Baş nazir Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib
![Baş nazir Əli Əsədov qırğızıstanlı həmkarına başsağlığı verib](/uploads/news/6303807996e89.jpeg)
Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının həlak olmasına və yaralanmasına görə dərindən sarsıldığını bildirib.
Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
2022-08-22