Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edir. Qardaş ölkənin təhsil nazirinin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün Azərbaycana səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib.

2023-02-01