QARABAĞ: BƏRDƏ — AĞDAM — ŞUŞA — KƏLBƏCƏR

Dağlıq Qarabağ Azərbaycanın ən gözəl regionlarından biridir. Qədim Qarabağ - Azərbaycanın qəlbidir, ölkəmiz üçün çox istedadlı insanlar yetişdirmişdi. Qəşəng mənzərəli təbiəti, ən zəngin mənəvi və mədəni ənənələri.olan Qarabağ bir çox görkəmli azərbaycanlı alimlərin, şairlərin, yazıçıların, sənətkarların, musiqiçilərin və xanəndələrin doğulduğu yerdir. Qarabağ Azərbaycan musiqisinin beşiyidir.Azərbaycan xalq folklorunun ən qədim, ən nadir nümunələrindən olan yüzlərlə  musiqi əsərləri Qarabağda və Qarabağ ilə əlaqəli şəkildə yaradılmışdır.
Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. Azərbaycanın tərkib hissəsi olan Qarabağın adı “qara” və “bağ” sözlərindən alınmışdır. "Qara" və "bağ" ifadəsi Azərbaycan xalqının tarixi ilə eyni qədim tarixə malikdir. Ilk mənbələrdə "Qarabağ" sözü 1300 il bundan əvvəl, VII əsrdə də qeyd olunur.
Bu ərazilər ən qədim insan məskənlərindən biridir. 1968-ci ildə Qarabağ ərazisində yerləşən Azıx mağarasında qədim insanın qalıqları tapılmışdır. Güman ki, bu ərazidə insanlar hələ 250-300 min il əvvəl yaşamışlar. Bu qədim torpaqların zəngin təbiəti və təbii sərvətləri həmişə diqqət mərkəzində olmuşdu. Bu zəngin torpaqlara göz dikən nankor qonşularımız olan ermənilər 1991-ci ilin sonundan Azərbaycana qarşı açıq və qərəzli müharibəyə başladı. Erməni hərbi birləşmələri dövlətimizin sərhədlərini pozaraq torpaqlarımızın bir hissəsini işğal etdilər.

Azərbaycanın ürəyi sayılan QƏDİM QARABAĞ diyarı bu ölkəyə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyid qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır…

BƏRDƏ

Bərdə rayonu Qarabağ düzənliyinin mərkəzində Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində yerləşir. Xaçın çayı da bu rayonun ərazisindən keçir. Kür çayı isə rayonun sərhəddi boyunca axır. Yuxarı Qarabağ kanalı burada tikilmişdir. Bərdə - Tərtər yolu boyunca iki gözəl göl, Bərdənin yaxınlığında isə daha bir göl (Ağalı gölü) var.

Rayonun meşələrinin sahəsi 6856 kv. m-dir. Burada çoxlu nadir ağac növləri, həmçinin palıd, vələs, qarağac, qoz və çinar ağacları bitir. Yerli fauna canavar, tulkü, çaqqal, qaban, dovşan, qırqovul, qaz, turac və digər heyvan və quş növləri ilə təmsil olunmuşdur. Burada heyvan və balıq ovu ilə məşğul olmaq mümkündür.

Rayonun təbii şəraiti burada bostan bitkiləri becərməyə, taxılçılıq və pambıqçılıqla məşğul olmağa imkan verir.

Sovet İttifaqı dağılana qədər Bərdə ümumittifaq sağlamlıq ocaqlarından biri idi. Bu diyarda müalicəvi əhəmiyyətli mineral su bulaqları çox olduğuna görə bura çox populyar kurort idi. Mineral bulaqlardan ən məşhuru Bərdə şəhərindən 3 km aralıda yerləşən İstisu və Muğanlı kəndinin yaxınlığındakı bulaqdır.

Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri Bakıdan 314 km məsafədə yerləşir. Azərbaycanın qərbində yerləşən Bərdə ərəb yazılı mənbələrində (İBN HOVQAL) "ARRAN ŞƏHƏRLƏRİNİN ANASI" adlandırılmışdır. Vaxtilə bu şəhər böyük İpək Yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olmuşdur. Ətraf regionlarda yaşayan xalqlar hələ 2000 il bundan əvvəl Bərdə barədə bilirdilər. Hətta belə bir rəvayət vardır ki, Bərdənin təməlini qoyan Makedonyalı İsgəndər olmuşdur. Balazuni və Qəzvini kimi qədim müəlliflər öz əsərlərində bu rəvayətə istinad etmişlər. Eramızın VI əsrindən etibarən Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur.

Arxeoloji ekspedisiyalar zamanı müasir Bərdənin yaxınlığında qədim şəhər xarabalıqları aşkar edilmişdir. Burada şəhər mədəniyyətini, ticarətin və sənətkarlığın yüksək inkişaf etməsini təsdiqləyən çox zəngin material tapılmışdır. Onlar qədim Bərdədə zərgərlik, dəmirçilik, duluzçuluq, ipəkçilik, ağac emalı və xalça toxuma kimi xalq sənətlərinin yüksək səviyyədə olmasını söyləməyə imkan verir.

Bu şəhərin inkişaf etmiş infrostrukturu olmuşdur. Belə ki, arxeloloqlar yeraltı su komunikasiyalırı və kanalizasiya qalıqları aşkar etmilər. Onların tikilməsində keramik borulardan istifadə edilirmiş. İnşaat işlərində qırmızı kərpicdən istifaldə edilirdi. Qədim şəhərin meydanlarına daş döşənlimdir. Buradakı sikkəxanada metal pul zərb edilirdi. Aşkar edilmiş tapıntılar onu göstərir ki, Bərdə şəhəri Azərbaycanın və bütün yaxın şərqin ətraf şəhərləri ilə sıx əlaqə saxlamışdır. Burada bizim eradan əvəl ikinci minillikdən başlamış orta əsrlərin sronuna qədər böyük bir dövrü əhatə edin maddi mədəniyyət əşyalırı tapılmışdır.

Bir sıra memarlıq abidələri zəmanəmizə qədər salamat qalmışdır. Tərtər çayı üzərindən salınmış məşhur körpü (VII-XI əsrlər), "Axsadan baba", "Güloğlular" məqbərələri ("Güloğlular " məqbərəsində məşhur alim Bəhmən Mirzə Qacar dəfn edilmişdir) Əyyub Əl Hafizin oğlu usta Əhməd tərəfindən ucaldılmışdır. "İmamzadə" deyilən məqbərədə isə alimlərin fikrincə Şeyx İbrahim dəfn edilmişdir. Çiy kərpicdən tikilmiş kvadrat formalı qala da salamat qalmışdır.

 Əvvəllər Bərdə bir-birindən dəqiq ayrılan iki hissədən ibarət idi. Ətrafına qala bivarı çəkilmiş Şəhristan adlanan mərkəzi hissə və sənətkarların, tacirlərin yaşadığı məhəllələrdən ibarət olan Rabat. Buradakı məhəllələrdə dəmirçilər (hazırda həmin ərazidə Qara Dəmirçilər kəndi salınmışdır), toxucular, duluzçular, bənnalar, ağac və daş üzərində oyma işləri görən sənətkarlar, dabbaqlar yaşayırdı. Sənətkarlar gözəl parçalar, silahlar, keramika və şüşədən qablar, adi və qiymətli metallardan bəzək əşyaları hazırlayırdılar. Azərbaycanlı sənətkarların yaratdığı məşhur Qarabağ qrupuna aid xovlu və xovsuz xalçalar əsasən Bərdədə toxunurdu. Bura əsl sənətkarlar şəhəri idi. Böyük Azərbaycan şairi Nizami Gəncəvi özünün "İsgəndərnamə" poemasında Bərdənin gözəlliklərini vəsf etmişdir.

Bardədə "Günəş Motel", "Bərdə Hotel" və "Prins Motel" mehmanxanalarında dayanmaq olar.

AĞDAM

Ağdam rayonunun ərazisində qədim memarlıq abidələri çoxdur. Şahbulaq kəndindəki karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), məscid (XVII əsr), Pənahəli xanın sarayı və məqbərəsi, Xaçıntürbətli kəndindəki "Qutlu Musa oğlu" məqbərəsi (XIV əsr), Papravənd kəndindəki iki məqbərə və bir məscid, Boz dağın şimal ətəklərində Çapılmış mağar məbədi, Qafqaz Almaniyası xristian dövrünə aid məbədlər bu qəbildəndir.

Ağdam rayonunun inzibati mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Ağdam da Qarabağ düzənliyində yerləşən ən iri şəhərlərdən biri olmuşdur. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq üçün çox vaxt düzənlik yerlərdə kiçik qalalar tikirdilər. "Ağdam" sözünün qədim türk dilində mənası "kiçik qala" olmuşdur.

Sonradan "Ağdam" sözü müasir dövrdə daşıdığı mənanı kəsb etmiş - "işıqlı, ağ bina". Bu ad onunla bağlıdır ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli özünə ağ daşdan ev tikdirmişdir. Bu ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ daşdan tikilmiş imarət idi.

Ağdamda qeyri-adi bir muzey var - Çörək muzeyi. Burada unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar vardır.

1993-cü ildə ermjəni silahlı qüvvələrinin işğalından  əvvəl Ağdam rayonu ərazisində memarlıq abidələri çox idi. Onların arasında - Xanoğlan məqbərəsi (XVII əsr), XVII əsrə aid məscid, Pənahəli xan türbə və sarayı, Xaçıntürbətli kəndində  "Qutlu – Musa oğlu»türbəsi (XIV əsr), Kəngərli kəndindəki türbə(XIVəsr),Papravənd kəndində  iki məqbərə və məscid,  Şahbulaq kəndində XVIIIəsr karvansarayı. Keçmişin abidələrindən biri də  Bozdağın 300 metr yüksəkliyində yonulan mağaradır ki,XIIIəsr Qafqaz Albaniyasının xristian məbəd memarlığının əsas nümunələrindən biridir.  Ağdamda nadir çörək muzeyi var idi. Muzeydə qədim və orta əsrlərin unikal eksponatları toplanmışdı: qədim daşlaşmış taxıl və nadir bitki növləri, bir çox qiymətli kitablar, əlyazmalar, şumlama alətləri,köhnə kənd təsərrüfatı alətləri təcavüzkarlar tərəfindən talan edilmişdi,
Ermənilərin hərbi təcavüzü nəticəsində çoxsaylı tarixi abidələr dağıdılıb. Ağdam rayonunda 89 kənd tamamilə dağıdılmış və bəşəriyyət tarixində görünməmiş qəddarlıqla yerlə yeksan edilmişdi.Tamamilə dağıdılmış şəhərdə təkcə 1870-ci ildə Kərbəlayi Səfi xan Qarabaği tərəfindən inşa edilmiş məscid qalıb…

ŞUŞA

Bakıdan 373 km məsafədə yerləşən Şuşa şəhərinin bu cür adlanması bu yerlərin təmiz və saf havası ilə bağlıdır. "Şuşa" sözü "şüşə" sözü ilə assosiasiya edilir (adətən azərbaycanlılar təmiz havanı şəffaf şüşə ilə müqayisə edirlər). Ölkəmizin ən gözəl şəhərlərindən biri olan Şuşa İSA BULAĞI, TURŞ SU, SƏKİNƏ BULAĞI, SOYUQ BULAQ, YÜZ BULAQ, QIRX BULAQ, ÇARIQ BULAQ və başqa unikal bulaqları ilə də məşhurdur.

Şuşa şəhərinin yaranması və sonrakı dövrdə tərəqqisi Qarabağ xanlığının gücünün-qüdrətinin artması ilə əlaqədardır. Şuşanı iki tərəfdən əhatə edən, vaxtilə çox əzəmətli olmuş qala divarları hələ də salamat qalmışdır. Bu şəhərin əsasını qoyan isə Qarabağ hökmdarı Pənahəli xan olmuşdur. Pənahəli xan burada qala tikdirmiş və onu Pənahabad adlandırmışdır (1756-1757-ci illər). Sonradan yaxınlıqdakı Şuşa adlı kiçik kəndin adı bu şəhərə verilmişdir. Pənahəli xan bu bölgədə Bayat və Şahbulaq qalalarını da tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Uca dağlar qoynunda yerləşən bu gözəl şəhər buraya gələn səyyahları özünə məftun edirdi. Rus rəssamı V.Vereşşagin Şuşa barədə belə yazmışdır: "Onun evləri düzgün formalı qəşəng və hündürdür, çoxsaylı qəşəng pəncərələrdən evlərə işıq düşür. Şəhər qayalar üzərində yerləşir və elə həmin qayalardan çıxarılan daşlardan tikilmişdir. Bütün küçələrə enli plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

Şuşanın məhəllələrində daş sütunlarla diqqəti cəlb edən üstü örtülü qalereyalar vardır. Bazar meydanları kifayət qədər geniş idi. Şəhərin əsas MEYDANINDA isə sıra ilə tikilmiş ticarət köşkləri, iki mərtəbəli karvansara və qoşa minarəli cümə məscidi vardır.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Əsrarəngiz "Xəzinə qala" mağarası da orada yerləşirdi. Şuşaya gələn qonaqların hamısı burada olurdu.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi vardır. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın, ev - muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və s.

Şuşanı "Şərqin konservatoriyası adlandırırlar" - bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin musiqiçilərinin, böyük bəstəkarların və drijorların vətənidir: CABBAR QARYAĞDI OĞLU, QURBAN PİRİMOV, BÜLBÜL, SEYİD ŞUŞİNSKİ, XAN ŞUŞİNSKİ, RƏŞİD BEHBUDOV, ÜZEYİR HACIBƏYOV, NİYAZİ, FİKRƏT ƏMİROV, SÜLEYMAN ƏLƏSGƏROV əslən şuşalıdır.

Tanınmış yazıçılar SÜLYEMAN SANİ AXUNDOV, ƏBDÜRƏHİMBƏY HAQVERDİYEV, NƏCƏF BƏY VƏZİROV, şairə XURŞUDBANU NATƏVAN, şair QASIM BƏY ZAKİR, rəssam TOĞRUL NƏRİMANBƏYOV, heykəltaraş CƏLAL QARYAĞDI və başqaları bu şəhərdə doğulmuşdur.

Şuşadan bir qədər aralıda yerləşən Xankəndi şəhərinin adına ilk dəfə IX əsrə aid yazılı mənbələrdə rast gəlmək olar. Əsası türk qəbilələri tərəfindən qoyulmuş bu şəhər əvvəlcə Vərəndə adlanırdı. XVIII əsrin axırlarında Pənahəli xanın oğlu Mehdiqulu xan həmin yerdə böyük bir yaşayış məntəqəsi salmış və onu Xankəndi adlandıraraq öz arvadı Pərican bəyimə hədiyyə etmişdir.

8 may 1992-ci il, Azərbaycan musiqisinin beşiyi Qarabağın ürəyi olan Şuşa Ermənistan tərəfindən işğal olunmuşdur. Bu şəhərdə mövcud olan yüzlərlə tarixi  abidə dağıdılmış və məhv edilmişdir. Şuşa muzeylərinin qiymətli əsərləri, o cümlədən rəsm və heykəltəraşlıq işləri, xalçalar, çox vacib sənədlər, görkəmli azərbaycanlı şəxslərin şəxsi əşyaları və digər qiymətli materiallar talan edilərək Ermənistana aparılmışdı. İndi bu əşyalarerməni mədəniyyəti nümunələri kimi xarici muzeylərdə satılır, muzeylərdə və müxtəlif sərgilərdə nümayiş etdirilir. XIX əsrin görkəmli Azərbaycan şairi Xurşudbanu Natəvanın evi yandırıldı, şərq arxitekturasının incisi və Şuşinin simvolu hesab olunan Gövhər ağa məscidi dağıdıldı. Azərbaycanın böyük musiqiçilərinin ev-muzeyləri, məhv edildi. Şuşanın əsl tarixi və mədəni görünüşü tarixdən silinmək təhlükəsindədi. Şəhərin yüzlərlə tarixi abidəsi təhqir edildi. Düşmən Azərbaycan musiqisi və ədəbiyyatının Üzeyir Hacıbəyli, Bülbül və Natəvan kimi korifeylərinin abidələrinin təhqirindən  belə çəkinmədi, onların abidələri güllə izləri ilə örtüldü. Şuşa – Azərbaycanın bu qədər çoxsaylı tarixi və mədəni xadımlərini yetişdirən  yeganə məhsuldar guşəsidir. O, həqiqətən, Azərbaycanın şöhrətidir.

KƏLBƏCƏR

Kəlbəcər rayonu Kiçik Qafqaz dağlarının ətəklərində yerəşir. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhərinin adının mənası "hündür aşırım", "yüksək ərazi" deməkdir. Kəlbəcər şəhərinin Bakıdan məsafəsi 445 km-dır. 1930-cu ildə yaradılıb. Dağlıq ərazi -Murovdağ, Şahdağ, Şərqi Göyçə, Mıxtoken, Qarabağ dağ zəncirinin bir hissəsi və Qarabağ yaylasıdır. Ən yüksək zirvələri Camiş   dağları (3724m) və Dəlidağ(3616m) təşkil edir. Ərazidə  vulkanik-çöküntü və vulkanik süxurlar geniş yayılmışdır. Mineral, civə, qızıl, polimetal, mineral sular, tikinti materialları və s. Region ərazisində bir sıra tarixi və memarlıq abidələri, o cümlədən Alban məbədləri (XIII, XVIII əsrlər) yerləşirdi.

Bu diyar özünün mineral, o cümlədən termal suları ilə məşhurdur. Ən məşhur mineral su olan İstisu bulağı ətrafında salınmış kurort da İstisu adlanır. TƏRTƏR çayıtın sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdə yerləşən bulaqlar (burada 31 bulaq var) da öz şəfaverici xassəsi ilə İstisudan o qədər də geri qalmır. Bu mineral suların kimyəvi tərkibi dünya şöhrətli KARLOVI VARI (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür.

 2 aprel 1993-cü ildə Kəlbəcər erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Erməni vandalları aşağıdakı mədəni və tarixi abidələri dağıtmışlar-  Vanq(Həsən Camal kilsəsi) ,Çerekdar, Qanlıkənddə Lek məbədi, Qaracanlıda Uluxan məbədi,  Tərtər və Bulanıq çaylarının qovşağındakı Alban məbədi, Qalaboynu kəndində qalalar,Camışlı kəndində comərd qalası, Kəlbəcərdə məscidlər, Başlıbel, Otaqlı,Soyuqbulaq kəndinin Tərtər çayı üzərindəki Tağlıdaş körpüsündə məscid, Kəlbəcər tarix muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyidli yaylağında Seyid Əsədulla ocağı və s.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi ermənilər tərəfindən dağıdılmış, bir sözlə regionun turizm infrastrukturu təmamiylə məhv edilmişdir.