Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

2022-09-30