SİYASİ PARTİYALAR
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanı qazanır.
Azərbaycan Respublikası vətəndaşlarının siyasi partiya və ya müxtəlif ictimai birliklərdə fəaliyyəti ilə bağlı hüquqları Konstitusiyanın 58-ci maddəsində təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasından çıxarış:
Maddə 58. Birləşmək hüququ
I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə
daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
III. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.
Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Hal-hazırda Azərbaycan Respublikasında hakim partiya olan Yeni Azərbaycan Partiyası öz sıralarında 700 000 dən artıq vətəndaşı birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 59 siyasi partiya fəaliyyət göstərir.
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar haqqında məlumat
Sıra sayı |
Siyasi partiyanın adı |
Qeydiyyat tarixi |
Hüquqi ünvanı |
1. |
Azərbaycan Milli İstiqlal Partiyası |
17.07.1992 |
Bakı şəhəri, Azadlıq prospekti 4 |
2. |
Yeni Yol Partiyası |
24.07.1992 |
Bakı şəhəri, Naxçıvan küçəsi 1, mənzil 23 |
3. |
“Ana Vətən” Partiyası |
11.08.1992 |
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3 |
4. |
Azərbaycan Milli Demokrat İdrak Partiyası |
11.08.1992 |
Bakı şəhəri 4-cü m/r, Tağızadə küçəsi 68, mənzil 40 |
5. |
Vətəndaş Həmrəyliyi Partiyası |
03.11.1992 |
Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 9 |
6. |
Müsavat Partiyası |
08.12.1992 |
Bakı ş., Binəqədi r., Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, 2 saylı Evtikmə Kombinatının binası |
7. |
“Birlik” Partiyası |
18.12.1992 |
Bakı şəhəri, S.Rüstəmov küçəsi 35, mənzil 53 |
8. |
Yeni Azərbaycan Partiyası |
18.12.1992 |
Bakı şəhəri, Bülbül prospekti 13 |
9. |
Vahid Azərbaycan Milli Birlik Partiyası |
13.01.1993 |
Bakı şəhəri, Ə.Topçubaşov küçəsi, 62/11 |
10. | Ağ Partiyası | 13.01.1993 | |
11. | Milli Həmrəylik Partiyası | 10.02.1993 | |
12. |
Müstəqil Azərbaycan Partiyası |
10.02.1993 |
Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 |
13. |
Azərbaycan Ümid Partiyası |
05.05.1993 |
Bakı şəhəri, Nərimanov rayonu, İ.Xəlilov küçəsi, 1929-cu məhəllə |
14. |
“Qorqud” Partiyası |
10.11.1993 |
Bakı şəhəri, İnqlab küçəsi 1, mənzil 214 |
15. |
Azərbaycan Kommunist Partiyası |
02.03.1994 |
Bakı şəhəri, Xosrov Ruzbeh küçəsi 44/46, mənzil 27 |
16. |
Azərbaycan Milli Dövlətçilik Partiyası |
12.10.1994 |
Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a |
17. |
Azərbaycan Vətənpərvərlər Partiyası |
12.10.1994 |
Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 153, 28 May döngəsi |
18. |
Azərbaycan Naminə Alyans Partiyası |
22.06.1995 |
Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 93 |
19. |
Azərbaycan Demokratik Maarifçilik Partiyası |
04.08.1995 |
Bakı şəhəri, Q.Məmmədov küçəsi 3/20, 105 |
20. |
Azərbaycan Sosial Rifah Partiyası |
04.08.1995 |
Bakı şəhəri, Təbriz küçəsi 92 |
21. |
Azərbaycan Liberal Partiyası |
14.08.1995 |
Bakı şəhəri, 370001, H.Hacıyev küçəsi, 1/15 |
22. |
Azərbaycan Sosial Demokrat Partiyası |
01.09.1995 |
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200 |
23. |
Azərbaycan Xalq Cəbhəsi Partiyası |
01.09.1995 |
Bakı şəhəri, Xaqani küçəsi 33 |
24. | Azərbaycan Vahid Kommunist Partiyası | 19.09.1995 | |
25. |
Sosial Ədalət Partiyası |
11.12.1998 |
Bakı şəhəri, Y.Məmmədəliyev küçəsi 9, mənzil 13/15 |
26. |
Milli Konqres Partiyası |
11.12.1998 |
Bakı şəhəri, Nizami küçəsi 48, mənzil 10 |
27. |
Vəhdət Partiyası |
11.12.1998 |
Bakı şəhəri, Z.Əliyeva küçəsi 23, mənzil 52/54 |
28. |
Azərbaycan Respublikaçılar Partiyası |
09.07.1999 |
Bakı şəhəri,Təbriz küçəsi, 86 |
29. |
Azərbaycan Xalq Partiyası |
09.07.1999 |
Bakı şəhəri, Naxçıvan küçəsi 27, mənzil 47 |
30. |
Azərbaycan Liberal Demokrat Partiyası |
09.07.1999 |
Bakı şəhəri, Əzim Əzimzadə küçəsi, ev 4 |
31. |
Azərbaycan Demokrat Partiyası |
03.02.2000 |
Bakı şəhəri, 370008, Əliəşrəf Əlizadə küçəsi, 13 |
32. |
“Azərbaycan Mübarizləri” Partiyası |
27.05.2000 |
Bakı şəhəri, Rəsul Rza küçəsi 20, 12 |
33. |
“Ədalət” Partiyası |
08.05.2002 |
Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 2 |
34. |
“Milli Vəhdət” Partiyası |
08.05.2002 |
Bakı şəhəri, B.Səfəroğlu küçəsi 195 |
35. |
Müasir Musavat Partiyası |
08.05.2002 |
Bakı şəhəri, 8-ci m/r, ev 23a, mənzil 71 |
36. |
Azərbaycan Azad Respublikaçılar Partiyası |
08.05.2002 |
Bakı şəhəri, H.Əliyev küçəsi 15, mənzil 68 |
37. |
Böyük Quruluş Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 4 |
38. |
Azadlıq Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Mətbuat prospekti, 24 |
39. |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 65, mənzil 5 |
40. |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası |
12.08.2005 |
Bakı şəhəri, 12-ci Aşırım küçəsi, 70a |
41. |
Azərbaycan Tərəqqi Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117, mənzil 61 |
42. |
Böyük Azərbaycan Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 27/121 |
43. |
Azərbaycan Təkamül Partiyası |
12.08.2005 |
Bakı şəhəri, M.Hadi küçəsi 65, mənzil 112 |
44. |
Vətəndaş Birliyi Partiyası |
12.08.2005 |
Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 89v, ev 29 |
45. |
Klassik Xalq Cəbhəsi Partiyası |
31.01.2007 |
Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 18 |
46. |
Vətəndaş və İnkişaf Partiyası |
10.08.2007 |
Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 69 |
47. |
Azərbaycan Milli Demokrat Partiyası |
24.12.2008 |
Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbarov küçəsi, ev 10 |
48. |
Aydınlar Partiyası |
19.11.2009 |
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 188 |
49. |
Milli Dirçəliş Hərəkatı Partiyası |
31.05.2011 |
Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küçəsi 5/7 |
50. |
Yeni Zaman Partiyası |
16.04.2020 | |
51. |
Azad Demokratlar Partiyası |
16.04.2020 | |
52. |
Cümhuriyyət Xalq Partiyası |
07.05.2020 | |
53. |
Müstəqil Xalq Partiyası |
07.05.2020 | |
54. |
Milli Cəbhə Partiyası |
31.08.2020 | |
55. |
Respublikaçı Alternativ Partiyası |
31.08.2020 | Bakı şəhəri, İsmayıl Qutqaşınlı 97 |
56. | Gələcək Azərbaycan Partiyası | 15.12.2020 | |
57. | Haqq Ədalət Partiyası | 15.10.2021 | |
58. | Azərbaycan Yüksəliş Partiyası | 15.10.2021 | |
59. | Azad vətən Partiyası | 05.09.2022 |