarla təchiz olunmuşdur. Müasir üslublu restoran müxtəlif təamlardan, o cümlədən Avropa yeməklərindən ibarət menyu təklif edir. Səhər zövqlə hazırlanmış qəlyanaltıda müxtəlif təamları seçmək qonaqların ixtiyarına verilir.

Hava limanına olan yol 19,8 km, dəmir yolu xəttinə isə 0,6 km məsafədədir. Məşhur mədəniyyət nümunəsi — Opera və Balet Teatrı yaşayış yerindən 7 dəqiqəlik məsafədə yerləşir.

 

12. Excelsior Hotel & Spa Baku

Ünvan: Bakı, Heydər Əliyev prospekti, 2

Mərkəzədək məsafə  — 2 km

"Excelsior" Spa Hotel Bakıda yerləşir. Qonaq xidmətlərinə: park, Wi-Fi, qəzet, kondisioner, 24 saatlıq resepsiyon,  güneş vannası qəbul etmək üçün teras və s. daxildir.  Qonaqlar üçün müxtəlif kateqoriyalara malik otaqlar var. Hər biri fərdi üslubda hazırlanmış və rahat istirahət etmək üçün lazımlı mebellə təchiz olunmuşdur. Otelin restoranında müxtəlif yeməklər təqdim edilir. Dadlı yeməklərin geniş çeşidi var.

Ziyafət salonunda təntənəli tədbirlər təşkil edilə bilər.

Ən yaxın dəmir yolu stansiyası 2 km məsafədə, hava limanı təxminən 17 km məsafədə yerləşir.

 

13. Grand Hotel Europe

Ünvan: Bakı, Tbilisi Prospekti,  1025/3

Mərkəzədək   məsafə — 4 km

“Grand Hotel Europe” Bakı şəhərində yerləşir. Əsas infrastruktur obyektlərinə cəmi bir neçə dəqiqəyə çatmaq mümkündür. Qonaqlar üçün müxtəlif kateqoriyalı 94 otaq mövcuddur. Hər biri fərdi üslubda və zəruri mebel ilə təchiz olunmuşdur. Həm də rahat istirahət etmək üçün lazımi avadanlıqla təmin edilmişdir. Səhərlərə qonaqlar otel restoranında qəlyanaltı edə bilirlər. Burada ləzzətli içkilər də təqdim olunur.

Ən yaxın dəmir yolu stansiyası təxminən 3 km məsafədə, hava limanı isə 21 km məsafədə yertləşir.

 

14. Şah Palace Hotel

Ünvan: Bakı, Qoşa Qala, 47

Mərkəzədək   məsafə — 5,3 km

“Şah Palace Hotel” metro stansiyasından 3 dəqiqəlik məsafədə yerləşir. Otaqlar qonaq etməyə həmişə hazırdır, hər biri ciddi klassik üslubda tərtib edilib. Qonaqları rahat otaqlar, kondisioner, yastı ekranlı televizor və şəxsi gigiyena əşyaları olan vanna otağı gözləyir. Oteldə ənənəvi Azərbaycan və Avropa mətbəxinin hazırlandığı restoran var. Səhər saatlarında burada ləzzətli qəlyanaltı verilir.

Beynəlxalq hava limanı 20,8 km, dəmir yolu stansiyası isə 1,7 km məsafədə yerləşir. Oteldən bir neçə addımlıqda Bakı dənizkənarı bulvar yerləşir.

 

15. JW Marriott Abşeron Bakı Oteli

Ünvan: Bakı, Azadlıq prospekti 674

Mərkəzədək məsafə — 4 km

"JW Marriott Absheron Baku" Bakının mərkəzi hissəsində yerləşir. Otelin yaxınlığında ticarət və əyləncə yerləri, həmçinin iş zonaları var. Premium otaqlar öz avadanlıqları ilə qonaqların xidmətindədir: soyuducu rejimdə işləyən kondisionerlər, yeni nəsil televizorlar, şarj cihazları, seyflər və s. Biznesiniz və ya istirahətiniz üçün əlavə bir seçim var — Wi-Fi. Hər bir kateqoriyada olan nömrələrdə hamam və duş var. Hər bir qonaqın qayğısına qalmaq üçün otel onları fərdi gigiyenik əşyalarla təmin edir. Ərazidə restoran, bar və qəhvəxana tapa bilərsiniz.

İdman pərəstişkarları üçün qapalı hovuz və idman zalı mövcuddur. Dəmir yolu vağzalı otelin yaxınlığındadır,  hava limanına isə avtomobil ilə 20 dəqiqə ərzində çatmaq mümkündür.

 

16. Hotel Lake Palace Bakı

Ünvan: Bakı, Z. Xəlilov küçəsi, 63a

Mərkəzədək məsafə — 5,5 km

"Lake Palace Baku" otel Bakıda yerləşir. Burada qonaqlara bir çox xidmətlər göstərilir. İdman salonunda idmanla məşğul olmaq və sonra saunada istirahət edə bilərsiniz, hovuzda üzmək və ya masaj qəbul etmək də mümkündür. Qonaqlar üçün müxtəlif kateqoriyalar və münasib qiymətlər üzrə rahat otaqlar var. Hər bir otaq klassik üslubda tərtib edilmişdir. Otaqların dekoruna geniş yataq sahələri, dizayner mebeli və müasir texnika daxildir. Eyvandan şəhərə açılan gözəl mənzərə hamını heyran edir.

Qonaqlar hər səhər dadlı qəlyanaltıdan zövq ala bilərlər. Restoranda əla yerli və Avropa mətbəxinə aid təamlar təqdim olunur. Barda hər kəsin zövqünə görə qəlyanaltılar və içkilər mövcuddur.
Xüsusilə iş adamları üçün mühüm danışıqlar aparmaq və müsahibələr təşkil etmək üçün çox rahat olan ərazidə konfrans zalı mövcuddur.

Yaxınlıqda şəhərin hər hansı bir yerinə hərəkət edə biləcəyiniz müxtəlif metro stansiyaları var. Ən yaxında yerləşən Zabitlər Parkı, Filarmoniya bağçası və Məhəmməd Məscidi hamının zövqünü oxşayır.  Hava limanına olan məsafə təxminən 22 kilometrdir.

 

17. Hotel Badamdar

Ünvan: Bakı, Mikayıl Müşfiq, 1c

Mərkəzədək   məsafə — 8,1 km

"Badamdar" mehmanxanası şəhərin sakit bir ərazisində yerləşir. Hər bir otaq Wi-Fi şəbəkəsinə qoşulmuş, otaqlarda müasir yastı ekranlı televizor, kondisioner, şəhərin gözəl mənzərəsini seyr etməyə imkan verən eyvan var. Otelin otaqları sakit və göz oxşayan rənglərlə boyanıb və bu istirahət edənlərə xoş təsir bağışlayır. Kübar restoranda yüksək ixtisaslı aşbazlar ənənəvi təamlar hazırlayırlar. Səhərlər dadlı və çeşidli qəlyanaltı verilir. 

Hava limanına olan məsafə 23,8 km, dəmir yolu xəttinə isə — 4,7 km.

 

18. Hilton Baku

Ünvan: Bakı, Azadlıq prospekti, 1b

Mərkəzədək məsafə — 4,4 km

"Hilton Baku" otel bu gözəl şəhərin bütün qonaqları üçün açıqdır. Wi-Fi, park, çamaşırxana, sauna, transfer və digər xidmətlər qonaqların ixtiyarındadır. Otaqların hər biri rahatlığı, xoş ab-havası,  interyeri, şəraiti ilə sizin ürəyincə olacaq.

Restoranda aşpazların dadlı yeməklərindən zövq alacaqsınız.  Oteldə müxtəlif tədbirlər üçün bütün lazımi imkanları olan konfrans zalı var.

Otelin ətrafında bir çox mağazalar, kafelər yerləşir. Həmçinin ictimai nəqliyyat vasitələrinin yaxınlığı hərəkəti asanlaşdırır.

 

19. Premier Expo Oteli
Ünvan: Bakı, Ağa Neymətulla küçəsi, 48

Mərkəzədək məsafə — 1,7 km

“Premier Expo Hotel” Bakıda yerləşir. Burada qonaqlara bir çox xidmətlər göstərilir. Otelə yerləşərkən siz  həmin servisdən istifadə edə bilərsiniz. Oteldə fitnes mərkəzi, spa və pulsuz Wi-Fi  mövcuddur. Avtomobil sahibləri xüsusi dayanacaqla təmin olunur. Qonaqlar üçün müxtəlif kateqoriyalara aid otaqlar var. Hər birində rahat yataq, keyfiyyətli mebel və müasir texnika vardır. Xüsusi vanna otağı qonaqları fərdi gigiyenik  əşyalarla təmin edir.

Qonaqlara dadlı və çeşidli səhər yeməyi təklif olunur. Yemək və içkiləri otağa  sifariş etmək mümkündür. Otelin  restoranında  menyudan əla yeməklər təqdim edilir. Otelin ərazisində məxsusi olaraq  iş adamları üçün danışıqlar aparmaq, müsahibələr təşkil etmək və ya təntənəli mərasim təşkil etmək üçün əlverişli olan konfrans zalı var.

Yaxınlıqda Heydər Əliyev Mərkəzi yerləşir. Hava limanına təxminən 16,5 km, dəmiryol vağzalına  isə 3,1 km məsafə var.
 

20. Otel 4 Seasons
 Ünvan: Bakı, Neftçilər Prospekti, 1

Mərkəzədək məsafə  — 5,8 km

Otel, mənzərəli dəniz sahilinin və şəhərin görməli yerlərinin yaxınlığında yerləşir. Qonaqlar üçün unikal üslubda dizayn edilmiş  rahat otaqlar təklif edilir. Otaqların pəncərələrindən inanılmaz gözəllikdə  panoram açılır. Burada rahat çarpayılar, yastı ekran televizor, Wi-Fi şəbəkəsinə simsiz çıxış tapa bilərsiniz. Xüsusi vanna otağı siziə lazım olan hər şey ilə təmin edir.

Restoranda  italyan mətbəxinin təamları təqdim olunur.  Bar qonaqları geniş çeşidli içkilərlə sevindirə bilər.

Ən yaxın hava limanı 21 km, dəmir yolu vağzalı isə 2,3 km məsafədədir. Böyük həcmli ticarət mərkəzi otelin yaxınlığında fəaliyyət göstərir.

 

21. Otel Fairmont Baku

Ünvan: Bakı, Mehdi Hüseyn, 1а

Mərkəzədək məsafə 6.5 km

Otel  "Otel  Fairmont Baku"  öz qonaqlarını Bakıda gözləyir. Sizin qulluğunuzda Wi-Fi, dayanacaq, hamam, masaj, transfer və s. xidmətlər vardır.

Hər bir otaqda, sizin istirahətinizin  rahat keçməsi və burada qalmagınızın xoş təəssürat yaratması üçün lazımi hər şey vardır.

Ərazidə fəaliyyət göstərən restoranda siz dünya mətbəxinin dadlı yeməklərini dada və gözəl vaxt keçirə bilərsiz.

Burada tədbirlərin keçirilməsi üçün bütün lazımı avadanlıqla təchiz olunmuş konfrans-zalda vardır.

Şəhərin gəzməli yerləri, kafelər, mağazalar otelin yaxınlığındadır. Həmçinin ictimai nəqliyyat dayanacaqlarıda yaxındadlr, bu da ki şəhərdə hərkəti asanlaşdırır.

 

22. Otel  Qafqaz Baku City and Residences

 Ünvan: Bakı, Tbilisi prospekti, 34

Mərkəzədək məsafə — 4.5 km

Otel  "Qafqaz Baku City and Residences"  öz qonaqlarını Bakıda gözləyir. Sizin qulluğunuzda Wi-Fi, dayanacaq, hamam, masaj, transfer və s. xidmətlər vardır.

Hər bir qonağın rahatlığı üçün şərait yaradılmış, otaqlar  lazımi mebel və müasir texnika ilə təchiz edilmişdir. Otaqların hər biri rahatlığı, xoş ab-havası,  interyeri, şəraiti ilə sizin ürəyincə olacaq. Oteldə fəaliyyət göstərən restoranda siz dadlı yeməklər sifariş edib  gözəl vaxt keçirə bilərsiniz.

Burada tədbirlərin keçirilməsi üçün bütün lazımi avadanlıqla təchiz olunmuş konfrans-zalda vardır.

Şəhərin gəzməli yerləri, kafelər, mağazalar otelin yaxınlığındadır. Həmçinin ictimai nəqliyyat dayanacaqları da yaxındadır, bu da şəhərdə hərəkəti asanlaşdırır.

 

23. Otel Sapphire Inn

 Ünvan: Bakı, Həsən Abdullayev küçəsi, 5

Mərkəzədək məsafə — 5.6 км

Otel "Sapphire Inn"  şəhərin mərkəzində yerləşir. Qonaqların xidmətində avtomobil dayanacağı, paltaryuyan maşın, internet və s. vardır. 

Qonaqların yerləşməsi uçün müxtəlif kateqoriya və giymətə uyğun 56 otaq vardır. Hər bir otağ lazımi mebel və müasir texnika ilə təchiz olunub.

Nahar və şam yeməyini qonaqlar yaxınlıqda olan restoran və kafelərdə edə bilərlər. Otelin düz yaxınlığında ərzaq mağazası da vardır. 

Ən yaxın dəmiryol vağzalına kimi məsafə 2 km, hava limanına isə 21 km təşkil edir.

 

24. Otel Divan Express Baku

Ünvan: Bakı, Həsənoğlu küçəsi, 15

Mərkəzədək məsafə  — 0.9 km

Otel "Divan Express Baku" Bakı şəhərində yerləşir. Qonaqların xidmətində avtomobil dayancaqı, internet, mətbuat və yemək çatdırılması mövcuddur. 

Qonaqların yerləşməsi üçün müxtəlif kategoriyaya aid  rahat nömrələr təklif olunur. Onların hər biri müxtəlif üslubda tərtib olunub və  istirahətin rahat olması üçün bütun lazımı mebel və avadanlıqla təchiz olunub.

Qidalanma otelin restoranında təşkil olunur. Burada münasib qiymətə qonaqlara müxtəlif yeməklər və içkilər təklif olunur.

Təntənəli tədbirlərin keçirləməsi üçün buranın banket zalı icarəyə verilir.

Hava limanına məsafə 17 km, dəmiryol vağzalına isə 2.6 km təşkil edir.

 

REGİONLARDA İSTİRAHƏT ZONALARI

I. Şimal istiqaməti.

Quba (Bakıdan 168 km məsafədə). Zəngin bitki örtüyü və çoxlu sayda alma bağları olan mənzərəli diyardır. Bura gələn turistlərin maraqla baş çəkdikləri yerlərdən Afurca, Kunxart və Pirbənövşə şəlalələrini, Qəçrəş, Nügədi, Təngə Altı kurort yerlərini, isti hidrogen sulfidli bulaq suları ilə doldurulmuş qədim daş hovuzlarını göstərmək olar. Sakinləri dünyanın heç bir yerində heç kimin bilmədiyi bir dildə danışan yüksək dağ kəndi olan Xınalıqda odpərəstlərin IX əsrə aid nadir məbədi qalmaqdadır. Digər memarlıq abidələrindən Ağbil kəndindəki məqbərəni, Cümə məscidini və Səkinə-xanım məscidini, qədim qüllələri qeyd etmək olar.

Xaçmaz (Bakıdan 157 km məsafədə). Xəzərin düz sahilinədək sıx bitən meşələr üçün mülayim iqlim ideal şərait yaradır və şəhərin tüstü və səs-küyündən istirahət etməyə can atan çoxlu sayda turistləri özünə cəlb edir. Burada çoxlu mineral bulaqlar var, onların içərisində ən məşhuru fəvvarə vuran “İstisu”dur. Xaçmaz bölgəsi həmçinin tarixi, mədəni və memarlıq abidələri ilə zəngindir. Bunlardan qədim Xudat qala-şəhərini, Şah Abbas məscid-mədrəsəsini, Şeyx Yusif (XV əsr) məscidini, bürünc dövrünün qədim yaşayış məskənlərini və kurqanlarını, Dərbənd qalasının “Dəmir Qapılarını” göstərmək olar. Bu bölgənin ən böyük turist zonası çoxsaylı çimərlikləri, mənzərəli sahilləri, inkişaf etmiş turizm infrastrukturu olan Nabrandır. Müxtəlif səviyyəli çoxlu istirahət zonaları, kafelər, restoranlar, gecə diskotekaları Nabranda istirahəti maraqlı və yaddaqalan edir.

Nabranda “Palermo”, “Qrin Villa”, “Atlant”, “Lotos”, “Akva park”, “Dalğa”, “Ober Lyuks”, “Orman”, “Palermo”, “Mayak”, Seyidli qəsəbəsində “Meşəbəyi evi”, “Mirvari”, “Elvin”, “Malibu” istirahət zonalarını təklif edilir.

Şabran (Bakıdan 122 km məsafədə). Rayon Böyük Qafqazın dağətəyi zonasında yerləşən “Qalaaltı” müalicəvi mineral bulağı, ovçuluq və balıqçılıq təsərrüfatları, tarixi abidələri (qədim Çıraq Qala qalasının qalıqları, Şabran qədim yaşayış məskəni, qədim memarlıq abidələri), dağ, dərə və meşələrin əsrarəngiz mənzərələri ilə məşhurdur.

Qusar (Bakıdan 180 km məsafədə). Dağıstan ilə həmsərhəd rayondur. Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları, şəlalələri, kiçik gölləri olan bu dağlıq ərazi istirahət üçün cəlbedicidir. Burada Azərbaycanın ən yüksək nöqtəsi — Bazardüzü dağı (4466 m) yerləşir. Böyük bir ərazidə dövlət qoruğu yaradılıb. Yay sərinliyi ilə fərqləndiyi halda, qış şaxtalı hava və davamlı qar örtüyü həvəskarlarını özünə cəlb edir. Siz “Alistan baba” fıstıq meşəsində və xalçaçılıq, ağac üstə oyma, tikmə sənəti kimi xalq tətbiqi incəsənət növləri ilə tanışlıq marşrutu üzrə gəzintiyə çıxa bilərsiniz.

Rayonun tarixi abidələrindən XV əsrin Şeyx Cüneydə məqbərəsini, 170 il əvvəl burada olmuş rus şairi Lermontovun muzeyini xüsusi qeyd etmək olar. Ekzotik mətbəx həvəskarları kiçik yerli restoranlarda ətirli göyərtilər və kəskin ədviyyatlar əlavə edilmiş qeyri-adi dada malik zərif ət xörəklərindən dada bilərlər.

Xızı (Bakıdan 104 km məsafədə yerləşir). Bakının yaxınlığında yerləşən dağ rayonudur. Mülayim quraq iqlimə malikdir. Şərqdən Xəzər dənizi ilə əhatələnən rayonun çox hissəsi meşələrlə örtülüdür. Rayonun diqqətəlayiq yerlərindən biri özünün möcüzəli formasına görə Beşbarmaq adlandırılan və çoxlu əfsanələr qoşulmuş Beşbarmaq dağıdır.

Rayonda, həmçinin, Azərbaycanın təbii gözəlliyə malik olan yerlərindən biri — Altıağac yerləşib. Burada zəngin flora və faunası olan Altıağac Milli parkı yaradılıb. Rayonda çoxlu tarixi abidələr var: Başbarmaq qalasının divarları (VIII əsr), antik şəhərin və Xızı qalasının (V əsr) xarabalıqları və s.

II. Şimal-Qərb istiqaməti.

Şamaxı (Bakıdan 135 km məsafədə). Şamaxının ətrafı valehedici çəmən və meşələr, dağ xizək idmanı və alpinizm üçün əlverişli olan qarlı dağlardır. Dağlarda həmçinin Pirqulu qoruğu yerləşir, N.Tusi adına astrofizika observatoriyası fəaliyyət göstərir.

Şamaxı tarixi 3000 ildən az olmayan qədim şəhərdir. Bizim dövrdə turistlər Gülüstan və Qala-Buqurt qalalarının qalıqlarına, Şirvan xanlarının sərdabəsinə, orta əsr türbələrinə, iki minarəli Cümə məscidinə (743 il), qədim yeraltı hamamlı karvansara kompleksinə (XIV əsr) və keçmişin digər tikili və memarlıq abidələrinə baş çəkə bilərlər.

Şamaxı rayonu istənilən kəndində dadına baxmaq mümkün olan desert çaxırları ilə məşhurdur. Meşə meyvələri və müalicə otlarının bolluğu ilə diqqəti cəlb edir.

İsmayıllı (Bakıdan 185 km məsafədə). Burada iqlim düzən və dağətəyi zonada mülayim isti, yüksək dağlarda soyuqdur. Rayonda müxtəlif bitki və heyvan növləri qorunan “İsmayıllı” qoruğu yaradılıb. Qasımxan, Cavanşir, Qırxoşaq qalalarının qalıqları, əfsanəvi Fitdağ qalası, Xan qalası və Xanarlı kəndində “Qız qalası” (11-12-ci əsrlər) keçmiş və tarix həvəskarları olan bir çox turistləri özünə cəlb edir.

Qəbələ (Bakıdan 225 km məsafədə). Meşələrlə örtülmüş dağlar, büllur bulaqlar, əsrarəngiz subalp və alp çəmənlikləri, yaşı 500 ildən çox olan kiçik şabalıd meşəsi müxtəlif yaşlı çoxsaylı istirahətçiləri bura cəlb edir.

Burada qədim şəhərin qalıqları, türbələr və müqəddəs pirlər, məscidlər və qalalar, məbədlər, IX əsrə məxsus qədim müdafiə tikilisi və digər çoxlu sayda keçmişə məxsus abidələr vardır.

Qəbələ rayonu çoxdan bəri istər qısamüddətli və uzunmüddətli istirahət, istərsə də qədim diyara ekskursiyalar təklif etməklə gələn qonaqlara xidmət göstərmək üzrə ixtisaslanmışdır.

Şəki-Qax-Zaqatala regionu (Bakıdan 300-370 km məsafədə). Bu regionun ərazisi Böyük Qafqazın cənub yamacında yerləşib, fistıq, vələs, şabalıd, qoz, palıd və digər ağaclardan ibarət olan meşələrlə örtülmüşdür. Burada yerləşmiş Zaqatala, İlisu və Türyançay qoruqlarında çoxlu nadir heyvanlar yaşayır və təbii şəraitdə nadir Eldar şamı bitir.

Burada bitən bəzi çinarların yası 500 ildən çoxdur. Zaqatala şəhərindəki “Dədə Qorqud” parkında isə 8 çinardan birinin yaşı 700 ilə çatır. Şəkidən şimalda Gələrsən-Görərsən ərazisində əl dəyilməmiş meşələr uzanır, bura təmiz hava ilə nəfəs almağa gəlirlər. Əsası 2600 il əvvəl qoyulmuş Şəki şəhəri çoxsaylı tarixi abidələri ilə turistləri özünə cəlb edir. Böyük memarlar tərəfindən tikilmiş qədim yaşayış yerləri, qalalar, qüllələr, məscidlər, Şəki xan sarayı, XVIII əsrin karvansarayları, həmçinin Hacı Muradın qəbri. Şəki rayonunun Kiş kəndində əsası II əsrdə qoyulmuş Müqəddəs Yelisey kilsəsi-ən qədim alban məbədi qalmışdır.

Şəki sənətkarları özlərinin digər işləri, dulusçuluq nümunələri, metal və ağac suvenirləri, ipək parçaları və xalçaları ilə məşhurdur. Zəngin Şəki mətbəxi, xüsusilə onun şirniyyatları Azərbaycandan uzaqlarda da məşhurdur.

III. Cənub istiqaməti.

Masallı (Bakıdan 232 km məsafədə). Rayon bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Burada çox gözəl iqlim meşələrində kiçik göllər və şəlalələr, ən məşhuru İstisu bulağı olan çoxlu kükürdlü bulaqlar var.

Tarixi abidələri XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi, Ərkivan qalası ilə təmsil olunur. Ənənəvi sənətkarlıq sirləri nəsildən nəslə ötürülür.

Rayonun kəndlərində ağacdan düzəldilmiş rəngarəng, xırda məmulatlar, xalçalar, orijinal hörülmüş həsir örtüklər tapmaq olar.

Lənkəran-Astara (Bakıdan 268-313 km məsafədə). Subtropik iqlim, çaylar və isti bulaqlar il boyu tərəvəz yetişdirilməsi, həmçinin burada çoxlu meyvə bağlarının və çay plantasiyalarının salınması üçün əlverişli şərait yaradır.

Hündür olmayan Talış dağları relikt ağaclar üstünlük təşkil edən meşələrlə örtülmüşdür. Rayonun ərazisində yerləşən Hirkan Milli Parkı və Qızılağac qoruğunda çoxlu nadir heyvanlar — maral, cüyür, vaşaq, canavar yaşayır və hətta nadir halda pələngə da rast gəlinir.

Xüsusilə Astarada yaxşı çimərliklər (qumlu, çınqıllı) var, su burada çox şəffaf və təmizdir. Memarlıq abidələrindən Lənkəranda Ballabur qalası, xan sarayı, XIX əsrə aid məscid və minarə, Astarada qədim qalanın xarabalıqları, XVII əsr karvansarayı, XII əsr məqbərəsi qalmışdır. Yerli mətbəx özünün balıqdan, ov quşlarının ətindən olan, qeyri-adi ədviyyatlar istifadə edilər xörəkləri ilə xüsusilə məşhurdur.

IV. Qərb istiqaməti.

Gəncəbasar (Bakıdan 300 km məsafədə). Bu ad altında məşhur olan zonaya Azərbaycanın qərbində Gəncə, Mingəçevir, Qazax, Ağstafa və digər şəhərlərin ətraf ərazilərində yerləşən 10 rayon daxildir.

Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onların içərisində Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Qazaxda XII əsrə aid nadir “Sınıq körpü”nü, Xanlarda bürünc əsrinin kurqanları, qədim qala və qüllələri, Şəmkirdə gözəl feodal qəsrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və bir çox digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə, ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib.

Bu regionun təbiətində digər baxımlı yerləri — “Qızıl Qala”, Aveydağ dağının mağaraları və zəngin tuqay meşələrini qeyd etmək olar. Regionda qədimdən xalçaçılıq, toxuma və tikmə, ipək, çini istehsalı inkişaf edib. Və əlbəttə qurmanlar çoxlu sayda olan kiçik restoranlarda, turist bazalarında və istirahət zonalarında yerli mətbəxin təkrarolunmaz zərif yeməklərini dada bilərlər.

V. Naxçıvan Muxtar Respublikası.

Naxçıvan Muxtar Respublikası ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəkdə yerləşən dağlıq diyar olmaqla zəngin təbii və nadir mədəni irsə malikdir. Onun paytaxtı — Şərqin qədim mədəni mərkəzlərindən biri olan Naxçıvan şəhərində çoxlu sayda muzey, mehmanxana, restoran və müasir Olimpiya kompleksi vardır.

Bu diyarın şəhərləri özünün tarixi abidələri, rahat küçə və meydanları, təkrarolunmaz qonaqpərvərliyi ilə seçilir. Respublikanın bitki aləmi enliyarpaqlı ağac növləri olan meşələrlə zəngindir. Burada çoxlu nadir heyvan növləri yaşayır.

Arasında Yusif Küseyr və Möminə xatun türbələri, Nəimi türbəsi, Əlincə qalası, Gilan şəhərinin xarabalıqları, qədim körpülər və s. olan çoxlu sayda tarixi və memarlıq abidələri qalmaqdadır. Qədim zamanlardan yerli sənətkarlar xalçaçılıq, tikmə, ağacda oyma, ipək parça istehsalı üzrə təkmilləşmişlər.