Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib
![Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib](/uploads/news/63d7ac7934e2f.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.
2023-01-30