Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 96 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 96 yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 min 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 60 nəfər müalicə olunaraq sağalıb, 9 min 921 nəfər vəfat edib. Aktiv xəstə sayı 776 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 806, bu günə qədər isə ümumilikdə 7 milyon 260 min 232 test icra olunub.
2022-10-04