Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 67 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 67 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 701 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 543 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1780, bu günə qədər isə ümumilikdə 7 milyon 273 min 91 test icra olunub.
2022-10-09