Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ferqus Ould ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi.
2023-01-31