Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 26 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 821 min 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 929 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 813 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1580, bu günə qədər isə ümumilikdə 7 milyon 256 min 426 test icra olunub.

2022-10-03