Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 53 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 165 nəfər müalicə olunaraq sağalıb, 9 min 931 nəfər vəfat edib. Aktiv xəstə sayı 442 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 141, bu günə qədər isə ümumilikdə 7 milyon 286 min 811 test icra olunub.
2022-10-15