Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 822 min 186 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 727 nəfər müalicə olunaraq sağalıb, 9 min 928 nəfər vəfat edib. Aktiv xəstə sayı 531 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 408, bu günə qədər isə ümumilikdə 7 milyon 274 min 499 test icra olunub.
2022-10-10