Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

2022-10-07