Baş nazir Əli Əsədov Qırğızıstanın Baş nazirinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib

Baş nazir Əli Əsədov Qırğızıstanın Baş nazirinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib

Avqustun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

2022-08-25