Baş nazir Əli Əsədov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub
Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.
2022-12-16