Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə regiondakı cari vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə regiondakı cari vəziyyəti müzakirə edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regionda mövcud cari vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

2022-10-15