Bakıda “Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda hibrid formatda seminar keçirilir

Bakıda “Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda hibrid formatda seminar keçirilir

Oktyabrın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda hibrid formatda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, seminarda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, o cümlədən onlayn formada ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio və Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev iştirak edirlər.

Seminarın məqsədi Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə ekspert müzakirələrinin aparılmasıdır.

2022-10-19