Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində olublar

Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində olublar

Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Haaqadakı Türkiyə səfirliyində səfir Səlçuk Unalla görüşərək, Türkiyə dövlətinə, eləcə də qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyiblər.

AZƏRTAC xəbər verir ki, Niderland Krallığındakı Azərbaycan icmasının üzvləri Türkiyənin Haaqadakı səfirliyinin önündə 1979-cu ildə ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilmiş şəhid Əhməd Benlerin xatirə abidəsi önünə gül dəstələri və şamlar qoyaraq, dağıdıcı zəlzələdə həlak olanların xatirəsini hörmətlə yad ediblər. Azərbaycanlıların həmişə qardaş türk xalqının yanında olduğunu bildiriblər.

Səfir Selçuk Unal qardaş ölkə Azərbaycanın dəstəyini daim hiss etdiklərini qeyd edib, icma üzvlərinə təşəkkür edib.

2023-02-09