Qətərin Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Dohada səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qətərin Baş naziri bildirib ki, Dohada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması iki dost ölkə arasında ticari əlaqələrin inkişafında daha bir mühüm addımdır.
2022-10-31