Prezident İlham Əliyev: Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik
![Prezident İlham Əliyev: Boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti dəyişmişik](/uploads/news/6409b697a8b84.jpg)
Biz enerji bazarında payımızı artırırıq. Neft və qaz boru kəmərlərimiz vasitəsilə enerji bazarında vəziyyəti artıq dəyişmişik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
“İndi isə artıq elektrik enerjisinin ötürülməsi ilə bağlı yeni imkanlar yaradırıq”, - deyə dövlətimizin başçısı qeyd edib.
2023-03-09