Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 46 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 822 min 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 662 nəfər müalicə olunaraq sağalıb, 9 min 937 nəfər vəfat edib. Aktiv xəstə sayı 355 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1886, bu günə qədər isə ümumilikdə 7 milyon 305 min 712 test icra olunub.

2022-10-23