Mariya Zaxarova: Rusiya nəqliyyat əlaqələrinin açılması üzrə Bakı və Yerevanla konkret işi davam etdirir

Mariya Zaxarova: Rusiya nəqliyyat əlaqələrinin açılması üzrə Bakı və Yerevanla konkret işi davam etdirir

Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə Bakı və Yerevanla konkret işi davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya regionda nəqliyyat əlaqələrinin açılması üzrə Azərbaycan və Ermənistanla konkret işi aidiyyəti üçtərəfli işçi qrup xətti ilə davam etdirir. İşçi qrup çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyi prinsiplərinə əsaslanan və Cənubi Qafqazda təhlükəsizliyə, iqtisadi rifaha yönəldilən konkret marşrutlar üzrə həllər paketi razılaşdırılır.

2022-08-31