Moldova və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib

Moldova və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Moldovaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin reinteqrasiya üzrə müavini Oleq Serebrian ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Dnestryanı münaqişənin ölkənin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə yanaşılmaqla sülh yolu ilə və davamlı həllinin vacibliyi vurğulanıb, Kişineu və Tiraspol arasında mövcud qarşılıqlı fəaliyyət müzakirə edilib.

Baş nazirin müavini O.Serebrian vurğulayıb ki, 5+2 danışıqlar formatı qonşu Ukraynada hərbi əməliyyatların davam etdiyi müddətdə dondurulmuş vəziyyətdə qalacaq və Kişineu Dnestryanı nizamlama prosesində iştirak edən bütün tərəfdaşlarla qarşılıqlı əlaqələrini davam etdirəcək. Eyni zamanda, o, daxili və regional vəziyyətin mürəkkəbliyindən irəli gələn bütün problemləri idarə etmək məqsədilə milli institutların və xarici tərəfdaşların səylərini qeyd edib.

O.Serebrian Moldova ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində göstərilən marağa görə dövlətimizə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

2023-04-07