Müdafiə Nazirliyi: Ordumuzun bölmələrinin guya atəş açması nəticəsində Ermənistan hərbçisinin yaralanması məlumatı yalandır
Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat veriblər.
“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, - deyə məlumatda qeyd edilib.
2022-11-10