AZƏRBAYCAN DİASPORUNUN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
| Sıra | Adı və soyadı | Şəxsiyyətlər haqqında qısa məlumat | 
| 1. | Baba Kuhi Bakuvi | X-XI əsrin səyyahı, tədqiqatçı-alim, mühəndis | 
| 2. | İsmayıl ibn Yəsar | Ərəb Xilafətinin şairlərindən biri olmuş və Xilafətin elitasında böyük nüfuz sahibi kimi tanınmışdı | 
| 3. | Xətib Təbrizi | XI əsr Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikologiya elminin banilərindən biri | 
| 4. | Xacə Nəsrəddin Tusi | XIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib-dolaşmış və ümumşərq elm və mədəniyyətinə misilsiz incilər bəxş etmişdir | 
| 5. | Səfiəddin Urməvi | Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır | 
| 6. | Əbdürrəşid Bakuvi | XIV əsrin səyyahı, coğrafiyaşünası | 
| 7. | Oruc bəy Bayat | Azərbaycan tarixçisi, hərbi sərkərdə və siyasi xadim | 
| 8. | Hacı Zeynalabdin Şirvani | 37 illik səyahəti dövründə islamı, atəşpərəstliyi, yəhudiliyi, bütpərəstliyi, xristianlığı tədqiq etmiş, bir çox xalqların adət və ənənələrini öyrənmiş, bəşəriyyətə misilsiz dörd elmi əsər, divan, risalə bəxş etmişdir | 
| 9. | Mirzə Cəfər Topçubaşov | Görkəmli şərqşünas alim, tərcüməçi, poliqlot, diplomat, şair | 
| 10. | Mirzə Kazımbəy | Azərbaycan şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri | 
| 11. | Cəmaləddin Əfqani | XIX əsrdə Əfqanıstanın Baş naziri vəzifəsində işləmişdir, məşhur "Ərabi-paşa" üsyanlarının rəhbərlərindən biri, Misir Universitetinin professoru, Şərq və Qərb mədəniyyətlərinin fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli alim | 
| 12. | Mehralı Bəy (Məmmədəli oğlu) | Osmanlı ordusunun paşası, Qarapapaq Hamidiyyə alaylarının Baş komandanı təyin edilmişdir. Türkiyənin Milli Qəhrəmanı adına layiq görülmüşdür | 
| 13. | Əlimərdan bəy Topçubaşov | Görkəmli hüquqşünas, jurnalist, yüksək dərəcəli diplomat, siyasətçi, maarifçi və dövlət xadimi | 
| 14. | Əlibəy Hüseynzadə | Yazçı-jurnalist, tərcüməçi, ictimai xadim | 
| 15. | Əhməd bəy Ağayev (Ağaoğlu) | Görkəmli jurnalist, alim və ictimai xadim | 
| 16. | Məhəmməd Əmin Rəsulzadə | Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, ziyalı, ictimai və siyasi xadim | 
| 17. | Cahangir Kazımbəyli | Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir, polkovnik rütbəsinədək yüksəlmişdir | 
| 18. | Sadıqbəy Ağabəyzadə | Çar Rus ordusunun general-mayoru, şərqşünas alim, ADP-də daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır | 
| 19. | Səid Əlizadə | Özbək və tacik dillərində yazılmış ilk əlifbanın və bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifidir. Böyük maarifçi, pedaqoq, yazıçı və publisist | 
| 20. | Ceyhun Hacıbəyli | Ədəbiyyatçı, publisist, jurnalist və tərcüməçi | 
| 21. | Səməd bəy Rəfibəyli | Görkəmli sərkərdə, istedadlı və peşəkar hərbçi, 1948-ci ildə Türkiyə Ali Hərbi Şurası xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif edilmişdir | 
| 22. | Fərəcbəy Ağayev | Hərbçi, çar ordusunun general-leytenantı (1844-cü ildə imperator I Nikolay və onun xanımı Mariya Aleksandrova xaç suyuna çəkib oğulluğa götürmüşlər) | 
| 23. | Şəfi Bəy Rüstəmbəyli | Dövlət və ictimai xadim, tanınmış jurnalist və hüquqşünas, tərcüməçi | 
| 24. | Əziz Şərif | Azərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına böyük təkan verən görkəmli alim, tənqidçi, pedaqoq və tərcüməçi | 
| 25. | Mirzəbala Məmmədzadə | İctimai-siyasi xadim, jurnalist | 
| 26. | Əhməd Cəfəroğlu | Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, şərqşünas və dilçi professor, filologiya elmləri doktoru | 
| 27. | Ümmülbanu | Görkəmli yazıçı və tərcüməçi, Mizə Əsədullayevin qızı, 20-30-cu illərin Paris ədəbi mühitində özünəməxsus yeri olmuşdur | 
| 28. | Məmmədsəlim (Səlim Turan) | Rəssam, Parisdəki Qoete Akademik sənət məktəbində müəllim işləmişdir, Əlibəy Hüseynzadənin oğlu | 
| 29. | Hüseyn Kazımzadə | 120 cild kitabın müəllifi, böyük alim, ədib və pedaqoq | 
| 30. | Sabit Orucov | Görkəmli dövlət xadimi, neft və qaz sənayesi üzrə mahir mütəxəssis, SSRİ Qaz Sənayesi naziri olmuşdur | 
| 31. | Maqsud Şeyxzadə | Özbək yazıçısı, alim və pedaqoqu kimi şöhrət qazanmışdır, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi | 
| 32. | İren Məlikov | Azərbaycanşünas, türkoloq alim, professor | 
| 33. | Şirin Məlikov | Tədqiqatçı alim, Fransada "Azərbaycan mədəniyyətini araşdırma mərkəzi"nin baş katibi | 
| 34. | Züleyxa Əsədullayeva | İctimai xadim, türk, ingilis, fransız, alman, rus və portuqal dillərinin gözəl bilicisi, müəllimlik və tərcüməçiliklə yanaşı, ABŞ-ın müxtəlif neft şirkətlərində də çalışmışdır. | 
| 35. | Lütfi Ələsgərzadə (Lütfi Zadə) | İxtiraçı alim, fizik, Kaliforniya Berkli Universitetinin professoru, NASA və NATO-nun aparıcı mütəxəssisi | 
| 36. | Kərim Kərimov | Pilotlu və pilotsuz kosmik gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, mühəndis-konstruktor, general-leytenant | 
| 37. | Cahangir Kərimov | Hüquqşünas alim, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü | 
| 38. | Əhməd İsgəndərov | Tarixçi-şərqşünas, Rusiya Elmlər Akademiyasının müxbir üzvü. "Voprosı istorii" jurnalının baş redaktoru | 
| 39. | Fərman Salmanov | Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı | 
| 40. | Tahir Salahov | SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyası Boyakarlıq bölməsinin akademik katibi, YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Sosialist Əməyi Qəhrəmanı | 
| 41. | Toğrul Nərimanbəyov | Azərbaycanın xalq rəssamı | 
| 42. | Müslüm Maqomayev | Müğənni-bəstəkar | 
| 43. | Almas İldırım | Azərbaycanın mühacir şairi | 
| 44. | Hüseyn Baykara | Yazıçı, publisist | 
| 45. | Xəlilbəy Xasməmmədov | Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri | 
| 47. | Məmməd Əli Rəsulzadə | ictimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri | 
| 48. | Mstislav Leopoldoviç Rostropoviç | Dünya şöhrətli violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi | 
| 49. | Nağı Bəy Şeyxzamanlı | Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi | 
| 50. | Rüstəmxan Xoyski | Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri | 
| 51. | Teymur Mustafayev | Azərbaycanın ikinci təyyarəçisi | 
 
			
			

