Sergey Lavrov: Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik

Sergey Lavrov: Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik

Azərbaycanın, Rusiyanın və Ermənistanın səlahiyyətli şəxsləri işçi qrupu səviyyəsində konkret nəticələr əldə edəcəklər. Dəmir yolunun işə salınması, o cümlədən Naxçıvana yolun açılması ilə bağlı konkret nəticələrin əldə edilməsinə ümidliyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün dəstək göstərməyə hazırdır. Həmçinin “3+3” formatında da dialoqa əlavə dəstək göstərilə bilər.

“Biz, eyni zamanda, Xəzər dənizində olan beşlik formatında, MDB, BMT və digər fərqli ixtisaslaşmış təşkilatlarla işləmək barədə qərara gəldik”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.

2023-02-28