İDMAN KOMPLEKSLƏRİ

T.Bəhramov adına Respublika Stadionu

Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci il sentyabrın 16-da istifadəyə verilib.

Arenanın ümumi sahəsi 20 hektardır. Stadionun əsas futbol meydançasının ölçüləri 105x72 metrdir. Meydançanın ətrafında salınmış 8 zolaqdan ibarət atletika cığırının uzunluğu 400 metrdir.  Stadionda bir neçə köməkçi zallar da mövcuddur. Buraya eni 25, uzunluğu 50 metr olan güləş zalı, eləcə də boks zalı (25 m x 10 m), 2 ayrı futzal zalı, 1 açıq havada mini-futbol meydançası daxildir.

2012-ci il avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ön giriş hissəsində bilet satışı binası inşa edilib. Burada eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun ön fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb.

İlk vaxtlar İ.Stalinin və V.İ.Leninin adını daşımış stadiona 1993-cü ildən dünyaca məşhur futbol hakimi Tofiq Bəhramovun adı verilib.

 

Bakı İdman Sarayı

Dənizkənarı Milli parkda yerləşən Bakı İdman Sarayı 1974-cü ildə inşa edilib. 2015-ci ildə müasir tələblərə uyğun yenidən qurulub. Birinci Avropa Oyunlarının badminton və stolüstü yarışları burada keçirilib. Tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Əsas idman zalında döşəməyə xüsusi taxta örtük salınıb. Məhdud fiziki imkanlı tamaşaçıların və paralimpiyaçıların binanın bütün sahələrindən tam istifadə edə bilmələri nəzərə alınaraq, daxildə 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərir. Bundan başqa, burada püşkatma mətbuat zalı, VIP otaqlar və digər yardımçı otaqlar da yüksək standartlara uyğundur.

 

Respublika Velotreki

Bakı şəhərində veolsiped treki 1980-ci ildə istifadəyə verilib. Bakı metrosunun “20 yanvar” stansiyası yaxınlığında yerləşən velotrek son illərdə yenidən qurulub. Trekin beton örtüyünün perimetri 333 metr 33 santimetr olmaqla, ümumi ərazisi 13 hektardır.

Hazırda ən müasir standartlara cavab verən bu idman qurğusunda velosiped trekindən başqa, mini-futbol meydançası, BMX velosipedçilərinin hazırlanması üçün “Pamp park”, velosiped mağazası və digər xidmət sahələri var.

Velotrekin ümumi sahəsi 4620 m2 olan inzibati binasında kiçik otel, məşqçilər üçün mənzillər və velosipedçilər üçün təlimat otaqları yerləşir.

 

Respublika Olimpiya Mərkəzi

Respublika Olimpiya Mərkəzi Bakı şəhərinin mərkəzi hissəsində — Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir. Mərkəz bir tərəfdən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə, digər tərəfdən də Milli Olimpiya Komitəsi ilə əhatə olunub. 1982-ci ildən istifadədədir. Lakin 2007-ci ildə tam təmir olunaraq yenidən qurulub.

Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.

Manej həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin hava təmizləmə və işıqlandırma sistemləri yeni quraşdırılıb və müasir standartlara cavab verir.

 

​​Heydər Əliyev adına İdman Konsert Kompleksi

Heydər Əliyev adına İdman — Konsert Kompleksi Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Bu idman qurğusu həm də paytaxt Bakının ən gözəl memarlıq incilərindən hesab olunur. 1976-cı ildə — Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə tikilib.

Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.

Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə zalları da mövcuddur.

2015-ci ildə yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, kütləvi forumlar keçirmək mümkündür.

 

Bakı Olimpiya İdman Kompleksi

Bakı Olimpiya İdman Kompleksi ölkədə istifadəyə verilən bu tipli ilk idman qurğusudur. 2000-ci il oktyabrın 21-də Azərbaycanın ulu öndəri Heydər Əliyevin xeyir-duası ilə qapılarını idmançıların üzünə açan kompleksin açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin indiki prezidenti cənab Jak Roqq da iştirak edib.

Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və voleybol idman növləri inkişaf etdirilir.

 

Maştağa Olimpiya İdman Kompleksi

Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.

Kompleks gözəl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.

Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.

 

Paralimpiya İdman Kompleksi

Paralimpiya İdman Kompleksi 2008-ci il avqustun 28-də istifadəyə verilib. Sumqayıt şəhərində yerləşən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, təlim-məşq toplanışlarının təşkili üçün hər cür şərait yaradılıb. Kompleksin ümumi ərazisi 2,25 hektardır. Kompleksə müasir avadanlıqla təchiz olunmuş 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Burada əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb, müasir tipli liftlər quraşdırılıb. Kompleksin qapalı hovuzunun uzunluğu 25, eni 10 metrdir.

Əsas idman salonu cüdo, güləş və əl oyunlarının keçirilməsi üçün nəzərdə tutulub və burada quraşdırılmış xüsusi havalandırma sistemi havanın daim təmiz və normada saxlanılmasına imkan verir. 32 metr uzunluğu, 24 metr eni olan salonda 210 tamaşaçı yarışları izləyə bilər. Kompleksin atıcılıq tirləri də var. 25x12 metr və 10x12 metr ölçülü tirlərdə beynəlxalq yarışlara hazırlaşan idmançıların məşq keçmələri üçün bütün şərait yaradılıb. Tirlərin hər birində eyni vaxtda 8 atıcı məşq edə bilər. Kompleks Azərbaycanın üçüncü ən böyük şəhəri olan Sumqayıtda yerləşir.

 

Bakı Tennis Akademiyası

Bakı Tennis Akademiyası 2009-cu il mayın 5-də isti­fadəyə verilib və Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. 8-ci mikrorayonda yerləşən akademiyanın ümumi ərazisi 2,7 hektardır.

Mərkəzi kort da daxil olmaqla, kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Uzunluğu 126, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda müasir tələblərə cavab verən şərait vardır. Kortların hər birinin sahəsi, beynəlxalq standartlara uyğun olaraq, 670 kvadratmetrə bərabərdir.

İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb.

Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa, ümumi sahəsi 2510 kvadratmetr olan, 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.

 

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi 2009-cu il avqustun 31-də istifadəyə verilib. Bakının Xətai rayonunda yerləşən Mərkəz 3 hektar ərazidə inşa olunub və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusu üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir.

Mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunub. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunub. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da verilir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılir və bura təmiz hava daxil olur.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana var.

Burada keçirilən beynəlxalq yarışları 2500 tamaşaçı izləyə bilir.

Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq var. Burada kafe-restoran da fəaliyyət göstərir. İdmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılıb. Üzgüçülük hovuzunda quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılıb. Mərkəzdə inşa olunmuş stadionun meydançası yüksək keyfiyyətli süni örtüklə örtülüb. Stadionun tamaşaçı tutumu 1850 nəfərdir.

Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olan adi vətəndaşlar da istifadə edirlər. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.

 

Hövsan Olimpiya İdman Kompleksi

Hövsan Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 15-də istifadəyə verilib. Ərazisi 4,5 hektar olan kompleksin üçmərtəbəli əsas binasının ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın böyük idman zalının ölçülüsü 47.5x41.20 m. Burada yarışları izləyəcək tamaşaçılar üçün 1730 oturacaq quraşdırılıb. Ölçüsü (25x12 m) olan üzgüçülük hovuzunun 122 tamaşaçı oturacağı vardır.

Kiçik idman zalı idmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulub və burada 200 tamaşaçı yeri quraşdırılıb. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi və məşqçi otaqları və digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Binanın ikinci mərtəbəsində məşq zalları, inzibati otaqlar vardır. Üçüncü mərtəbədə isə idmançıların istirahəti üçün otaqlar inşa olunub.

Açıq havada 100 tamaşaçı yeri olan oxatma zalı (130x40m), tennis kortu(44x22m), mini futbol (44x22m), basketbol və voleybol meydançaları (44x22m) vardır. Güllə atıcılığı üzrə qapalı tir (45x13.5m) də inşa olunub.

 

Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun təməli 2011-ci ildə qoyulub və 2015-ci il martın 18-də istifadəyə verilib. Təxminən 50 hektar ərazidə tikilən, hündürlüyü 62 metr olan stadion 6 mərtəbədən ibarətdir.  Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumu olan stadiona olimpiya normativlərinə əsasən, insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib.

Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcüddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub.

 

Bakı Kristal Zalı

2012-ci il mayın 7-də istifadəyə verilmiş Bakı Kristal Zalı bir çox hallarda idman qurğusu kimi istifadə olunur. Bu nəhəng qurğu Xəzər dənizinin Bakı buxtasında, Dövlət Bayrağı Meydanı ətrafında yerləşir.

Burada avtomobil idmanı üzrə “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu, birinci Avropa Oyunlarının voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışları, dünya şahmat olimpiadası, qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışları və eləcə də bir sıra, ölkə miqyaslı yarışlar keçirilib. IV İslam Həmrəylik Oyunlarının bəzi yarışları üçün məhz 3 hissədən ibarət olan Bakı Kristal Zalı seçilib. 

25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 2012-ci ilin may ayında avroviziya mahnı müsabiqəsi məhz burada keçirilib.

 

Milli Gimnastika Arenası

Bakı şəhərində Milli Gimnastika Arenası 2014-cü il aprelin 16-da istifadəyə verilib. Arena Bakının Heydər Əliyev magistralında, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bu magistral Heydər Əliyev adına Beynəlxalq Hava Limanını şəhərlə birləşdirən və şəhərə giriş-çıxış üçün əsas yoldur.

Kompleksin fasadı xüsusi formada işlənib. Əsasən, gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunun öz oteli də var.

 

Bakı Atıcılıq Mərkəzi

Bakı Atıcılıq Mərkəzi 2015ci il martın 9da istifadəyə verilib. Bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir və paytaxtın Biləcəri qəsəbəsində yerləşir. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VIP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silah saxlama, 55 yerlik 2 konfrans və mətbuat zalları, tibb məntəqəsi, fitnes zalı var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafə üzrə yarışlar keçirmək mümkündür. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli imkanlar var. Burada, eyni vaxtda 40 idmançı gücünü sınaya bilər. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançının mübarizə aparması mümkündür.

Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Mərkəzin dörd mərtəbə və terrasdan ibarət mehmanxana binası da var.

 

Bakı “Su İdman Sarayı”

Pay­tax­tın Ba­yıl qə­sə­bə­sin­də, Ba­kı Bul­va­rı­nın ye­ni sa­lı­nan his­sə­sin­də yer­lə­şən Su İd­ma­nı Sa­ra­yı 2015ci il ap­re­lin 20də is­ti­fa­də­yə ve­ri­lib. 6 hek­tar­lıq əra­zi­də yer­lə­şən bu id­man mər­kə­zi­nin ümu­mi sa­hə­si 72 min kvad­rat­metr­dir və Bey­nəl­xalq Üz­gü­çü­lük Fe­de­ra­si­ya­sı­nın tə­ləb­lə­ri­nə tam ca­vab ve­rir. Sa­ray­da üç ho­vuz in­şa edi­lib. Uzun­lu­ğu 50, eni 25, də­rin­li­yi isə 2,5 metr olan əsas ho­vuz su id­ma­nı­nın müx­tə­lif növ­lə­ri üz­rə yer­li və bey­nəl­xalq ya­rış­lar üçün nə­zər­də tu­tu­lub. Əsas zal­da­kı hün­dür­lük­dən su­ya tul­lan­ma ho­vu­zu­nun uzun­lu­ğu 25 metr­dir. Bu­ra­da hün­dür­lü­yü 1, 3, 5, 7,5 və 10 metr olan beş pil­lə­li su­ya tul­lan­ma plat­for­ma­sı in­şa edi­lib. Su İd­ma­nı Sa­ra­yı­nın ikin­ci za­lın­da məşq­lər üçün in­şa edil­miş üz­gü­çü­lük ho­vu­zu­nun uzun­lu­ğu 51, eni 20 metr­dir. Su İd­ma­nı Sa­ra­yın­da ya­rış­la­rı ey­ni vaxt­da 6 min­dən çox ta­ma­şa­çı iz­lə­yə bi­lər. Bun­dan əla­və, sa­ray­da 150 yer­lik res­to­ran, VVIP, VIP, əlil ta­ma­şa­çı­lar və me­dia böl­mə­lə­ri in­şa olu­nub. Bi­na­da üz­gü­çü­lər üçün xü­su­si məşq plat­for­ma­la­rı və ava­dan­lı­ğı qu­raş­dı­rı­lan fit­nes  ak­ro­ba­ti­ka, ağır at­le­ti­ka zal­la­rı möv­cud­dur. Dam ör­tü­yü­nün bir his­sə­sin­də “SKY LIGHT” xü­su­si pa­no­ram şü­şə pa­nel­lə­rin­dən is­ti­fa­də edi­lib. Bu şü­şə pa­nel­lə­ri, ey­ni za­man­da, gü­nəş ener­ji­si­ni elekt­rik ener­ji­si­nə çe­vir­mək funk­si­ya­sı­na ma­lik­dir.

 

Bakı Avropa Oyunları Parkı

Avropa Oyunları Parkı 2015ci il mayın 13də istifadəyə verilib. Bu idman parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir. Qurğunun ümumi ərazisi 18 hektardır, tikintialtı sahə isə 70 min kvadratmetrə yaxındır.

Avropa Oyunları Parkında yerləşən su polosu yarışları kompleksindəki funk­sional otaqlar ən yüksək standartlar səviyyəsindədir. Burada iclas və məlumat otaqları, kafe və VIP sahələr də mövcuddur. Kompleksdə beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan iki üzgüçülük hovuzu inşa edilib. Burada tənzimləyici su hovuzu da yaradılıb. Su polosu yarışları kompleksi ilə çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksi arasında iki mərtəbəli funksional keçid inşa olunub.

Avropa Oyunları Parkının basketbol kompleksi də beynəlxalq standartlara uyğun qurulub. Burada basketbolun 3x3 növü ilə məşğul olmaq üçün əlverişli şərait var. Final yarışları üçün nəzərdə tutulan, eni 11, uzunluğu 15 metr olan meydançada 2008 nəfərlik tribuna quraşdırılıb. Bundan başqa, kompleksdəki üç meydança da idmançıların ixtiyarına verilib. Onların hər biri 376 tamaşaçı tutumuna malikdir. Parkın çimərlik voleybolu və çimərlik futbolu yarışları kompleksində idmanın bu növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə final yarışları üçün 2931 tamaşaçı tutumu olan meydança, hər biri 302 tamaşaçı yerinə malik üç adi və iki məşq meydançası var.

 

Velopark

Velopark 2015-ci il mayın 13-də istifadəyə verilib. 2014-2015-ci illərdə 40 hektarlıq ərazidə genişmiqyaslı abadlıq işləri aparılıb, minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşurutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb. Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində yerləşən BMX veloparkında Birinci Avropa Oyunlarının müvafiq yarışı keçirilib. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onunda sahəsi 6700 kvadratmetrdir. Həm yarış iştirakçıları həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı veloparkda 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar yaradılıb. Ofis binasinın damında xüsusi örtüklü start meydançası, idmançıların hazırlaşması üçün 20 çadır quraşdırılıb.

 

Naxçıvan Olimpiya İdman Kompleksi

2002-ci il iyunun 15-dən fəaliyyət göstərən Naxçıvan Olimpiya İdman Kompleksi ölkə paytaxtından kənarda istifadəyə verilmiş ilk böyük idman qurğusudur. Kompleksin açılış mərasimində, bu torpaqda göz açıb, dünyaca məşhur dövlət xadiminə qədər yol keçmiş, Azərbaycanın müstəqillyinin əbədi məşəl kimi milli qürurumuza çevrilməsinin təminatçısı olmuş Heydər Əliyev də iştirak edib.

Təkcə növlərin inkişaf etdirilməsi deyil, burada həm də böyük yarışların keçirilməsi üçün müvafiq şərait var. 4600 kv.m. sahədə inşa olunmuş kompleksdə 13 inzibati və yardımçı, həmçinin 4 soyunub geyinmə otağı, 4 duş kabinəsi və 1 kafe buna misaldır. Kompleks 2007-ci və 2010-cu illərdə əsaslı təmir olunmaqla bir qədər də modernləşərək yenidən idmançıların istifadəsinə verilib.

Kompleks hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalında komanda və təkmübarizlik idman növlərinin həm inkişaf etdirilməsi üçün uyğun bütün şərait var. Hazırda burada voleybol, basketbol və futzal kimi növlər populyarlaşıb. Digər zalda isə boks, karate-do, sərbəst güləş, kikboksinq və stolüstü tennis həvəskarlarının məşğələləri keçirilir.

 

Şəki Olimpiya İdman Kompleksi

Regionun ən böyük idman mərkəzlərindən biri olan Şəki Olimpiya İdman Kompleksi 2002-ci il noyabrın 9-da ulu öndər Heydər Əliyevin xeyir-duası ilə istifadəyə verilib.

O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilib. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılıb.

Yenidənqurma işlərinə 2008-ci ildən başlanılıb. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılıb. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılıb və zəruri idman avadanlığı quraşdırılıb.

Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılıb. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da vardır.

Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılıb. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahətini təmin edə bilər. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait var. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilib.

 

Bərdə Olimpiya İdman Kompleksi

Bərdə Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 7-də istifadəyə verilib. Ümumi sahəsi 3,8 hektar olan Kompleksin əsas binasında idman sarayı (ölçüləri 50x30m, tamaşa tutumu 548 nəfər), acıq tipli mini futbol (ölçüləri 40x22m) və voleybol meydançaları (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər), tennis kortu (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər) və qaçış zolağı yerləşir.

Kompleksin əsas binasının 1-ci mərtəbəsində 4 məşqçı, 2 qeyinib-soyunma, 1 gözətçi, 1 qarderob otağı, 4 sanitariya qovşağı və 10 duş kabinələri yerləşir; 2-ci mərtəbəsində 2 inzibati otaq, bufet və sanitariya qovşağı yerləşir; 3-cü mərtəbəsində 2 inzibati otaq yerləşir.

Bundan əlavə Kompleksin ərazisində 2004-cü ildə üzgüçülük hovuzu (ölçüləri 25x12m, tamaşaçı tutumu 144 nəfər) tikilib istifadəyə verilib. Binanın 1-ci mərtəbəsində 3 qeynmə-soyunma otağı, 10 duş kabinəsi və 3 sanitariya qovşağı yerləşir; 2-ci mərtəbəsində 3 inzibati, 1 məşqçi, 1 tibb, 1 massaj otaqları, bufet və sanitariya qovşağı yerləşir.

 

Lənkəran Olimpiya İdman Kompleksi

Lənkəran Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 9-da istifadəyə verilib. Ümumi sahəsi 9,2 hektar olan Kompleksin ərazisində tribunaya malik böyük futbol meydançası (ölçüsü 100x68m, tamaşaçı tutumu 2240 nəfər), təbii örtüklü kiçik futbol meydançası (ölçüsü 20x40m), futbol meydançası (ölçüsü 20x40m, geyinib-soyunma otağı var), süni örtüklü kort (ölçüsü 20x40m), tennis kortu (tamaşaçı tutumu 180 nəfər, geyinib-soyunma və duş otaqları vardır), voleybol meydançası (geyinib-soyunma və duş otaqları, tamaşaçı tutumu 180 nəfər) yerləşir.

Kompleksin əsas binasının 1-ci mərtəbəsində idman oyunları üçün nəzərdə tutulan zal ( ölçüsü 20x40m, tamaşaçı tutumu 783 nəfər, geyinib-soyunma və duş otaqları vardır), inzibatçı, növbətçi, təsərrüfat və xadimə otaqları, sanitar qovşağı yerləşir; 2-ci mərtəbəsində trenajor zalı (geyinib-soyunma otağı var), sanitariya qovşağı yerləşir; 3-cü mərtəbəsində rəhbər işçilərin otaqları, taekvondo zalı və sanitariya qovşağı yerləşir.

 

Quba Olimpiya İdman Kompleksi

Quba Olimpiya İdman Kompleksi 2003-cü il oktyabrın 11-də istifadəyə verilib. 16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var.

Kompleksdə otel otaqları ilə yanaşı, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var. Ərazidəki 5 zaldan böyüyü 2000 tamaşaçı tutur. 2 kiçik zaldan biri trenajorlar, digəri isə boks meydançası ilə təchiz olunub. Köməkçi zaldan isə güləşçilər faydalana bilirlər. Kompleksdə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.

5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü tələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var. Burada 3-mərtəbəli 24 otaqlı (11 otaq 2-nəfərlik, 9-u 3-nəfərlik, 4-ü 4-nəfərlik olmaqla) mehmanxana, habelə 24 birmərtəbəli, 6 ikimərtəbəli kottec, 2 apartament yüksək səviyyəli xidməti ilə seçilir.

 

Şamaxı Olimpiya İdman Kompleksi

Şamaxı Olimpiya İdman Kompleksi 2005-ci il aprelin 26-da tikilib istifadəyə verilib. Ümumi sahəsi 3,5 ha olan Kompleksin əsas binasında 1 idman (ölçüləri 50x30x9m, tamaşaçı tutumu 725 nəfər) və 2 trenajor zalları fəaliyyət göstərir. Bunlardan əlavə Kompleksin əsas binasında 2 qarderob, 2 soyunub-geyinmə (duş kabinələri), 2 ehtiyat komanda, 2 məşqçi-müəllim, 1 həkim, 1 hakim, direkor, inzibati işçilər üçün nəzərdə tutulan və 2 köməkçi otaqlar, 3 anbar yerləşir.

Kompleksdə açıq tipli futbol, basketbol (28x18m, tamaşaçı tutumu 180 nəfər), voleybol (24x11m, tamaşaçı tutumu 192 nəfər) meydançaları, tennis kortu, qaçış zolağı, qum meydançası (6x4), üzgüçülük hovuzu (25x12,5m, tamaşaçı tutumu 144 nəfər) fəaliyyət göstərir. Kompleksin ərazisində 15 birmərtəbəli kottec (12 birotaqlı, 3 ikiotaqlı) və yeməkxana yerləşir. Kompleksin 2 duşxanası, su və yanacaq anbarları, qazanxana və camaşırxana mövcuddur.

Kompleksdə 5 idman növü üzrə qruplar fəaliyyət göstərir: üzgüçülük, ağır atletika, sərbəst güləş, futbol, taekvondo. Bu bölmələrdə 5 məşqçi-müəllim müqavilə əsasında çalışır. Kompleksin 11 ştat vahidi var.

 

Zaqatala Olimpiya İdman Kompleksi

Zaqatala şəhərində Olimpiya İdman Kompleksi 2006-cı il aprelin 12-də istifadəyə verilib. Kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusunda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da var. Kompleksin qarşısında 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintilib istifadəyə verilib.

Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur.

 

Masallı Olimpiya İdman Kompleksi

Masallı Olimpiya İdman Kompleksi 2007-ci il aprelin 9-da istifadəyə verilib. Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, örtülü üzgüçülük hovuzu, süni örtüklü voleybol və basketbol meydançaları, iki tennis kortu, mini-futbol meydançası daxildir. Olimpiya 

kompleksində avtomobil dayanacaqları və digər xidmət obyektləri də tikilmiş, idmançılar üçün hər cür şərait yaradılmışdır. Dördulduzlu mehmanxana səviyyəsində ondan kottecləri və 60 nəfərlik yeməkxanası var.

Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salonda bütün əl oyunları, mini-futbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Uzunluğu 25 metr olan üzgüçülük hovuzu Avropa ölkələri layihəsi əsasında inşa olunmuşdur və beynəlxalq standartlara uyğundur. Kompleksin ərazisinin ümumi sahəsi 3,5 hektardır. Kompleksin 3 mərtəbəli binasının ümumi sahəsi 6 min 230 kvadratmetrdir.

Kompleksin ikinci mərtəbəsində gimnastika və boks, üçüncü mərtəbəsində isə güləş, trenajor salonları yerləşir. Kompleksə açıq səma altında müasir standartlara cavab verən otüstü hokkey stadionu daxildir. Sahəsi 6,3 min kvadratmetr olan stadionun 210 nəfər tamaşaçı tutan tribunası var.

 

Qazax Olimpiya İdman Kompleksi

Qazax Olimpiya İdman Kompleksi 2007-ci il mayın 30-da istifadəyə verilib. Ümumi sahəsi 15,5 ha olan Kompleksin əsas binasında əl oyunları zalı (ölçüləri 61,5x46,5m, tamaşaçı tutumu 1010 nəfər, 2 qeyinib-soyunma, 2 həkim, 2 hakim otaqları, 2 duşxana, 2 sanitar qovşağı), gimnastika (ölçüləri 17,6x13,1x3,5m, tatami, gimnastika top və alətlər, 2 trenajor, 2 qeyinib-soyunma otağı, 2 duşxana, 2 sanitar qovşağı vardır), güləş (ölçüləri 17,6x13,1x3,5m, trenajor, ştanqa, qantel, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, 1 duşxana və 1 sanitariya qovçağı vardır), trenajor (ölçüləri 17,8x13,1x3,5m, 22 ədəd trenajor, 1 resepşin, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, duşxana və 1 sanitar qovşağı vardır) və boks zalları (ölçüləri 17,2x15,4x3,5m, 1 boks rinqi, 6 qruşa, trenajot alətlər, 1 məşqçi, 1 qeyinib-soyunma otaqları, duşxana və sanitariya qovşağı vardır) yerləşir.

Bunlardan əlavə ərazidə üzgüçülük kompleksi (hovuzun ölçüləri 25x15x2,2m, tamaşaçı tutumu 160 nəfər, 1 resepşin, 3 məşqçi, 2 qeyinib-soyunma, 1 həkim otaqları, 2 duşxana, 2 xlor vannası, 2 sanitar qovşağı vardır), açıq tipli futbol (ölçüləri 50x25m, tamaşaçı tutumu 252 nəfər) və tennis kortu (ölçüləri 36x36m, tamaşaçı tutumu 96 nəfər) yerləşir.

 

Ağdam Olimpiya İdman Kompleksi

Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksi 2008-ci il yanvarın 17-də istifadəyə verilib. Üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman zalı (20x40 m), habelə kiçik idman salonu, trenajor zalı, məşq salonları inşa edilmişdir. Kompleksin ərazisində beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan təbii ot örtüklü futbol stadionu (75x115 m), voleybol və basketbol meydançaları mövcuddur. Ağdam Olimpiya İdman Kompleksinin ərazisində 10 otaqlı, 30 yataq yeri olan mehmanxana da vardır.

 

Salyan Olimpiya İdman Kompleksi

Salyan Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 7-də istifadəyə verilib. 10 hektar ərazidə yerləşən və müasir tələblərə cavab verən idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 yerlik mini futbol meydançası, tennis kortu, basketbol, voleybol meydançaları, üzgüçülük hovuzu, boks, güləş və əl oyunları salonları da vardır. Kompleksdə yüngül atletika, akrobatika və bədii gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.

Ərazidəki üçmərtəbəli beşulduzlu mehmanxanada bar, restoran, inzibati mərkəz və böyük konfrans salonu yerləşir. Kompleksin ətrafında kotteclər də tikilmişdir.

 

Qusar Olimpiya İdman Kompleksi

Qusar şəhərində Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 27-də istifadəyə verilib.

Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilər.

Üçmərtəbəli üç idman korpusu, daxili istirahət parkı və istirahət məkanı yerləşir:
1-ci korpusda boks (rinq və hər cür şəraiti ilə), güləş, trenajor, aerobika və bilyard zalları fəaliyyət göstərir.
2-ci korpusda əl oyunları zalı (voleybol, həndbol, futzal, basketbol, doyuş və s. idman növlərinin yarış və məşqlərin keçirilməsi üçün hər cür şəraiti var, tamaşaçı tutumu 1531 nəfər) yerləşir.
3-cü korpusda üzgüçülük hovuzu (ölçüləri 25x15m, tamaşaçı tutumu 316 nəfər) fəaliyyət göstərir.

Kompleksin istirahət məkanında açıq tipli hovuz, 7 bağ çardağı, 40 ədəd 1 və 2 ailəli hər cür şəraiti olan kotteclər yerləşir.

 

Oğuz Olimpiya İdman Kompleksi

Oğuz Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 20-də istifadəyə verilib. 4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 408 tamaşaçı yerlik tribunaları olan universal idman zalı (60x40 m), trenajor zalı, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25x12 m ölçülü üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1728 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu (60x110 m), voleybol, basketbol meydançaları, tennis kortu tikilmişdir. İdmançıların qalması və istirahəti üçün hər birində 6 yataq yeri olan 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.

İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır.

 

Sabirabad Olimpiya İdman Kompleksi

Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 26-da istifadəyə verilib.

Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda tamaşaçı tutumu 600 nəfər olan idman zalı, 2 trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Bundan əlavə 150 tamaşaçı yerlik 

üzgüçülük zalı (25x11.5 m) mövcuddur.

Kompleksin ərazisində 28 yerli, 14 otaqlı mehmanxana və hər biri 4 nəfərlik 3 kottec inşa edilib. Üzgüçülük kompleksində hovuz (tamaşaçı tutumu 196 nəfər), trenajor zalı, 4 inzibati, 2 texniki, 1 həkim otaqları və kafe fəaliyyət göstərir. Əsas idman zalının ölçüsü 40m x60 m, tamaşaçı tutumu 432 nəfər üçün nəzərdə tutulub. Trenajor zalının ölçüsü isə 13m x 9m-dir.  Sabirabad Olimpiya İdman Kompleksinin ərazisində açıq tipli afalt örtüklü voleybol (21x12 m) və mini futbol meydançası (28x16 m), həmçinin qaçış zolağı mövcuddur.

Kompleksdə mini-futbol, voleybol, basketbol, üzgüçülük, stolüstü tennis, güləş və atletika idman növlərinin inkişafı üçün hər bir şərait yaradılıb. Sərbəst güləş, boks, mini-futbol, sambo, karate, trenajor, üzgüçülük, stolüstü tennis bölmələri fəaliyyət göstərir.

 

Biləsuvar Olimpiya İdman Kompleksi

Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci il oktyabrın 7-də istifadəyə verilib.

6,5 hektar ərazidə yerləşən Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman zalı (50x20 m), 25x12.5m ölçülü metrlik üzgüçülük hovuzu mövcuddur. Kompleksə müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. Kompleksin yüz nəfərlik yeməkxanası var. Biləsuvar Olimpiya İdman Kompleksinin ərazisində 46 yataq yerlik, 23 otaqlı mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilib. Hər kottecdə 3 yataq yeri var.

Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var.

 

Şəmkir Olimpiya İdman Kompleksi

Şəmkir Olimpiya İdman Kompleksi 2009-cu il mayın 25-də istifadəyə verilib. Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 700 tamaşaçı tutan zalda (45x22 m) elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar var. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilib. Əsas binada idman zallarından başqa, trenajor zalı (12x6 m), stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır.

Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana mövcuddur. Kompleksin ərazisində 2 min tamaşaçı yeri olan futbol stadionu (110x70 m), avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.

 

Şərur Olimpiya İdman Kompleksi

Şərur şəhərində Olimpiya İdman Kompleksi 2009-cu il avqustun 3-də istifadəyə verilib.

Kompleksin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var.

Kompleksin ərazisində 2400 tamaşaçı yeri olan süni örtüklü stadion da inşa olunub.

 

İsmayıllı Olimpiya İdman Kompleksi

İsmayıllı Olimpiya İdman Kompleksi 2009-cu il oktyabrın 29-da istifadəyə verilib. Ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 500 tamaşaçı yeri olan idman zalı(50x30 m), məşqçi, həkim otaqları və digər otaqlar var.

İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir.

Kompleksin həyətində 940 yerlik süni örtüklü futbol meydançası, 184 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol (31x17 m) və voleybol (25x13 m) meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunub.

FİFA standartlarına cavab verən stadionun süni örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür.

 

Şağan Olimpiya İdman Kompleksi

Şağan Olimpiya İdman Kompleksi 2009-cu il dekabrın 25-də istifadəyə verilib. Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən kompleks 3,25 hektar ərazidə inşa edilib. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.

Kompleksin universal idman zalında (36.9x54.2 m) idmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək şərait var və bu zaldakı tribunada 630 oturacaq quraşdırılıb.

İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda(36x36 m) isə 615 tamaşaçı yeri quraşdırılıb. Kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək də mümkündür.

Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir.

Qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusda uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 132 oturacaq quraşdırılıb. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar vardır.

Kompleksin ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standart və bir lüks otaq vardır.

Açıq havada tennis kortları, mini futbol və voleybol meydançaları yaradılıb.

Kompleksin ərazisində 1132 tamaşaçı yeri olan süni örtüklü stadionda (105x68 m) idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon vardır.

 

Ağdaş Olimpiya İdman Kompleksi

Ağdaş Olimpiya İdman Kompleksi 12 fevral 2010-cu il tarixində fəaliyyətə başlamışdır.

Kompleks 1 universal idman zalı və 4 artırma-köməkçi hissədən ibarətdir. İdman zalı 1020 tamaşaçı yerlikdir (zalın ölçüsü 55 x 40 m). 1 N-li artırma hissədə bufet, qonaq otağı, lociya VİP, 2 əd. kiçik lociya və s. mövcuddur. 2 və 3 N-li artırma hissədə bilyard, güləş və stolüstü tennis zalları, ağır atletika trenajor zalı, həmçinin taekvando idman zalı mövcuddur.

Üzgüçülük hovuzunun ölçüsü 25 x 12.5 m olub, 96 nəfərlik tamaşaçılar üçün nəzərdə tutulmuş oturma yerləri vardır. Həmçinin 2 ədəd trenajor zalı, yeməkxana, həkim otağı və s. mövcuddur.

Ağdaş Olimpiya İdman Kompleksinin ərazisində 2 mərtəbəli 3 ədəd  4 yerlik Kottec istifadəyə verilmişdir. Kotteclərə və yaşıllıq sahəsinə keçid üçün körpü də vardır.

Ağdaş Olimpiya İdman Kompleksinin tərkibində 260 tamaşaçı yerlik süni örtüklü futbol meydançası (60x40 m) da mövcuddur. Stadionda həmçinin uzununa tullanma yeri (çuxuru) da vardır. Süni örtüklü tennis kortu (36x17 m), voleybol (24x15 m) və basketbol (33x20 m) meydançaları da istifadəyə verilmişdir.

 

Göyçay Olimpiya İdman Kompleksi

Göyçay Olimpiya İdman Kompleksi 2010-cu il fevralın 12-də istifadəyə verilib. İdman zalının ölçüsü 51x36m olub, 608 nəfərlik tamaşaçı tutumu var. Müasir avadanlıqla təchiz edilmiş trenajor zalı va mövcuddur.

Kompleksdə stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun ölçüsü 25x12.5 m. Üzgüçülük hovuzunda yarışların gedişini 252 tamaşaçı izləyə bilər.  Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis (18x36 m) kortu, mini-futbol, basketbol (18x36 m), voleybol (18x28 m) və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. Stadion (100x50 m) 270 nəfər tamaşaçı üçün nəzərdə tutulub. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 56 yerlik, 23 otaqlı mehmanxana və iki ikimərtəbəli kottec tikilib. Hər kottecdə 5 yataq yeri var.

 

Balakən Olimpiya İdman Kompleksi

Balakən Olimpiya İdman Kompleksi 2010-cu il iyulun 8-də istifadəyə verilib. Ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir.

Kompleksin ikimərtəbəli əsas binasında 680 nəfər tamaşaçı yeri olan idman zalı (46x32 m) yerləşir. Komplekdə həmçinin,  əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir. Elektron lövhə ilə təmin olunmuş üzgüçülük hovuzu (25x12,5 m)  “Ekostar” sistemli su qızdırıcıları ilə təchiz olunub. Burada, həmçinin həkim və məşqçi, yuyunma və soyunub-geyinmə otaqları, sauna da vardır. Bina mərkəzi havalandırma sistemi ilə təchiz edilib.

Kompleksin ərazisində 930 tamaşaçı yeri olan süni örtüklü stadion (105x68 m), mini-futbol, voleybol (20x24 m) və basketbol meydançaları (20x24 m), böyük tennis kortu var. Elektron lövhə quraşdırılmış stadionun uzunluğu 400 metr olan qaçış zolağı da vardır.

Ərazinin işıqlandırma sistemi sayəsində burada gecə saatlarında da idmanla məşğul olmaq üçün geniş imkanlar vardır.

Kompleksə gələn idmançıların, qonaqların qalması və istirahəti üçün burada hər cür şəraiti olan 34 yataq yerli 6 kottec tikilib.

Balakən Olimpiya-İdman Kompleksinin qazanxanası, 500 tonluq su hovuzu vardır.

 

“Kür” Olimpiya Tədris-İdman Mərkəzi

“Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu il oktyabrın 14-də istifadəyə verilib.

Ümumi sahəsi 7,2 hektar olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır.

Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxanası var.Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Bundan başqa Mərkazdə bir ədəd 2 mərtəbəli kottec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var.

İnzibati bina 2 mərtəbəlidir.

İdman zalının (ölçüsü 57.6 x 45.6 metr) tamaşaçı tutumu 500 nəfər, üzgüçülük kompleksinin (ölçüsü 50 x 21.06 metr) tamaşaçı tutumu isə 280 nəfərdir.

Bundan başqa Mərkəzdə avarçəkmə klubu, kotteclər, 2 ədəd tennis kortu (36x18 metr), trenajor zalı var.qayıqların saxlanması üçün anqar (ölçüsü 51.5 x 32 metr) var. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar mövcuddur.

 

Füzuli Olimpiya İdman Kompleksi

Füzuli Olimpiya İdman Kompleksi 2010-cu il noyabrın 12-də istifadəyə verilib. Tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir.

Tamaşaçılar üçün nəzərdə tutulmuş 494 oturma yerlik zalın ölçüsü 52x24 m. Komlpeksdə 6x13 m ölçüdə trenajor zalı da mövcuddur. Olimpiya İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir.

Kompleksdə 10 otaqlı və 30 yataq yerli mehmanxana da mövcuddur. Mehmanxanada şərait və xidmətlər yüksək standartlara cavab verir.

Füzuli Olimpiya İdman Kompleksində 1860 tamaşaçı yerilik 78x110m ölçülü stadion istifadəyə verilmişdir. Stadion təbii ot örtüyü ilə təmin edilmişdir.

Füzuli Olimpiya İdman Kompleksinin ərazisində 18x29 m ölçülü açıq voleybol və 18x9 m ölçülü açıq basketbol meydançaları istifadəyə verilmişdir.

 

Tovuz Olimpiya İdman Kompleksi

Tovuzda Olimpiya İdman Kompleksi 2011-ci il fevralın 9-da istifadəyə verilib.

Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdu.

Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində — Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu (25x12.5 m) və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı (24.4x42.5 m) yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol (21.4x34.9 m), voleybol (8.9x18 m), basketbol (16.4x22.96 m), həndbol (21.4x34.9 m) meydançaları, kiçik idman zalı (17.6x23.5 m), trenajor zalı və  köməkçi otaqlar da vardır. Kompleksin ərazisində  açıq futbol stadionu (104x68 m), açıq voleybol (24x15 m) və basketbol (28x16 m)meydançaları, həmçinin açıq tennis kortu (40x20 m) da mövcuddur.

 

İmişli Olimpiya İdman Kompleksi

İmişli şəhərinin mərkəzində yerləşən olimpiya idman kompleksi 2011-ci il mayın 5-də istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina iki mərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks (17x25 m) və güləş (17x25 m) növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunub.

Üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 160 oturacaq quraşdırılıb.

Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar var.

Universal idman zalının uzunluğu 47.4 m, eni 24.3 metrdir. Burada yarışları izləyən tamaşaçılar üçün 822 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.

60 nəfərlik konfrans zalı ikinci mərtəbədə yerləşir.

Kompleksin həyətində futbol (68x46 m), basketbol (36x18 m) və voleybol (36x18 m) meydançaları da inşa edilib.

Kompleksin 14 otaqdan ibarət mehmanxanası 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə bilər.

Ümumi ərazisi 5 hektar olan kompleksin həyətində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilib.

 

Qəbələ Olimpiya İdman Kompleksi

Qəbələ Olimpiya İdman Kompleksi 2011-ci il noyabrın 17-də istifadəyə verilib.

Şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdı. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir.

İkimərtəbəli kompleksdə 744 nəfərlik idman zalı (48x24 m), 79 nəfər tamaşaçı tutumu olan üzgüçülük hovuzu (25x12.5 m), trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.

Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.

İdman zalında mini-futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 744 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub.

Süni örtüklü açıq stadion (104x68 m) 1409 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol (40x20 m), tennis kortu (40x20 m), basketbol (36x19 m) və voleybol (36x19 m) meydançaları vardır.

Kompleksin ərazisində hər cür şəraiti olan ikimərtəbəli üç kottec də inşa olunub. Hər kottecdə 8 yataq yeri var. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.

 

Sumqayıt Olimpiya İdman Kompleksi

Sumqayıt Olimpiya İdman Kompleksi 2011-ci il dekabrın 19-da istifadəyə verilib.

Bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.

Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkündür. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı (25x12.5 m) da inşa olunub.

Kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 70.2m, eni 51 metr olan süni örtüklü futbol stadionu yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol (40x17.5 m), voleybol (15.2x35.2 m), tennis (40x17.5 m) meydançaları inşa edilib.

Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.

Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana 42 nəfərlikdir. Buradakı 17 iki nəfərlik, 7 bir nəfərlik və bir lyuks otaq müasir tələblərə tam cavab verir.

Ümumi ölçüsü 51x21 m olan 804 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir.

Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da mövcuddur.

 

Astara Olimpiya İdman Kompleksi

Astara Olimpiya İdman Kompleksi 2012-ci il martın 13-də istifadəyə verilib.

Ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb.

Kompleksin 936 nəfərlik böyük idman zalında (50x30 m) mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu (25x12.5 m) da beynəlxalq standartlara cavab verir.

Kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

Kompleksin ərazisində inşa olunan ikimərtəbəli 4 kottecdə eyni vaxtda 40 nəfər qala bilər. Hər kottecdə 10 yataq yeri var.

Kompleksin ərazisində 65x46 m ölçüdə açıq futbol meydançası var. Meydança ətrafı qaçış zolağı da var. Ərazidə həmçinin, açıq voleybol (16x35.2 m) və basketbol (40x17.5 m) meydançaları mövcuddur.

 

Cəlilabad Olimpiya İdman Kompleksi

Cəlilabad Olimpiya İdman Kompleksi 2012-ci il iyulun 31-də istifadəyə verilib.

Ən müasir standartlara cavab verən bu idman qurğusunun ərazisi 5.36 hektardır. 724 nəfər tamaşaçı tutumu olan universal idman zalında (45x48 m) mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir. Burada quraşdırılmış pnevmatik tirdə atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İkinci mərtəbədə geniş trenajor salonu da fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədilir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunur.

Cüdo zalı və eləcə də, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılıb.

Kompleksin nəzdində süni örtüklü futbol meydançası (104x68 m) yaradılıb. Futbol meydançasının tribunalarında 900 tamaşaçı yeri vardır. Meydançanın kənarında 5x110 metr ölçüdə iki qaçış zolağı yaradılıb. Futbol meydançasından başqa, ərazidə tennis kortu (36x18 m), basketbol (36x18 m) və voleybol (27x18 m) meydançaları da vardır.

Kompleksin ərazisində 48 nəfərlik, 24 otaqlı  üçmərtəbəli mehmanxana inşa edilib. Birinci mərtəbədə 42 nəfərlik konfrans zalı, 65 nəfərlik yeməkxana, ikinci və üçüncü mərtəbələrin hər birində bir lüks və 11 standart otaq var.

 

Qobustan Olimpiya İdman Kompleksi

Qobustan İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 1 may 2013-cü il tarixindən fəaliyyətə başlamışdır.

İdman Kompleksinin binası — tamaşaçı oturacağı yerlərinin sayı 900 nəfər  olçüsü 50x24 metr olan Universal idman zalı, Trenajor zalı, 2 ədəd idmançılar üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları, məşqçilər otağı, tibb məntəqəsi, tamaşaçılar üçün qarderob, tamaşaçılar üçün 2 ədəd sanitar qovşaq, və s. otaqlardan ibarətdir. 

Kompleksin ərazisində 66x34 metr ölçüdə süni örtüklü futbol meydançası, 26x18 metr ölçüdə basketbol meydançası, 26x18 metr ölçüdə voleybol meydançası inşa edilmişdir. Kompleksin ərazisində istirahət meydançası da yaradılmışdır.

 

Şirvan Olimpiya İdman Kompleksi

Şirvan Olimpiya İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında başlanılmış, 1 iyul 2013-cü ildə fəaliyyətə verilmişdir.

Əsas bina 5 Blokdan ibarətdir:

A Bloku Üzgüçülük zalı hissəsi — hovuzun ölçüsü 50x24m, tamaşaçı oturacaq yerlərinin sayı 372 nəfərlik. I mərtəbədə həkim otağı, məşqçi otağı, 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. II mərtəbədə Trenajor zalı, məşqçi otağı,direktor otağı, qəbul otağı, administrativ otaqlar və digər köməkçi otaqlar vardır.
B Bloku Güləş, Cüdo və Boks zalı hissəsi (48x36m) Güləş zalının ölçüsü 30x20m ( 2 tatami döşəkli), tamaşaçı oturacaq yerlərinin sayı 222 nəfərlik. I mərtəbədə foye, qeydiyyat otağı, təlimatçı otağı, pressa otağı, 3 ədəd həkim otağı, sauna, masaj otağı vardır. II mərtəbədə Cüdö zalı (12x24) və Boks zalı (19x20), məşqçi otağı, tədris otağı və bu zallar üçün soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. 
C Bloku. Universal idman zalın ölçüsü 48x40 metr, tamaşaçı oturacaq yerlərinin sayı 780 nəfərlik. Burada foye, tamaşaçılar üçün sanitar qovşaq, texniki otaqlar yerləşir.
D Bloku 3 mərtəbəli Mehmanxana hissəsi — burada 14 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik, 4 ədəd lüks yaşayış otaqları, 64 yerlik restoran, mətbəx, camaşırxana, qeydiyyat (reception), administrator otağı vardır.
E bloku. Burada 50 nəfərlik Konfrans zalı, bilyard zalı, kafe-bar, yemək paylama otağı və s. köməkçi sahələr yerləşir.

Futbol stadionu 105x65 metr ölçülüdür. Eyni zamanda stadionda 1260 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş və tribunaaltı soyunub-geyinmə, duş, sanitar qovşaqlar yaradılmış, müasir işıqlandırma sistemi və elktron tablo quraşdırılmışdır. Stadionda ölçüsü 120x7,6 metr olan süni örtüklü uzunluğa qaçma zolağı yaradılmışdır. Bundan əlavə 40x20 metr ölçüdə, süni örtüklü böyük tennis idmanı və mini futbol meydançası üçün nəzərdə tutulmuş idman meydançası inşa edilmişdir.

 

Xaçmaz Olimpiya İdman Kompleksi

Xaçmaz Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 19 iyul 2013-cü ildə istifadəyə verilmişdir.

İdman Kompleksinin binası 3 Blokdan ibarətdir.

A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 48x22 metr, tamaşaçı tutumu 749 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı yerləşir.

B blokunda xidməti otaqlarla yanaşı, birinci mərtəbədə 50 nəfərlik yeməkxana, II mərtəbədə 50 nəfərlik konfrans zalı və bilyard sahəsi yerləşir.

C blokunda üzgüçülük zalı iki hissədən ibarətdir. Böyüklər üçün üzgüçülük hovuzunun ölçüsü (25x12.5 m), xüsusi olaraq uşaqlar üçün inşa edilmiş hovuzun ölşüsü isə 8.75x6 metrdir. İkinci mərtəbədə trenajor zalı və köməkçi otaqlar yerləşir.

6 hektar ərazisi olan kompleksin həyətində stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Stadionda (90x66 metr ölçülü) təbii ot örtüklü meydançanın ətrafında atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı qaçış yolu, 3 ədəd uzunluğa tullanma cığırı mövcuddur. Stadionda üstüörtülü 1300 tamaşaçı tutumu olan tribuna, müasir işıqlandırma sistemi və elektron tablo quraşdırılıb. Bundan əlavə, stadionun yanında 44x22 metr ölçüdə, 8 mm-lik süni örtüklü mini futbol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.

Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir. Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı 3 lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin ərazisində 4 ədəd 2 mərtəbəli standart və 1 ədəd 2 mərtəbəli lüks kottec inşa edilib. Standart kotteclərdə 1 qonaq otağı və 3 ədəd 2 nəfərlik yataq otağı, lüks kottecdə 1 qonaq otağı, 2 ədəd yataq otağı, mətbəx, qarderob otağı, 2 ədəd sanitar qovşaq və duş otaqları vardır. Kotteclərin ümumi tutumu 28 nəfərdir.

 

Qax Olimpiya İdman Kompleksi

Qax Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 16 avqust 2013-cü ildə istifadəyə verilmişdir.

Universal idman zalı (zalın ölçüsü 53x30 metr) 496 nəfərlik tamaşaçı üçün nəzərdə tutulub. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları, məşqçi otaqları var. Kompleksdə üzgüçülük zalı mövcuddur. Üzgüçülük hovuzunun ölçüsü 25x12,5 metr, tamaşaçılar üçün oturacaq yerlərinin sayı 288-dir. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları və məşqçi otağı var.

Qax Olimpiya İdman Kompleksinin 18 yataq yerli 9 otaqlı mehmanxanası vardır. Həmçinin, Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli kotteclər inşa edilmişdir. Hər bir kottec binası 4 nömrədən ibarətdir.Hər bir nömrədə 2 çarpayılı 1 yataq otağı, 1 qonaq otağı və sanitar qovşaq (duş ilə birgə) vardır. Ümumilikdə 5 kottec 40 nəfərə üçün nəzərdə tutulmuşdur.

Kompleksin ərazisində süni ot örtüklü 938 nəfərlik stadion (105x70 metr ölçülü) inşa edilmişdir.

Bundan əlavə ərazidə süni örtüklü Basketbol meydançası (18x36 m), Voleybol meydançası (15x24 m), Tennis meydançası (18x30 m) inşa edilmiş işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

 

Saatlı Olimpiya İdman Kompleksi

Saatlı Olimpiya İdman Kompleksi 2013-cü il avqustun 29-da istifadəyə verilib.

Kompleksin ümumi ərazisi 6 hektardır. Ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq var. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə bilər. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar var. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı var. Kompleksə 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançası da daxildir.

Müasir standartlara uyğun inşa edilmiş üzgüçülük zalının tamaşaçı tutumu 200 nəfərdir. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Hər kottec dörd nömrədən ibarətdir.

 

Göygöl Olimpiya İdman Kompleksi

Göygöl İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 21 yanvar 2014-cü ildə fəaliyyətə başlamışdır.

İdman Kompleksinin  binası 3 Blokdan ibarətdir. Binanın giriş hissəsində  sahəsi 450 m2 olan foye, 50 nəfərlik kafe yerləşir.

A Bloku – I mərtəbə:  2 döşəkli Güləş zalı (27x21 m), Trenajor zalı (19.8x6 m) və sahəsi 164 m2 olan terrassa yerləşir. II mərtəbə: Boks zalı (19.8x10.5 m),Konfrans zalı var.    

B Bloku – Üzgüçülük  zalında hovuzun ölçüsü 25x12.5 metr,  tamaşaçı oturacağı yerlərinin sayı 102 nəfərlik, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd sauna və s.

C Bloku – Universal idman zalı (50x36 m), tamaşaçı oturacağı yerlərinin sayı 800 nəfərlik, VİP tribuna yerləşir. Bundan başqa, I və II mərtəbələrdə 17 ədəd 2 nəfərlik idmançılar üçün yataq otaqları (cəmi 34 nəfərlik)   və 2 ədəd  tamaşaçılar üçün sanitar qovşaqlar vardır.

Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli Kottec binaları  inşa edilmişdir. Kotteclərdə 1 qonaq otağı və 4 ədəd 2 nəfərlik yataq otaqları var. Hər bir kottecdə 8 nəfər yerləşməklə Kotteclər üzrə yerləşmə sayı 40 nəfərdir. Göygöl İdman Kompleksinin ərazisində 34 yataq yerli 17 otaqlı mehmanxana da inşa edilmişdir. Futbol stadionu  — 105x68 metr ölçülü, süni ot örtüklü meydança, stadionun ətrafında yüngül atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı100 metrlik qaçış zolağı, uzunluğa tullanma cığırı inşa edilmişdir. Eyni zamanda stadionda üstüörtülü 1300 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş, elektron tablo quraşdırılmışdır. Bundan əlavə, ərazidə 40x24 metr ölçüdə mini futbol meydançası və 18x9 metr ölçüdə süni örtüklü Voleybol meydançası inşa edilmiş, meydançaların ətrafı 6 metr hündürlükdə metal-məsaməli hasara alınmış  və işıqlandırma sistemi ilə təchiz olunmuşdur.