AZƏRBAYCAN DİASPORUNUN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

 

Sıra

Adı və soyadı

Şəxsiyyətlər haqqında qısa məlumat

1.

Baba Kuhi Bakuvi

X-XI əsrin səyyahı, tədqiqatçı-alim, mühəndis

2.

İsmayıl ibn Yəsar

Ərəb Xilafətinin şairlərindən biri olmuş və Xilafətin elitasında böyük nüfuz sahibi kimi tanınmışdı

3.

Xətib Təbrizi

XI əsr Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikologiya elminin banilərindən biri

4.

Xacə Nəsrəddin Tusi

XIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib-dolaşmış və ümumşərq elm və mədəniyyətinə misilsiz incilər bəxş etmişdir

5.

Səfiəddin Urməvi

Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır

6.

Əbdürrəşid Bakuvi

XIV əsrin səyyahı, coğrafiyaşünası

7.

Oruc bəy Bayat

Azərbaycan tarixçisi, hərbi sərkərdə və siyasi xadim

8.

Hacı Zeynalabdin Şirvani

37 illik səyahəti dövründə islamı, atəşpərəstliyi, yəhudiliyi, bütpərəstliyi, xristianlığı tədqiq etmiş, bir çox xalqların adət və ənənələrini öyrənmiş, bəşəriyyətə misilsiz dörd elmi əsər, divan, risalə bəxş etmişdir

9.

Mirzə Cəfər Topçubaşov

Görkəmli şərqşünas alim, tərcüməçi, poliqlot, diplomat, şair

10.

Mirzə Kazımbəy

Azərbaycan şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri

11.

Cəmaləddin Əfqani

XIX əsrdə Əfqanıstanın Baş naziri vəzifəsində işləmişdir, məşhur "Ərabi-paşa" üsyanlarının rəhbərlərindən biri, Misir Universitetinin professoru, Şərq və Qərb mədəniyyətlərinin fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli alim

12.

Mehralı Bəy (Məmmədəli oğlu)

Osmanlı ordusunun paşası, Qarapapaq Hamidiyyə alaylarının Baş komandanı təyin edilmişdir. Türkiyənin Milli Qəhrəmanı adına layiq görülmüşdür

13.

Əlimərdan bəy Topçubaşov

Görkəmli hüquqşünas, jurnalist, yüksək dərəcəli diplomat, siyasətçi, maarifçi və dövlət xadimi

14.

Əlibəy Hüseynzadə

Yazçı-jurnalist, tərcüməçi, ictimai xadim

15.

Əhməd bəy Ağayev (Ağaoğlu)

Görkəmli jurnalist, alim və ictimai xadim

16.

Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, ziyalı, ictimai və siyasi xadim

17.

Cahangir Kazımbəyli

Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir, polkovnik rütbəsinədək yüksəlmişdir

18.

Sadıqbəy Ağabəyzadə

Çar Rus ordusunun general-mayoru, şərqşünas alim, ADP-də daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır

19.

Səid Əlizadə

Özbək və tacik dillərində yazılmış ilk əlifbanın və bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifidir. Böyük maarifçi, pedaqoq, yazıçı və publisist

20.

Ceyhun Hacıbəyli

Ədəbiyyatçı, publisist, jurnalist və tərcüməçi

21.

Səməd bəy Rəfibəyli

Görkəmli sərkərdə, istedadlı və peşəkar hərbçi, 1948-ci ildə Türkiyə Ali Hərbi Şurası xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif edilmişdir

22.

Fərəcbəy Ağayev

Hərbçi, çar ordusunun general-leytenantı (1844-cü ildə imperator I Nikolay və onun xanımı Mariya Aleksandrova xaç suyuna çəkib oğulluğa götürmüşlər)

23.

Şəfi Bəy Rüstəmbəyli

Dövlət və ictimai xadim, tanınmış jurnalist və hüquqşünas, tərcüməçi

24.

Əziz Şərif

Azərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına böyük təkan verən görkəmli alim, tənqidçi, pedaqoq və tərcüməçi

25.

Mirzəbala Məmmədzadə

İctimai-siyasi xadim, jurnalist

26.

Əhməd Cəfəroğlu

Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, şərqşünas və dilçi professor, filologiya elmləri doktoru

27.

Ümmülbanu

Görkəmli yazıçı və tərcüməçi, Mizə Əsədullayevin qızı, 20-30-cu illərin Paris ədəbi mühitində özünəməxsus yeri olmuşdur

28.

Məmmədsəlim (Səlim Turan)

Rəssam, Parisdəki Qoete Akademik sənət məktəbində müəllim işləmişdir, Əlibəy Hüseynzadənin oğlu

29.

Hüseyn Kazımzadə

120 cild kitabın müəllifi, böyük alim, ədib və pedaqoq

30.

Sabit Orucov

Görkəmli dövlət xadimi, neft və qaz sənayesi üzrə mahir mütəxəssis, SSRİ Qaz Sənayesi naziri olmuşdur

31.

Maqsud Şeyxzadə

Özbək yazıçısı, alim və pedaqoqu kimi şöhrət qazanmışdır, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi

32.

İren Məlikov

Azərbaycanşünas, türkoloq alim, professor

33.

Şirin Məlikov

Tədqiqatçı alim, Fransada "Azərbaycan mədəniyyətini araşdırma mərkəzi"nin baş katibi

34.

Züleyxa Əsədullayeva

İctimai xadim, türk, ingilis, fransız, alman, rus və portuqal dillərinin gözəl bilicisi, müəllimlik və tərcüməçiliklə yanaşı, ABŞ-ın müxtəlif neft şirkətlərində də çalışmışdır.

35.

Lütfi Ələsgərzadə (Lütfi Zadə)

İxtiraçı alim, fizik, Kaliforniya Berkli Universitetinin professoru, NASA və NATO-nun aparıcı mütəxəssisi

36.

Kərim Kərimov

Pilotlu və pilotsuz kosmik gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, mühəndis-konstruktor, general-leytenant

37.

Cahangir Kərimov

Hüquqşünas alim, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü

38.

Əhməd İsgəndərov

Tarixçi-şərqşünas, Rusiya Elmlər Akademiyasının müxbir üzvü. "Voprosı istorii" jurnalının baş redaktoru

39.

Fərman Salmanov

Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı

40.

Tahir Salahov

SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyası Boyakarlıq bölməsinin akademik katibi, YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Sosialist Əməyi Qəhrəmanı

41.

Toğrul Nərimanbəyov

Azərbaycanın xalq rəssamı

42.

Müslüm Maqomayev

Müğənni-bəstəkar

43.

Almas İldırım

 Azərbaycanın mühacir şairi

44.

Hüseyn Baykara

Yazıçı, publisist

45.

Xəlilbəy Xasməmmədov

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri

47.

Məmməd Əli Rəsulzadə

 ictimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri

48.

Mstislav Leopoldoviç Rostropoviç

Dünya şöhrətli violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi

49.

Nağı Bəy Şeyxzamanlı

 Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi

50.

Rüstəmxan Xoyski

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri

51.

Teymur Mustafayev

Azərbaycanın ikinci təyyarəçisi