Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işini davam etdirir
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Yanvarın 9-da Assambleyanın İqtisadiyyat və Davamlı inkişaf üzrə Daimi Komitəsinin iclası keçirilib.
Parlamentarilər komitənin gündəliyində olan məsələlər ətrafında fikir və mülahizələrini bölüşüb, qurumun fəaliyyətinin səmərəliliyi üçün təkliflər ediblər.
Gün ərzində Asiya Parlament Assambleyasının digər komitələrinin iclasları keçiriləcək, növbəti fəaliyyət dövrü üçün sədrliyə namizəd məsələsinə baxılacaq, Antalya Bəyannaməsi qəbul ediləcək.