Azərbaycanın və İsrailin XİN rəhbərlərinin Yerusəlimdə görüşü keçirilir
Martın 29-u Yerusəlim şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş başlayıb.
AZƏRTAC xəbər verir ki, təkbətək görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
Qeyd edək ki, bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. İsraildə ölkəmizin ilk diplomatik nümayəndəliyinin açılışı tarixi hadisə kimi dəyərləndirilir.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabı üzərindən qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək.
2023-03-29